FİFA-da yeni araşdırma

Bir neçə gün əvvəl İsveçrə hökuməti FİFA tərəfindən ölkələrə ayrılan pul vəsaitləri üçün araşdırmalara başlayıb. 1999-cu ildən 2O14-cü ilədək ali futbol qurumu olan FİFA ölkələrin futbol federasiyalarına 2 milyard dollar məbləğində yardım göstərib. İsveçrə hökuməti FİFA-nın sabiq prezidenti Yozef Blatterin kiçik ölkələrlə razılaşaraq pulların “silinməsində” əlbir olduğunu iddia edir. Bu ölkələr arasında Azərbaycan da var. Buna görə də İsveçrə hökuməti ölkəmizə ayrılan pullarla bağlı da araşdırmalar aparmağı planlaşdırır.
Bu xəbərin bilavasitə Azərbaycan futboluna da aid olduğunu nəzərə alıb saytımıza göndərirəm.
Saytımızın fəal üzvü Qabil.

6 thoughts on “FİFA-da yeni araşdırma”

  1. Salam Qabil bəy.Mənə elə gəlir ki ,Azərbaycanda belə araşdirma aparilsa çoxlu fakt meydana çixa bilər.İndiyə kimi əksər araşdirma aparan jurnalistlər dəfələrlə bu mövzuya toxunub və səlahiyyətlilərin nəzərinə faktlarla olanlari çatdiriblar.Əksər mətbu orqanlarinin arxivində belə araşdirilmiş yazilari tapmaq çətin deyil.

  2. Salam, Mirhafiz müəllim. Qalib gəldiyi seçkidən dörd gün sonra Blatterin istefa verməsinin əsas səbəblərindən biri də onun lehinə səs vermiş 133-ölkənin hər birinin futbol qurumları rüşvət əməliyyatında şübhəli bilinən ölkələr sayılır. Bura bizim AFFA da daxildir. Məncə Blatterin istefası dünya futbolunda yeni bir dönəmin başlanması deməkdir. Artıq rüşvətxor məmurlar “yıxılmaq” təhlükəsini daha yaxından hiss edirlər. Bu dalğa futbolumuza hopmuş rüşvətxorluq ləkəsini özü ilə silib aparmalıdır. Bunu FİFA-da başladılmış yeni araşdırmalar deməyə əsas verir.
    *****
    Salam, Qabil bəy! Bəzən müxtəlif təbii yollardan istifadə edirlər hansısa gizlini açmaq üçün. “Arxadan vurulan zərbə” Azərbaycan kinofilmində də sonda belə bir səhnə var. Söhbət, heç cür konkret iz buraxmayan “Qurd Cəbrayıl”ı həbs etmək üçün, cinayəti törətməyə yaradılan “təbii” şəraitdən gedir. Yalnız bundan sonra onu “iş başında” yaxalamaq mümkün olur. İndi FİFA prezidentinin də seçki “oyunu” bu məqsədlə keçirildikdən sonra, istefa vermə səbəbi buna bənzəyir.

  3. Salam. Mövzunu tam olaraq başa düşmədim. “pulların silinməsi”, nə deməkdir?
    *****
    Salam! “Çirkli pulların yuyulması” və ya “Pulların silinməsi” iqtisadiyyatda və ya siyasi iqtisadiyyat sahəsində işlənən kəlmələrdir. Bu qanunların icazə vermədiyi məsələn, oğurluq, korrupsiya və sair yollarla qazanılmış çirkli pulların “mənəvi yuyulması” və ya “təmizlənməsinə” deyilir. Heç kim bu çirkli pullarını birbaşa ortaya çıxara bilməz. Çünki hər-hansı hesabatda bunun haradan və nə yolla qazanılmasını göstərmək olmaz. Ona görə də yalançı biznes, istehlak və ya istehsal sahələri yaradıb bu pulların guya qanunun icazə verdiyi yolla qazanılmasını göstərmək üçün istifadə olunur. Sizə də rast gəlməmiş olmaz, bəzi dükanlar var ki, aylarla ora girib-çıxan olmur. Dükanın qiyməti və ya “icarə” haqqı külli miqdar vəsait tələb edir və içərisində də tutaq ki, 2-3 dəst qab satılır. Aylarla bir nəfər alıcının belə girmədiyi dükan bəs necə xərcin çıxarır və niyə bağlanmır?! Belə yerlərdə sadəcə görüntü lazımdır ki, çirkli pullar burada “yuyulmuş olur və hamı da elə bilir ki, filankəs dükan işlədir və pul qazanır.

    • Salam .çox sağ olun .Mirhafiz bəy .çox gözəl aydınlıq gətirfiniz .Düzü “çirkli puııar”ı başadüşürdüm diğərıni isə yeni eşıtdim.Bu fa mənə minusdur.
      Amma bunları eşitmək məni futboldan iyrəndirdi.Bu həyatda təkcə futbol mənim ən saf hesab etdiyim bir oyun idi .O qədər sevirdim ki .Düzdü hakim səhvləri çox da uzaqlaşdlrmıdl .Bu ola bilər deyirdim ( bu səhv dünya futbolu üçün məqbul sayırdım ,bizimkinə nisbətdə orda qərəz olduğun inanmırdim .)
      Futbol bitdi mənim üçün.
      *****
      Salam! Siz də sağ olun. Həyat pislik və eybəcərliklərlə doludur. Eyni zamanda bütün sahələrdə olduğu kimi idmana və futbola da sirayət edib. Bilirsiz niyə? Çünki bu sahədə də insanlar çalışır və insan harda varsa, xislətində olan murdarlığı da özü ilə ora daşıyır. Mövzu çox genişdir.
      Allahın Peyğəmbərimizin (s) dili ilə buyurduğu kimi insanlar təkcə pisliklərdən ibarət deyil, yaxşılıqların ən yaxşılarına layiqdir və insan çalışmalıdır ki, bu ikili xislətdən qurtulub, ona ərməğan edilmiş ən gözəl ruha sahib çıxsın. Amma cəmiyyət tam buna nail ola bilməsə də belə adamlar zaman-zaman həmişə olub və olacaq da. Allah da bu kainatı belə yaradıb ki, sonda yaxşılıq pisliklərə qalib gəlsin! Yaradılışımızın, yaşamımızın fəlsəfəsi də elə budur!

  4. Zəfər bəy, salam. Bəli, həqiqətən də ölkəmizin idman portallarında çalışan namuslu araşdırmaçı jurnalistlərimiz var və onlar zaman-zaman öz araşdırmalarını aparır. Ölkə futbolunda baş verən hər hansı bir neqativ hadisənin araşdirması ilə məşğul olan həmin jurnalistlər üçün faktı sübut etmək heç də problem deyıl. Sadəcə, araşdırmada və ya yoxlamada iştirak edən FİFA səlahiyyətlisi lazımdır ki, araşdırmaçı-jurnalistlərlə görüşüb fikir mübadiləsi aparsın. Bu yaxınlarda bir araşdırmaçı-jurnalistin bir yazısını oxumuşdum. Həmin yazıdan kiçik qeydlər edib “Bosman.az”a şərh kimi göndərdim. Bax: “FİFA,ABŞ qalmaqalı davam edir” başlıqlı məqalədə sonuncu şərh.

  5. Salam, Mirhafiz müəllim. Şərhimə məşhur “Arxadan vurulan zərbə” filmindən gətirdiyiniz sitat-faktla məni şoka saldız. Sizə yaxşı mənada qibtə edirəm. Allah Sizi qorusun, Amin!
    *****
    Salam, Qabil bəy! Belə misallardan çox gətirmək olardı. Məşhur Konan Doylun, məşhur “Baskervillərin iti” əsərində də bu sirli cinayəti açmaq üçün Şerlok Holms, Baskerlillər nəslinin sonuncu nümayəndəsi Henri Baskervilin də həyatını riskə ataraq onu birdəfəlik xilas etməsini də misal gətirmək olardı.
    Amma “Arxadan vurulan zərbə” filmi də çox gözəl kino əsərlərimizdəndir. Xüsusən Yusif Vəliyev orda daha bir sehirli istedadı ilə Fəttah dayı rolunu yaradıb. Onun Bakıdan gəlmiş gənc prokurora son baxışının içində nələrin olduğu səhnəsi heç vaxt adamın gözünün önüdən getmir. Allah böyük sənətkarı rəhmət eləsin. Məhz ona görə də bu misalı seçməli oldum. Sizə də çox təşəkkür edirəm ki, bir ziyalı fəalımız daha da artdı.

Comments are closed.