Buradasınız Əsas » Rəylər » Gözəl atmosferin əksinə olan Fariz Yusifovun şübhəli penaltisi
  • Bookmark and Share

Gözəl atmosferin əksinə olan Fariz Yusifovun şübhəli penaltisi 

Ayaqda top

InterFKXezer kicik emblem

Çox çətin olacağı əvvəlcədən də gözlənilən “İnter”-“Xəzər Lənkəran” matçı nəhayət ki, 16:15-də start götürdü. 24-cü turun bu oyunu ya lideri dəyişəcək ya  “Xəzər Lənkəran”ı şəriksiz lider edəcək və ya da turnir cədvəlindəki ikihakimiyyətliliyi davam etdirəcəkdi. Oyundan öncə “Şəfa” stadionunda çox gözəl atmosfer vardı ki, bu barədə bir qədər sonra danışacağıq.

 

Azarkeşlər hələ matçı izləməyə motivasiya olmamışdı ki, baş hakim Fariz Yusifov qəribə hərəkətlərdən sonra (başında sanki bir neçə qərar varmış kimi) 11-metrlik nöqtəni göstərdi. Bəli, qapımıza penalti təyin etdi və 1:0.

 

Oyunboyu, bir çox hakimlərimizə məxsus səhvlər buraxmaqla yadda qalan F.Yusifov 40-cı dəqiqələrdə mövge seçə bilməməklə daha bir kobud səhvə yol verdi. Göstərilən dəqiqələrdə komanda yoldaşı ilə divar ötürməsindən sonra rəqibini də keçən Çvetkova gələn topun qarşısını kəsdi.Top referiyə dəyərək geri döndü və Çvetkovun qapıçı ilə təkbətək çıxmasına mane oldu.Belə hücum faktının qarşısını kobudluqla alan rəqib futbolçuya qırmızı vərəqə göstərilir. Bəs biz bu halda Yusifova nə etməliyik? Beləcə birinci hissə bitdi.

 

İkinci hissəyə çox fəal və sürətli hücumlarla başlayan komandamız biri dirəkdən dönən top olmaqla bir neçə qol vəziyyəti yarada bildi.Lakin bunlardan heç birində rəqib qapısının toru silkələnmədi. Oyun elə bu hesabla da bitdi. Lakin hələ qarşıda daha 8 tur var və çempion olmaq şansları böyük ölçüdə qalmaqdadır.

 

Hesabın belə nəticələməsi əhvalımızı korlasa da dediyimiz kimi matç öncəsi gözəl atmosfer var idi. Belə ki, fanklubumuz tərəfindən gözəl bir layihə həyata keçirildi. Əvvəlcədən də bildiyiniz kimi bu matç Novruz bayramının ilk gününə təsadüf etmişdi. Bundan istifadə edən fanklubumuzun rəhbərliyi qarşılıqlı təbrik layihəsini həyata keçirmək ideyası ilə çıxış etdi. Bunu həyata keçirmək üçün digər azarkeş klubu olan “12-ci oyunçu”larla və Rəsmi fanklubla məsləhətləşmək qərarına gəldik ki, daha gözəl alınsın. Hər iki azarkeş qurumu bunu çox gözəl qarşıladı və mümkün qədər köməklik edəcəklərini dilə gətirdilər. “12-ci”lər “İnter” fanklubu ilə əlaqə qurmaqda və bunun işıqlandırılmasında nəticə verən səy göstərdilər. Rəsmi fanklub isə layihəni həyata keçirərkən əvəzsiz rol oynadılar.

 

“Xəzər Lənkəran” fanatları buna hazır olduqdan sonra “İnter” fanatlarını bu layihə ilə tanış edib razılıq almaq qalırdı ki, bunu da ideya müəllifi kimi “Bosman” fanklu həyata keçirdi. Bəri başdan deyək ki, “İnter” fanklubu da bu ideyanı çox gözəl qarşıladı və “ikiəlli tərəfdarıq” deməklə bizimlə həmrəy olduqlarını nümayiş etdirdilər.

 

Deməli, bizim təklifimizlə qarşılıqlı bayram təbrikləri nəzərdə tutulurdu. Bunun üçün qarşıliqlı olaraq, üzərində göy rənglə “İnter, Bayramınız Mübarək!”  yazılmış baner bizim azarkeşlərin əlində, üzərində yaşıl rənglə “Xəzər, Bayramınız Mübarək!” yazılmış baner isə “İnter” fanatlarının əlində yuxarı qaldırılacaqdı.Daha sonra banerin üzərindəki təbrik şüarını hər tərəf qarşı tərəf üçün uca səslə ardıcıl bir neçə dəfə fasilələrlə səsləndirəcəkdi. Bu matçın start fitinə qədər davam edəcəkdi, start fitindən sonra banerlər yığışdırılacaq və əsl idman mübarizəsi başlayacaqdı.Hər tərəf öz komandasını dəstəkləyəcəkdi.

 

Oyundan bir qədər əvvəl “İnter” fanklubunun vitse prezidenti Elçin Həsənovla görüşüb bütün detalları dəqiqləşdirdik və biz qonaq komanda olduğumuzdan yuxarıda göstərilən prosedurun bütün ardıcıllığını əvvəlcə onlar başlamalı və biz də qarşılıq verməli idik.

 

Deyəsən, bu stadionda olan çoxsaylı azarkeşlərimizin də ürəyincə oldu. Çünki şüarlar səsləndirilən zaman onlar da buna həvəslə qoşulurdular.Hamıya təşəkkürümüzü bildiririk.Demək istəyirik ki, bununla, “Xəzər Lənkəran” və “İnter” fanatları Respublikada ilk dəfə olaraq əsl dostluq və sağlam idman mübarizəsinin nümunəsini göstərmiş oldular.

 

Arxiv: Bosman.at.ua

 

Şərh əlavə et


doqquz − = 1