"Gənc Sələflər və Xələflər"ə qarşı "Xəzər Lənkəran" Statistikası

Premyer Liqanın XXVI turu çərçivəsində “Xəzər Lənkəran” səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq. Statistik hesablamalara görə bu qarşılaşma komandamızın Sumqayıt şəhərini təmsil edən futbol klubları ilə ümumilikdə 21-ci matçı olacaq. Qeyd edək ki,  2004-cü ildən bəri “Xəzər Lənkəran” komandası Sumqayıtın “Gənclərbirliyi”, “Standard”, “Sumqayıt Şəhər” və “Sumqayıt”  klubları ilə üst-üstə 20- dəfə üz-üzə gəlib. Bu qarşılaşmaların 13-də qalib gələn komandamız yalnız bir dəfə, 2013-cü il may ayının 13-də ilk və hələlik son dəfə Sumqayıt təmsilçilərinə məğlub olub.  Cütlüyün 6-matçında qalib müəyyənləşməyib.  “Xəzər Lənkəran” Sumqayıt təmsilçilərinin qapısından keçirdiyi 48-topun qarşılığında öz qapısında cəmi 13-top görüb. Onu da əlavə edək ki, cütlüyün indiyə qədər keçirdiyi 20-oyunundan 18-görüşü çempionat və cəmi 2-si  kubok matçları olub. Daha çox diqqət çəkən məqam odur ki, “Xəzər Lənkəran” uzun müddət idi  “Sumqayıt”ı məğlub edə bilmirdi. Komandamız sonuncu dəfə “Gənclik şəhəri”nin təmsilçisini 2011/2012 mövsümündə (2012-ci il mart ayının 3-də) 3:0-hesabı ilə məğlub etmişdi. O vaxtdan bu yana keçirilən 5-oyunun 4-də heç-heçə qeydə alınmışdısa bir qarşılaşmada hətta “Sumqayıt” minimal hesabla qalib də gəlmişdi. Yalnız 6-cı matçda (2013-cü il dekabr ayının 20-də) komandamız 4:3-hesabı ilə qələbə qazanaraq bu əcaib sindromu qıra bildi.

Mövsüm Turnir Rəqib        o        q      h      m      vt       bt
2004/05 Çem Gənclərbirliyi        1       1        0        0       6       0
2004/05 Çem Gənclərbirliyi        1       1        0        0       5       0
2005/06 Çem Gənclərbirliyi        1       0        1        0       0       0
2005/06 Çem Gənclərbirliyi        1       1        0        0       1       0
2006/07 Çem Gənclərbirliyi        1       1        0        0       3       0
2006/07 Çem Gənclərbirliyi        1       1        0        0       3       1
2007/08 Çem Gənclərbirliyi        1       1        0        0       2       1
2007/08 Kub Gənclərbirliyi        1       1        0        0       4       1
2007/08 Kub Gənclərbirliyi        1       1        0        0       5       0
2007/08 Çem Gənclərbirliyi        1       1        0        0       5       0
2009/10 Çem Standard        1       1        0        0       2       1
2009/10 Çem Standard        1       0        1        0       0       0
2011/12 Çem Sumqayıt şəhər        1       1        0        0       2       1
2011/12 Çem Sumqayıt        1       1        0        0       3       0
2012/13 Çem Sumqayıt        1       0        1        0       1       1
2012/13 Çem Sumqayıt        1       0        1        0       2       2
2012/13 Çem  Sumqayıt        1       0        1        0       0       0
2012/13 Çem  Sumqayıt        1       0        0        1       0       1
2013/14 Çem Sumqayıt        1       0        1        0       1       1
2013/14 Çem Sumqayıt        1       1        0        0       4       3
CƏM       20       13        6        1       48

  13

Səhifəni hazırladı: NƏBİOĞLU
Mənbə: “12cioyuncu.info”

3 thoughts on “"Gənc Sələflər və Xələflər"ə qarşı "Xəzər Lənkəran" Statistikası”

  1. “Xəzər Lənkəran” indiyə kimi Sumqayıt şəhərini təmsil edən klublarla görüşdə 13-dəfə qalib gəlib və bu görüşlərdə öz qapısından da 13-top buraxıb. Komandamızın yeganə məğlubiyyəti də 2013-cü il may ayının 13-də qeydə alınıb. Nəhs sayılan bu 13 rəqəmi deyəsən doğurdan da düşərli deyil.

  2. Belə oyunla bu komanda QArabağa və Qələbəyə necə qalib gəldi bilmirəm .Çox təccüblütür.
    *****
    Psixoloji köklənmə görün necə inanılmaz fərq deməkdir! Həməin heyət və həmin məşqçilər!

Comments are closed.