Fanklubumuzun Təklifi

“İnter” – “Xəzər Lənkəran” matçı Novruz bayramına düşdüyündən həm də “İnter” fanatları ilə münasibətlərin yaxşı olduğunu nəzərə alaraq fanklubumuz gözəl bir təkliflə çıxış etdi. Matçın başlama anına qədər hər iki tərəfin azarkeşləri qarşı tərəf üçün “Bayramınız Mübarək!” sözləri yazılmış bannerlər asacaq və hər tərəf qarşılıqlı olaraq bir birini Bayramınız Mübarək! nidaları ilə salamlayacaq. Daha sonra hər iki  tərəf göyərçinlər buraxacaq. Bu təklif “Xəzər Lənkəran”ın digər fanklubları ilə, həmçinin “İnter” fanklubu ilə razılaşdırılmışdır. Bütün tərəflər təklifimizi çox gözəl qarşılamış və bu bayram günündə bunun çox gözəl alınacağını bildirmişlər. Göyərçinləri havalandırma təklifi isə “İnter” fanklubunun buna daha bir əlavəsi olmuşdur.
 
Arxiv: Bosman.at.ua

2 thoughts on “Fanklubumuzun Təklifi”

  1. (22/Mar/2010 14:01)
    Inter fan klubu olaraq bu gozel tedbirde istirakimizdan qurur duyduq.Bu bir numune oldu ki fanatlar yalniz stadionda fanatdilar kenarda ise dost eyni milletin ovladlaridir/
    Cox sag olun tebriklere gore
    PS Bosmandan 1 kes menimle elaqe saxlasin 050 567 41 68

Comments are closed.