FİFA, ABŞ qalmaqalı davam edir…

FİFA ətrafında cərəyan edən hadisələr onu deməyə əsas verir ki, korrupsiyanın hələ çoxlu qurbanları olacaq. Yəni bu xəmir hələ çox su aparacaq. Ən yeni gələn xəbərlərə görə İnterpol ABŞ-ın tələbi əsasında FİFA-nın korrupsiyada ittiham olunan yüksək çinli sabiq məmurlarınin həbsi üçün “Qırmızı order” verib. Hazırda həbs olunan yeddi yüksək çinli məmurla yanaşı, Şimali və Mərkəzi Amerika konfederasiyasının sabiq prezidentinin, Karib ölkələri konfederasiyasının sabiq prezidentinin və Cənubi Amerika konfederasiyasının sabiq prezidentinin həbsi üçün də order verilib. Üstəlik, adları hallanan konfederasiyalar, korrupsiya əməlləriylə yanaşı 2018 və 2022-ci illərdə keçiriləcək Dünya Çempionatına ev sahibliyi seçkisində də saxtakarlıq və yüksək məbləğdə rüşvət almaqda günahlandırılır. Bunlarla yanaşı FİFA ilə əlaqələri olan nəhəng şirkətlərin dörd əməkdaşı da “qırmızı order”lə axtarışa verilib. Bu gedişatla ABŞ ən azından Rüsiyanı ev sahibliyindən məhrum etməyə nail olacaq. Çünki müasir dünya futbolu artıq dünya siyasətinin ayrılmaz bir hissəsinə çevrilməkdədir.
Məlumatı toplayıb hazırladı, saytımızın fəal izləyicisi Qabil. 

4 thoughts on “FİFA, ABŞ qalmaqalı davam edir…”

  1. Salam. Qabil bəyə bu məlumatlari toplayib sayta verməyinə görə təşəkkur edirəm.””Mən bildiyimə görə Affa da futbolun dunyada nufuzunu daha anlayir və bu işdə şəffafliğ uçun əlindən gələninin on qatindan artiğini edirlər.Ona görə bizim futbolda heç vaxt bu kimi xoşagəlməz hadisələrin yaşanmasi real görunmur.””
    *****
    Salam, Zəfər bəy! Biz də Qabil bəyin bu addımını alqışlayır və uğurlar arzu edirik. Qaldı ki, aydan arı, sudan duru AFFA haqqında kim belə fikirləşə bilər ki?

  2. Axşamınız xeyir, Müəllim. Dünya və Argentina futbolunun əfsanəsi Dieqo Maradona FİFA-nın yeni vitse-prezidenti olacağını iddia edir. Tanınmış mütəxəssisin sözlərinə görə, Əli bin Əl Hüseyn FİFA prezidenti seçiləcəyi təqdirdə qurumun vitse-prezidenti olacaq Dieqo Maradona ali quruma qisas almağa deyil, sabiq rəhbərlərə necə işləmək lazım olduğunu göstərmək istəyir.
    *****
    Salam, Qabil bəy! Mənə elə gəlir ki, ideal futbolçu karyerasından sonra Dieqo Maradona müxtəlif qalmaqallarla imicini xeyli zədələyib. Elə ona görə də bu işə çox da isti baxa bilmirəm.

  3. Salam, Zəfər bəy! Dəyər verdiyinizə görə Sizə minnətdaram.
    Əgər bizim AFFA-nı UEFA-nın oğlu hesab etsək, FİFA-nı da UEFA-nın atası, onda belə qənaətə gəlmək olar ki, AFFA-nın babası heç də sap-sağlam “nurani” baba deyildir. Demə babanın özünəməxsus irsi “xəstəliyi” mövcuddur. Məncə bu “xəstəlik” irsiyyət qanununa uyğun olaraq babadan oğula, oğuldan da nəvəyə keçə bilmə ehtimalı var. Nəzərə alsaq ki, ölkəmiz doqquz iqlim qurşağına malikdir, deməli iqlim şəraitinə uyğun olaraq “xəstəliyin” rüşeymlərinin nəvədə anadangəlmə inkişafı prosesi də məqsədə müvafiqdir.

  4. Salam, Mirhafiz müəllim. Bu yaxınlarda Azərbaycanın xalq rəssamı Səhlab Məmmədovun yaradıcılığı ilə maraqlanırdım və təsadüfən “Virtualaz.org” saytında futbolumuzda korrupsiya mövzusuna aid bir yazı diqqətimi cəlb etdi. Odur ki, araşdırma yazını qısa fikirlərlə saytımızda bölüşməyi qərara aldım.
    Bildiyimiz kimi AFFA-nın xarici qonaqları çox olur. FİFA və UEFA rəsmiləri tez-tez Bakıya qonaq gəldiyindən belə səfərlər zamanı onlara qiymətli hədiyyələr təqdim edilir. AFFA mötəbər qonaqlarına adətən rəsm əsərləri hədiyyə edir. Bu rəsm əsərləri AFFA baş katibi Elxan Məmmədovun atası, xalq rəssamı Səhlab Məmmədova məxsus “Qız qalası” incəsənət qalereyasından satın alınır. Alınan əsərlərin satınalma qiyməti sənədlərdə dəyərindən dəfələrlə çox göstərilir və təbii ki, bu pul AFFA-nın büdcəsindən silinir. Başqa sözlə desək, futbolun inkişafına ayrılan pulun bir hissəsi AFFA baş katibinin atasının rəsm qalereyasının “inkişafına” xidmət göstərir. AFFA-nın hesabına baha qiymətə alınıb əcnəbi qonaqlara bağışlanan rəsm əsərlərindən qazanan tərəf isə ata-oğul Məmmədovlardır. Araşdırma zamanı adının çəkilməsini istəməyən sənətşünaslardan biri açıqlamasında Səhlab Məmmədovun heç də güclü rəssam olmadığını bildirir. “Səhlab Məmmədov xalq rəssamı olsa da onun əsərləri ortabab sayılır. Onun əsərləri orta səviyyəni aşmır…”
    Bu isə AFFA-nın əcnəbi qonaqlarına niyə məhz həmin əsərlərin hədiyyə olunması sualını da aktuallaşdırır. Məgər ölkədə başqa rəssam yoxdurmu?Beləliklə dünyanın ən mötəbər futbol qurumunda korrupsiya hallarıyla bağlı aparılan araşdırmaların getdiyi bir vaxtda bu yazını da AFFA-sayağı xırda korrupsiyanın araşdırması hesab etmək olar.
    *****
    Salam, Qabil bəy! Başıbəlalı futbol o qədər çirkaba bulaşıb ki… Adam lap iyrənir futboldan.

Comments are closed.