Ey, Lənkəran camiəsi, göstərək biz mətinlik, Yaranmasın "Xəzər"imdə, Biçervari Çetinlik.

“Çox güman baş məşqçi mən olacağam”. Bu sözləri açıqlamasında Mustafa Dənizlinin gedişindən sonra “Xəzər Lənkəran”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Oğuz Çətin deyib.
Seleksiyaçı məşqçi postunda çalışacağı barədə yayılan xəbərləri təkzib edən türkiyəli mütəxəssis bildirib ki, böyük ehtimalla “ağ-yaşıllar”ın “sükanı arxası”na keçəcək: “Mən “Xəzər Lənkəran”a baş məşqçi təyin olunacağam. Bu, yaxın günlərdə dəqiqləşəcək. Dənizlinin idman direktoru təyin ediləcəyindən isə xəbərim yoxdur. Bunu klub rəhbərləri daha yaxşı bilər”.
Çətin komandadan gedəcək futbolçuların siyahısını müəyyənləşdirdiyini bildirib: “Xəzər Lənkəran”dan ayrılacaq futbolçuların siyahısını hazırlamışam. Baş məşqçi olmağım rəsmən təsdiqləndikdən sonra bunu mətbuata açıqlayacağam. Amma siyahını rəhbərliyə təqdim etmişəm. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək və mən Bakıya qayıdacağam”.
Mənbə: Apasport.az
 
 

20 thoughts on “Ey, Lənkəran camiəsi, göstərək biz mətinlik, Yaranmasın "Xəzər"imdə, Biçervari Çetinlik.”

  1. Bu günə qədər kişi olmağı adam olmaqdan üstün tutan kişilər! “Adam kişi olar” yoxsa “Kişi adam olar”- deyimini fikirləşin.Mənə görə hər adam kişi ola bilməz.Kişi olan şəxs adam ola bilər. Ya bizə layiq olun ya özünüzə layiqini axtarın.Bəsdirin!.Daha kişiliyin vaxtidir.

  2. SALAM DOKTOR.DEYESEN BUTUN UMUDLERIMIZ PUCA CIXAR.EGER OGUZ DOGURDANDA BAS MESGCI SECILERSE DEMEK REHBERLIK HAMISINI BILEREKDEN, GOZ GORE GORE XL NI MEHFE APARIR.BIZ HECNE EDE BILMERIK. KOMANDA ONLARINDIR NE ISTEYERLER GOY ETSINLER.SADECE ONLAR XEZERIMIZE OLAN AZERKES SEVGISINDEN BIZI MEHRUM EDERLER.DAHA DOGRUSU BIZ ONLARIN EZEMETLI MEYDANINI BOS XAXLAYARIG.
    REHBER OZU YARADIRSA, XEZERIMDE CETINLIK,
    HANSI YOLLA BIZ GOSTEREK, KOMANDAYA METINLIK.
    ISTEFAYA CAGIRMAGLA, NE EDERIK ONLARA?
    INDI DAHA NELER YAZAG, REHBERLIKDE DURANLARA
    *****
    Salam, Telman bəy! Şərhinizdə çox mətləblərə toxunmusuz, hansı ki, bu biz tərəfdən son şans kimi qiymətləndirilir.

  3. Salam, Mirhafiz müəllim! Zatən pəhbərliyin baş məşqçi təyinatının gecikməsi şübhə doğururdu. Bu da nəticəsi, təyinat təsdiq olsa da, olmasa da deməli torbada “pişik” varmış. Mən bir dəfə yazdığım şərhdə bildirmişdimki, nəvaxta kimi komandamızda rəhbərliklə baş məşqçi, baş məşqçiylə futbolçular və qeyd etdiklərimlə azarkeşlər arasında vəhdət olmayana qədər komandanın uzun müddətli düzəlməsinə ümid etmək belə sadəlövhlükdür. Ona görə ki, 5-6 aya Oğuzun da istefaya göndərilməyəcəyinin qarantı yoxdur. Məncə peşəkarlıqdan uzaq olan rəhbərliyin apardığı baş məşqçi eksperimentlərinin sayəsində, “Xəzər Lənkəran”ımız hələ çox yerində sayacaq…
    *****
    Salam, Qabil bəy! Biz buna hamıdan tez, “Bir fotonun əhəmiyyəti” yazısı ilə aydınlıq gətirmişdik. Bunu respublikada ilk olaraq biz açmışdıq. baxmayaraq ki, ölkə idmanında kifayət qədər jurnalist ordusu var. Amma inanmıram ki, Mənsimovlar belə bir qərar qəbul edəcəklər. Bu qərarın yanlış olduğunu isə siz şərhinizdə bildirmisiz. Əks halda biz müəyyən addımlar atmalı olacağıq.

  4. Başlıq əladır.
    Bunlar niyə belə sırtıqdırlar. İşə düşmüşük də.
    *****
    Biz də fikirləşdik ki, bir yazı yazaq, amma başlıq bütün fikirləri əhatə elədi deyə, bunu azarkeşlərin ixtiyarına verdik.

    • Bəzən bir cümlə böyük bir yazını əhatə edə biıər.Bunu da hər kəs bacarmaz….Böyük söz ustadı oımaq gərəkir.Sağ olun.
      *****
      Siz də sağ olun ki, məna və məntiq xiridarısınız.

  5. SALAM DOKTOR. BU BEDBEXT CETINE DEYEN YOXDUR KI, XEZER ONSUZDA CETIN GUNDEDIR,SEN CETINI NEYLEYIR.BEYEM TURKLERIN SEVIYYELISI BIR NESE EDE BILDILER KI, BALACASI NESE ETSIN.
    ADIN CETIN, OZUN CETIN, YOX XEZERDE HORMETIN.
    APAQRDINIZ ALTI AYA, XEZERIN VAR DOVLETIN.
    BOYRU USTE XEZERIMI, NECE MUDDET SURUTDUZ,
    MESGCI OLMAG NIYYETIYLE, ISI TAMAM CURUTDUZ.
    XEZER ONSUZ CETIN GUNDE,NEYNER OGUZ CETINI,
    OTURSUN OZ TURKIYESINDE, EYLESIN GELETINI.
    YEKDILLIKLE ISTEYIRIK,BIZ REDNIKIN GELISIN.
    BEYENMISIK UC IL ONCE,ONUN SONUNCU ISIN
    *****
    Salam, Telman bəy!

  6. Salam, Doktor! Elə mən də inanmıram ki, baş məşqçi seçimində Mənsimovlar bu dəfə də yanlış addım atsın. Çünki, əks rezonansı arzuolunmaz ola bilər, iztefa çağırışları kütləviləşə və pəhbərliyin özünə qarşı yönələ bilər. Odur ki, vaxt var ikən, komandaya baş məşqçi və yeni futbolçuların seçimində növbəti dəfə səhvə yol vermək olmaz.
    *****
    Salam, Qabil bəy! Çox arzulayırıq ki, hər hansı yanlışlığa yol verməsinlər.

  7. Bu halda Dənizli ilə Oğuz arasında – işimizə iki yararsızdan daha yaxşısını seçmək yararsız seçim deməkdir. Sonuncunun özünə də təsəvvür etmək çətin olarbaş verənlərdən sonra bu komandanı idarə etmə üsulları seçmək. Hadisələrin dinamikası elə bir vəziyyətlə nəticələnib ki, Oğuz etimad ehtiyatını sərf etmiş kimi görünür. Azarkeş isə sınaqlardan yorulub. …təxminən belə bir vəziyyətdə Molla Nəsrəddin başının yarısına pambıq əkmiş bacarıqsız bərbərin ülgücü altından çıxıb qalan hissəsinə yun əkməyə getmişdi. Bəlkə bu Çətinə deyək ki, imkan versin Hocası ilə birlikdə əl-ələ verib sarsıtdıqları kafamıza onlarsız bir çarə qılmağımız üçün fçılsınlar başımızdan… çəksinlər yağlı əllərini öz başlarına.

  8. SALAM HAMI BU GUN SABAH BOMBANIN PARTLAMASINI GOZLEYIR. HEMCININ MENDE. ANCAG MEN BIRCE ONU BILIREMKI PARTLAMAGINA PERTDIYACAG, AMMA REDNIKIN BOMBASI BIZE XEYIR CETININ BOMBASI ISE ZIYAN GETIRER.
    HAMIMIZ NAXOSUG, YOXDUR KEFIMIZ,
    PUSKOVOYDA DURUB BIZIM SEFIMIZ.
    BUGUN SABAH PARTDIYACAG BOMBZMIZ,
    OGUZ SECILSE, DAGILAR POMPAMIZ.
    PUSKAVOYU EHTIBAR EDIN MENE,
    XIDMETI LAYIGLI EDIM VETENE.
    KORDINATI YONELDEREM LAP DIKE,
    CETIN RAKET TEK DUSER MOZANBIKE.
    YOX DAHA AYRI CURE CIXIS YOLU,
    DONDERIBLER ZEHRIMARA FUTBOLU.

  9. Bəlkə də məsələnin gecikməyində Mustafa Dənizlinin 1.2 milyon avro istəməsi olub .
    Məşqçnin gətirəndə niyə paslanmışları gətirirsiniz ki axrı da belə olsun Məşədi İbad demişklən .gətirndə baxın da qiz ya da oğlan .Rednik kimi işlək məşqçi lazımdır .Xəzər də yaxşı nəticəsi olan təcrübəsi də var .

  10. Salam, Mirhafiz bəy! “Xəzər Lənkəran”da özünü baş məşqçi kimi görmək istəyən Oğuz Çətinin müstəqil baş məşqçi işlədiyi klublardakı göstəriciləri təqdim edirəm.
    “Fənərbağça” 27.07.2002 – 31.05.2003 cəmi 9-ay işləyib, nəticədə “Fənərbağça”nın heç vaxt tutmadığı 6-cı yer.
    “Gənclərbirliyi” 06.10.2004 – 20.12.2004 cəmi iki ay 14-gün işləyib, qovulub.
    “Diyarbəkirspor” 10.01.2005 – 31.05.2005 cəmi üç ay 25-gün işləyib, qovulub.
    “Boluspor” 29.11.2012 – 24.04.2013 cəmi dörd ay 5-gün işləyib, qovulub.
    “Fənərbaxça”nı çıxmaq şərtiylə o biri klublar birinci dəstə komandalarıdır. Mən Oğuz Çətin haqda yazanda ki,həmişə köməkçi məşqçi işləyib yazmaqla bunlari nəzərdə tutmuşdum və hətta “12 ci Oyunçu”da bir istifadəçi məni savadsızlıqda günahlandırırdı. Məncə, Oğuz bəyin indiki məşqçi səviyyəsi Şenol Fidandan və Güneyt Biçərdən uzağa getmir. Bunu yazmaqda məqsədim, Oğuzun hansı səviyyədə olduğunu və onu komandamızda baş məşqçi kimi görmək istəyənlərə az da olsa, bir xatırlatmadır. M.Rednikin olmayacağı təqdirdə, Oğuzdansa elə öz yerli məşqçilərimiz daha düzgün seçim olardı.
    *****
    Salam, Qabil bəy! Biz bütün bu göstəricilərlə tanışıq. Ona görə münasibətlərimizdə bunları da nəzərə alırıq. Amma yaxşı etdiniz ki, bilməyənləri də bilgiləndirdiniz. Sağ olun!

  11. Muəllim salam! Necəsiniz?..
    Sizdən xahiş edirəm!-İndiki məqamda iki məşqçinin namizədliyi klub rəsmiləri tərəfindən irəli surulub.Bunu bizdən yaxşi bilirsiniz.Onda Rednikin fotoşəkilini saytda qoyun zəhmət deyilsə.Bunun fotoşəkilidə mənfi aora formalaşdirir.Nə qədər taninmiş məşqçi olsalarda bizə özlərini sevdirə bilmədilər.
    *****
    Salam, Zəfər bəy! Bu işin yubanması artıq səbr əndazəsini keçir!

  12. Axirda deyesen MAIS bas mesqci Tuyqunda onun komekcisi olacaq, bele olan halda daha onlarin torbasini hec kim tike bilmez..

  13. Muəllim!.Sİz yaxşi bilirsiniz ki Azərbaycan futbolu böyuk çirkab içindədir.Ya gərək bu bataqliqda bu “bataqliq qamişlari” ilə kompromisə gələsən ya da hər şeyə nifrət edib bu ölkədə qurulan biznesə yox deyəsən.Buna görədə məşqçi dəyişilikləri ilə rastlaşiriq və Toşak M.Dənizli kimi taninan məşqçiləri bu bataqliqda batmasina səbəb oluruq.”Xəzər Lənkəran” əzəl gundən öz mövqeyini ortaya qoymuşdur.Ruşvət olan yerdə işləməzlər.Ona görədə klubumuzdan PFL və Affa-nin xoşu gəlmir.Gətirilən məşqçilərdə bataqliqda batir.Biz azarkeş olaraq formalaşa bilmədiyimizdən ,heç haqqlarimizida subut etməkdən ötru həmrəy ola bilmirik.Ona görədə futbol başbilənləri bildiyini edir və hələ qabağada gedirlər.
    İnanin ki ,bunlarin dedikləri kimi klub hərəkət etmək istəmədiyindən bizlər bu əzabi çəkirik.Bir tərəfdən baxanda belə xoşdur.
    Nə qədər ki bataqliqlar qurumasa biz heç vaxt həqiqi futbol görə bilməyəcəyik.
    Kimi baş məşqçi gətirməyimizdən asili olmayaraq biz bu bataqliqda batmağa məhkumuk.Vallah,bizim iradəmiz o biri klublarada keçəcək.Klublara keçməsədə azarkeşlərinə keçəcək.Bizim yolumuz haqq yoludur.Biz ölkəmizin futbolunu dunyada görmək istəyirik.Buna mane olanlar zamanin süzgəcindən keçə bilməz və tullanti kimi futbol tarixində əbədi qalacaqlar.
    Rednik mutləq gələcək amma biz onu qoruya bilmərik.Toşaki və M.Dənizlini batiran bataqliqlar hələ çoxumuzu batiracaqdir. Nəyə görə?-dunya malinin şirinliyinə görə.Ona görə sizdə əsəbləşməyin və özunuzu qoruyun.
    Bu dunyada yaxşi addan başqa kim nəsə yadigar qoya bilibmi?

  14. Dəniz donub.Nəfəslərdən gəminin iç pəncərəsindən göz yaşi kimi damlalar axsada ,əks tərəfdə izi buzlaşmiş tarixi nişanələri gunəş heç vəchlə əridə bilməz.

  15. Salam gozumuzun gabaginda komandamiz bassiz atli filmindeki obrazini yasiyir.Bu baskesenler hem daxilden yeni ozumuzkuler, hemde xaricden yeni affadan xezerimize o geder tezigler edibler ki komanda hal hazirda mesgcisizdir. Belke mesgcilik iddiasina basda duranlar ozleri dusubler. Onsuz da bizdeki futbolda istenilen siravi adam affada isliye bilirse niyede bizimkiler mesgci islamesin. Yoxsa bu geder ipi uzatmazdilar.
    Gurban getdin hagsizliga,
    Yada ki, baximsizliga.
    Ola bilsin ki, xezerim,
    Bad oldun vicdansizliga.
    Hem daxilden ve xaricden,
    Teziglere meruz galdin.
    Destek olmadilar sene,
    Gollarivi yana saldin.
    Bassiz atli obrazinda,
    Basi olmayan atlisan.
    Ayrilmis bas rumunyada,
    Ona catmaga haglisan.
    Cox adamlar bas sindirir,
    Xezerime ilismeye.
    Oguz cox hiyle gurubdur,
    Bu bedene bitismeye.
    Lazim deyil xainlerin,
    Satginlarin basi sene.
    Cap atini rumunyada,
    Basi bitisdir bedene.
    Siper olar rumun sene,
    Hagsizligin gabaginda.
    Yaradacag esil xezer,
    bizim cenub torpaginda.

  16. Muəllim salam!–Bu qeyri-muəyyənlik nə ilə əlaqədardir?..Axi azarkeşlər narahatdirlar.Bəzən elə gəlir ki bizim klub kimlərdənsə qorxur və səssiz iş görərək birdən bombani partatmaq istəyir.Bəlkə M,Dənizli bunlarin gözunu qorxuzdurub?

  17. İndi zamanıdı”Ey Lənkaran camiəsi ,
    Göstərək biz mətinılk,
    Yaranmasın”Xəzər”imdə,
    Biçavarı Çətinlık.
    Bütün zəhmətlər hədər getdi.

  18. Ağır mövsümü Çətinlə başa vuran XL-in növbəti mövsüm başlananadək D.Mustafadan qurtulması yüngülləşmə kimi qəbul edilməyə bilməz. Çətinin XL-nın baş məşqçisi kimi siftəsinin yüngüllüyünə zəmanət verməyin nə qədər riskli olduğunu dərk edərək, klub sahibi tərəfdən belə bir seçim edildiyi halda bütün ümüdləri komandanın yenidən qurulmasına bağlamaqdan başqa variant qalmır.

Comments are closed.