Futbolçularımız iyunun 7-də toplanacaq

xezer_emblem_qeseng
“Xəzər Lənkəran” yeni mövsümə hazırlığa iyunun 7-də start verəcək və üç gün sonra Avstriyaya yollanacaq.
Mövsümü uğursuz başa vurmasına baxmayaraq Avropa Liqasına vəsiqə qazanan “Xəzər Lənkəran” artıq iyulun 1-də qitə kuboku uğrunda turnirdə ilk oyununa çıxmalıdı. Bu səbəbdən komandamız mövsümə hazırlığa nisbətən erkən başlamalı olacaq. Məşqçilər korpusunun tərtib etdiyi plana əsasən, komanda ayın 7-də bakıda bir araya gələcək. iki gün ərzində tibbi müayinədən keçəcək futbolçular, ardından fiziki testlər verəcəklər. Ayın 10-da isə “Xəzər Lənkəran” Avstriyada keçiriləcək təlim-məşq toplanışına yolanacaq. Qərbi Avropa ölkəsində 15 gün keçirəcək komandamız,
püşkatmanın nəticəsindən asılı olmayaraq, ayın 25-də Azərbaycana dönəcək və hazırlığın son hissəsini burada keçirəcək.
 
Mənbə: “Lankaranfc.com”
 
Arxiv: Bosman.at.ua