Buradasınız Əsas » Transferlər » Geri dönən Ramazan Abbasov “Xəzər Lənkəran”da qalacaqmı?
  • Bookmark and Share

Geri dönən Ramazan Abbasov “Xəzər Lənkəran”da qalacaqmı? 

Ramazan Abbasov

Keçən mövsüm bitən kimi bir neçə futbolçu ilə yanaşı komandamızdan Ramazan Abbasov da kənarlaşdırıldı. Lakin baş məşqçi dəyişikliyindən sonra onu yenə də “Xəzər Lənkəran”ın sıralarında, komanda ilə birgə məşq etdiyini gördük. Görəsən, Ramazan Abbasovun “Xəzər Lənkəran”da qalacağı dəqiqləşib? Bu barədə futbolçunun özünün mətbuat üçün verdiyi açıqlaması belədir: –

– “Mövsüm bitən kimi “Xəzər Lənkəran”dan ayrıldım. İstirahətdə olduğum müddətdə bir neçə klubdan təklif də gəlmişdi. Ancaq bir az gözləməyi məsləhət bildim. Lənkəran klubuna yeni baş məşqçi təyin ediləndən sonra isə məni yenidən komandaya çağırdılar. Dedilər ki, yeni baş məşqçi gəlib, kollektivdə qalmaq üçün özünü yaxşı tərəfdən göstərməlisən. Yəni hazırda “Xəzər Lənkəran”da qalmağım, baş məşqçinin verəcəyi qərardan asılıdır. Amma mən özümə çox güvənirəm. Bacarığımı ortaya qoyub, yeni mövsümə Lənkəran klubunda başlayacağıma inanıram”.

 

Arxiv: Bosman.at.ua

Şərh yazıya: Geri dönən Ramazan Abbasov “Xəzər Lənkəran”da qalacaqmı?

  1. raul

    (02/Avq/2010 17:25)
    ramazan tek perspektivli ushaqlar cox azidi vaxtile millininde sherefini qoruyurdu..mene ele gelirki liqaner limiti cox yerli perspektivli ushaqlari gundemden salib…bu affa hara baxir umumiyetle…nularinki ancaq liqanerlerin cox olmaqi maraqlandirir…halal olsun qarabaqa klublarimiz arasinda en qeyretliside olardir…esas ozeyi yerlilerden qurulmush kamanda subut edirki yerli ushaqlarimiz gelmelerden qat qat gucluduler…ama bunu affada oturanlar anlamaq istemirler….raul isaverdiyev

     

Şərh əlavə et


+ bir = 9