Buradasınız Əsas » Azarkeşlər » Etibar Cəbrayıloğlu: Mənə Dənizli verin!
  • Bookmark and Share

Etibar Cəbrayıloğlu: Mənə Dənizli verin! 

Əlimizdən, hətta ayağımızdan gələni beş qaba çəkdik. Amma yenə alınmadı. Rusiyanı, Portuqaliyanı, İrlandiyanın Şimal hissəsini, İsraili gəzib-dolandıq, hələ yolüstü Lüksemburqa da baş çəkdik. Lakin cəmi-cümlətani 9 xal topladıq. 9 xala görə isə Braziliyaya getməyə heç kimə vəsiqə vermirlər. Foqts olmur istəyir lap Platini özü olsun. 9 xal yığan milli komandaların futbolçuları Braziliyada keçiriləcək dünya çempionatına yalnız televizordan baxa bilərlər. Ah, gözəlim Braziliya. Edson Arantes du Nasimentonun- və ya sadəcə Pelenin vətəni. Qarrinçanı, Karlos Alberto Torresi, Sokratesi, Artur Zikonu yetişdirən ölkə. Braziliyanın istənilən şəhərində hansısa bir küçəyə futbol topu atsan, ən azından 30-40 uşağın həmin torun arxasınca qaçdığının şahidi olacaqsan. Ah, gözəlim Braziliya... Karnavallar ölkəsi. Rəqs edən qızlara görə bu məmləkətin büdcəsinə milyonlar axır. Onlara baxmamaq sadəcə, mümkün deyil. Braziliyalı futbolçular və rəqqasə qızlardan söhbət düşmüşkən, uzun fasilədən sonra mudiala vəsiqə qazanan Rusiya millisinin üzvləri Bakıdan Moskvaya dönəndə şoka düşdülər. Moskvadakı hava limanında braziliyalı rəqqasələr kimi ekzotik geyinən qızları görüncə milli üzvləri çaş-baş qaldılar. ORT kanalı da bu qəribə mənzərəni bütün dünyaya göstərdi. Bir anlığa təsəvvür elədim ki... Üsamə bin Ladenin qarışdırıb getdiyi bu dünyada möcüzə baş verir. Berti Foqtsun rəhbərliyi altında millimiz Braziliyada keçiriləcək mundiala vəsiqə qazanır. Futbolçularımız gedib düşürlər karnavallar ölkəsinə. Elnur Allahverdiyev, Mahir Şükürov nə oyunlar çıxarırlar. Stadionda yox e, rəqs meydançasında... Yaxşı ki, möcüzə-filan baş vermədi və bu bəladan qurtulduq. Amma indi də Braziliyaya gedə bilməməyimizin bəlasını çəkirik. Millimiz son iki oyunda toparlanıb 4 xal yığdı və necə deyərlər, çulunu sudan çıxartdı. Braziliyada deyə bilmərəm, amma biz tərəflərdə hər kəs müxtəlif cür düşünə bilər. Bəzi azarkeşlər, futbolla yaxından-uzaqdan bağlılığı olanlar deyir ki, son seçmə mərhələdə 9 xal toplamağımız əla göstəricidi, Braziliyaya getmişkən varıq. Bəziləri isə sevincdən göyə papaq tullamağa, alman Foqtsa heykəl qoymağa heç bir əsas görmür. Şəxsən mən ikincilərin komandasındayam. Düzdü, millimiz bu seçmə mərhələdə 9 xal yığdı, Şimali İrlandiyanı evə əliboş yola saldı, son günlər azərbaycanlıları adamyeyən gözündə görən rusların qanını az da olsa qaraltdı. FİFA reytinqində bir xeyli irəlilədi. Amma əvəzində Lüksemburqu nə Bakıda, nə səfərdə məğlub edə bildi. Futbol meydançasının hansı tərəfindən baxsan, millimizin seçmə mərhələdəki gördüyü iş bayram keçirməyə əsas vermir. Sevinmək istəyəndə bu son illər alman baş məşqçiyə verdiyimiz bir ton pul gəlib durur adamın gözünün qabağında. Foqtsa xərclədiyimiz paraları almanın topladığı 9 xalla tərəzinin eyni gözünə qoymağa adamın insafı yol vermir. Tərəzinin ayrı-ayrı gözə qoyanda da pul tərəfi ağır gəlir. Yaman ağır gəlir. Aradabir Azərbaycana gələn, bu əziyyətinə görə də bir ton maaş alan Berti Foqtsun çalışdırdığı milli Braziliyaya vəsiqə qazana bilmədi. Az qala atdıqları hər aut üçün babat mükafat alan futbolçularımız mundialı televizordan izləyəcəklər. Özü də Braziliya qəhvəsi içə-içə. Onun-bunun hesabına dolanan Ermənistanın yığma komandası isə artıq başa çatan seçmə mərhələdə 13 xal topladı. Bunu elə-belə yazdım, sözgəlişi... “Ədalət” qəzeti

Lənkəranın dənizi var idi, Dənizlisi də Türkiyədən gəldi. Adına da Mustafa hoca deyərlər. Çox populyar birisi, qardaş ölkədə tanımayan yoxdu. Türkiyədə dönər yeyəndən ayran içənə qədər, dizidə rol oynayandan futbol oynayana kimi hamı onu tanıyır. Mustafa Dənizlinin adı o boyda Türkiyədə üçüncü yerdə çəkilir. İlk iki yeri Fatih Terimlə Şenol Günəş zəbt edib.

İstanbulda imza atıb Lənkəranda maaş alacaq Mustafa hoca hara gəldiyinin fərqindədi yəqin. Dənizli dənizin sahilində lövbər salan “Xəzər Lənkəran”ın sükanı arxasında bu illər ərzində kimlərin olduğunu da bilir. Siyahı uzundu, klubun əlindən tutan Mirça Rednik, ayağından yapışan Biçər, harasından tutmağı bilməyən Bakes… Ötən yazıda verdiyim sözü tutub hamının adını çəkmirəm. Lənkəranlı azarkeşlərin bir özəlliyi var- nə yaxşını unudurlar, nə pisi yaddan çıxarırlar.

Mustafa hoca özündən də məşhur Con Benjamin Toşakın kreslosunu təhvil alır. Bəli, həmin Toşakın. Toşak Madrid “Real”ını çalışdıranda klubu çempion elədi. Onun çalışdırdığı “Xəzər Lənkəran” isə aşağı diviziona da düşə bilmir. Çünki aşağı düşməyə belə yeri qalmayıb. Türkiyənin böyük klublarına çempionluq dadızdıran Mustafa Dənizli bizim türklər demişkən. ayağının tozu ilə gəlib “Xəzər Lənkəran”ı bu acınacaqlı durumdan xilas eləməlidi. Çox çətin də olsa, öhdəsindən gəlinəsi məsələdi. Yaxından tanıyanlar deyir ki, Mustafa hoca işin çətinliyindən qorxan deyil. Mənə də elə gəlir ki, Dənizli “Xəzər Lənkəran”ın dərdinə dərman tapmağı bacarar. Amma…

Amma gərək Mustafa hoca öncədən bir-iki məsələni göz önünə alsın. Azərbaycanda futbolla əməlli-başlı oynayırlar. Buralarda elə klub var ki, şinelini açanda arasından bir neçə klub çıxır. Ucsuz-bucaqsız dünyanın hər yerində hər biri 11 nəfərdən ibarət iki komanda stadiona çıxıb futbol oynayır, minlərlə tamaşaçı tribunlardan izləyir. Amma gözəlim Azərbaycanda hər biri 11 nəfərdən ibarət iki komanda oynayır, tribundan cəmi 16 tamaşaçı izləyir. Azarkeş demişkən, Mustafa Dənizli eşitməmiş olmaz, dəniz sahilində yaşayan lənkəranlılar futbolla nəfəs alırlar. Dərdi başından aşan “Xəzər Lənkəran”ın azarkeş sarıdan bəxti əməllicə gətirib. Lakin bu kluba azarkeşlik edənlərin də ümid və “ağ-yaşıl” formaya sevgidən başqa heç nələri yoxdu… Dərdlərini dənizlə bölüşməkdən də beziblər. Dənizin də başı öz problemlərinə qarışıb, bilmir ki, bölünmənin dərdini çəksin, neftin nazı ilə oynasın, balığın qayğısını çəksin, yoxsa kürünü qorusun. Fanatlar bu 10 ilin ağrı-acısını Con Toşakla bölüşmək istəyirdilər, amma ingilis onları anlamadı. Bəlkə də anlamaq istəmədi. İndi də ümid Dənizliyə qalıb.

Mustafa hoca bu fanatlara sevinc bəxş etmək üçün ya uğur qazanmalı, ya da elə uğur qazanmalıdı. Bizim türklər demiş, başqa yolu yox artıq! Klub rəhbərliyindən isə bir ricam var. Heç olmasa, bu 10 ildə birinci dəfə azarkeş ordusu ilə xor oxumağı bacarsınlar. Oxunacaq mahnını da seçmişəm. Çox duyğusal mahnıdı. Mətnində bir balaca redaktə etmək yetər.

Bir, iki, üç. Başladıq- “Mənə Dənizli verin!”

Hamı bir yerdə…

 

“Ədalət” qəzeti

5 Şərh yazıya: Etibar Cəbrayıloğlu: Mənə Dənizli verin!

  1. R.S.

    Bizə Dəniz yox Dəniz bizim nəyimizə lazımdır ,Bizə futbol verin .qələbə verin .çempionluq verin .
    Dənizli Xəzərdə İldırım kimi çaxmalıdır .

     
  2. Zefer Lerikli

    Salam! Denizlinide verdik Denize(Xezer klubu nezerde tuturam).Dənizlidə qovuşdu Denize!.Görəsen bunlarda bir insaf (huner ,qeyret ,vicdan və c) olarmi ki ,bizimle duyğusal mahni oxusunlar?

     
  3. Qabil

    Vəziyyət lap pisləşdi, belə əhvali-ruhiyyə ilə mahnı oxumaq olar? Məşədi İbad demişkə, “Heç hənanın yeridir?”

     
  4. Farid

    Inanmaq isteyirem ki her sey yaxsi olacaq. Ama hec olmasa bir nefer heqiqeti, klub haqqinda duzgun olani bu kisiye dese belke nese xeyri olar, hemde buda biler ne edir ve kimlelerle oyuna girib ve ne ise dusub

     

Şərh əlavə et


9 − = üç