Buradasınız Əsas » Transferlər » Elias Ribeiro de Oliveiranın da adı “Xəzər Lənkəran”la hallandı
  • Bookmark and Share

Elias Ribeiro de Oliveiranın da adı “Xəzər Lənkəran”la hallandı 

Elias_Trasfermarkt

“Xəzər Lənkəran”ın transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Məlumata görə, cənub təmsilçisi braziliyalı Eliası heyətinə qatmaq istəyir.

Tam adı Elias Ribeyro de Oliveyra olan 31 yaşlı hücumameylli yarımmüdafiəçi baş məşqçi Mustafa Dənizlinin istədiyi futbolçudur. Türkiyəli mütəxəssis məhz bu tip oyunçu ilə güclənmək istədiklərini dəfələrlə söyləsə də, ad çəkməmişdi. Lakin artıq Eliasla danışıqlara start verilib.

Cənubi amerikalı və onun məxsus olduğu “Atletiko Paranaense” ilə danışıqlar aparan “Xəzər Lənkəran” onunla birbaşa müqavilə bağlamaq niyyətindədir. “San Paulu”nun yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində vətənində “Bahia”, “Vasko di Qama”, “Fluminense”, “Atletiko Qoyaniense”, “Fiqueyrense”, BƏƏ-də “Əl-Əyn” klubunun şərəfini qoruyub. Elias 2012-ci ildən indiki komandasına keçib. Həmin vaxt B seriyasında çıxış edən Kuritiba təmsilçisi yüksək liqaya vəsiqə qazanıb.

2013-cü ilə “Atletiko Paramnense”nin 10 nömrəli formasında başlayan yarımmüdafiəçi mövsümün sonunda Braziliya çempionatının A seriyasının bürünc medalının qazanılmasında pay sahibi olub. Lakin iddialı klubda 6 matçda meydana çıxdıqdan sonra Elias “Ponte-Preta”ya icarəyə verilib. Ötən ilin son 4 ayını burada keçirən futbolçu 11 matçda 2 qol vurub. Orta sahə oyunçusu Ronaldinyonun çıxış etdiyi “Atletiko Mineyro” və Zeedorfun şərəfini qoruduğu “Botafoqo”nun qapısına yol tapıb. Lakin onun komandası aşağı dəstəyə yuvarlanıb.

Bundan başqa, qitə kuboklarında Argentina təmsilçisi “Veles Sarsfild”i də məyus edib. Ümumilikdə isə 2013-cü ildə A seriyasında 17 oyuna 2, qitə kuboklarında 7 oyuna 1, ölkə kubokunda 5 matça 1 dəfə fərqlənən Elias son turnirdəki qolunu “Atletiko Parannaense”də vurub.

Mənbə: Apasport.az

25 Şərh yazıya: Elias Ribeiro de Oliveiranın da adı “Xəzər Lənkəran”la hallandı

  1. R.S.

    bundan nəsə gözləmək olar .bu praqnoz Fatmanisənin falı əsasındadır .görək necə olacaq .

     
  2. van persi

    gelse ela olar

     
  3. van persi

    “Mənim işim yaxşı futbolçu tapıb, baş məşqçiyə təqdim etməkdir. Son qərarı Mustafa Dənizli verir”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına “Xəzər Lənkəran” klubunun braziliyalı meneceri Mario Souza deyib.

    Cənub təmsilçisinin sabiq futbolçusu olan Mario işinin detallar barədə danışıb: “Fasilə vermədən axtarışdayam. “Xəzər Lənkəran”a, Azərbaycana uyğun oyunçu tapmağa çalışıram. Biz kluba tanınmış futbolçular da cəlb edə bilərik. Ancaq məsələ adda deyil”.

    Souzanın fikrincə, hər bir futbolçu öncə Azərbaycana uyğunlaşmalıdır: “Yaxşı bir oyunçu gətirərsən, ancaq mühitə uyğunlaşa, özünü göstərə bilməz. Ona görə də, seçim edərkən Azərbaycandakı şərtləri nəzərə almaq mütləqdir. Legionerlərlə bağlı başqa bir problem “Xəzər Lənkəran”ın hazırda yaxşı durumda olmamağı ilə bağlıdır. Bilirsiniz, mən, Dieqo Qusmao, Junior Osvaldo, Denis Silva kimi braziliyalılar niyə komandaya tez alışdıq? Çünki biz problemsiz komandaya gəlmişdik və başda Emin Quliyev olmaqla, yerli futbolçular bizə dəstək oldular. Lakin indi problemlərimiz var və onları yoluna qoymağa çalışırıq. Çətinliklərin öhdəsindən gələcəyimizə inanıram”.
    *****
    Denən day, futbolçu almayacağıq da…

     
  4. R.S.

    Görəsən Xəzər Lənkaranda Bomba partladı ya yox? Partlasayıdı qəlpələr gəlib burada düşərdi yəqin .Mən Bombanın partlamasını gözləyirəm .Bəs Siz?
    *****
    Belə getsə, gop bombaları bərk səslə partlayır artıq.

     
  5. R.S.

    Bu hamısı N.T Gop bombalarıdır ki ,camma ora qaçıb səs=küyə başı qarışsın .Gərək belə siyasətçi olasan Qünya böyük siyasətçisini itirib .əzər Lənkaran isə “qazanıb ”

     
  6. Qabil

    Salam, Mirhafiz müəllim! Deyirəm heyf Sizli, bizli “Xəzər Lənkəran” azarkeşindən. Digər klublar belə azarkeş üçün burunlarının ucu güynəyir. Onlar bizim azarkeş qədər komandasına bağlı olan azarkeşı yalnız yuxularında gürürlər. Bizimkilərsə yalançı səs bombalarıyla hələ də sadəlüvh azarkeşini aldatmaqla məşğuldur.

     
  7. Qabil

    İndicə H.Cəbrayıloğlunun rəsmi açıqlamasını oxudum. H.Cəbrayıloğlu mətbuata rəsmən bəyan edir ki, braziliyalı yarımmüdafiəçi Elias Ribeyro bu gün axşam saatlarında komandanın qaldığı otelə gələcək. Onunla danışıqlar tam yekunlaşıb və futbolçu birbaşa müqavilə imzalayacaq.

     
  8. van persi

    Braziliyalı mərkəz müdafiəçisi Tieqo Villian “Xəzər Lənkəran” klubunun Antalya toplanışında iştirak edir. Bu barədə Futbol11.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

    Artıq futbolçu ilə müqavilənin bütün detalları razılaşdırılıb. Mərkəz müdafiəçisi 1 illik sözləşməyə imza atacaq. Tam adı Villian Tieqo de Xesus olan 28 yaşlı mərkəz müdafiəçisinin son klubu “Fiqueyrense” olub.
    2013-cü ili bu komandada keçirən arxa xətt oyunçusu karyerası boyu vətənində “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara”nın, Yaponiyada isə “Kioto Sanqa”nın şərəfini də qoruyub.

     
  9. R.S.

    Mirhafiz deyəsən ,kulub çaxnaşmaya düşüb ,Bu nədir .transferlərdən əlimizi üzdüyümüz vaxt .çoxlu sayda futbolçu transfer xəbərləri çıxıb .Yəqinki sizn vurdüğunuz ,baxımlı “qol”un sayəsindədir .

     
  10. Qabil

    Salam, Mirhafiz müəllim! M.Rednik “Futbol+” qəzetinə verdiyi müsahibəsində görün nə deyir.
    “Bir neçə ay əvvəl “Anderlext”lə oyundan öncə tribunadan “Rednik”, “Rednik” sözlərini eşidəndə dönüb həmin tərəfə baxdım. “Xəzər Lənkəran”ın forması əynində, şərfi boynunda olan bir azarkeş idi. Məni yanına çağırırdı. Açığı çox təəcübləndim və ona tərəf yaxınlaşdım. Əlindəki stəkanı tələsik mənə tərəf uzadıb “Sizi heç vaxt unutmarıq” söylədi. Stəkanın üzərinə mənim şəklimi həkk etdirmişdi. Düzü çox təsirləndim, gözlərimə inana bilmirdim. Öyrəndim ki, həmin azarkeş Almaniyada yaşayır və “Xəzər Lənkəran”ın sadiq azarkeşidir. Bundan xəbər tutan jurnalistlər məsələnin məzğini bilib stəkanın şəklini çəkdilər. Belə sevgini heç nəyə dəyişmək olmaz”.
    *****
    Bu adam etdikləri ilə hələ çox böyük sevgiyə layiqdir.

     
  11. Zəfər Lerikli

    Muəllim salam!-Yeni mərkəz mudafiəci Villian Tieqo artiq kamandamizda görməyinə sayili dəqiqələr qaldi.Bir sira saytlar artiq sözugedən oyuncunu kamandamizim “gələnlər” siyahisina saliblar.Bu oyuncunun oynunu görmədiyimiz halda, artiq bəzi saytlar Rasim Ramaldanovu əvəzedici heyətə göndəriblər.Hucumcu alinmasini indi cox gözləyirəm.Hər halda transfer pəncərəsi bağlanmaq uzrədir.Klub yəqin son anda həmişəki kimi “ucuz” transfer etməz və bu dəfə oyuncunu onun adina görə yox,döyuşkənliyinə görə alacaq.Buna inanmaq istərdim..amma…

     
  12. van persi

    “Xəzər Lənkəran” klubunun müdafiəçisi Rasim Ramaldanov yanvarın 24-də doğum gününü qeyd etdi. 28 yaşını tamamlayan millimizin üzvü axşam məşqindən sonra apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

    – Öncə ad gününüzü təbrik etmək istərdik. Sizə karyeranızda uğurlar arzulayırıq.

    – Diqqətiniz üçün çox sağ olun, xoşdur.

    – Mustafa Dənizlinin rəhbərliyi altına ilk təlim-məşq toplanışınızdır. Məşqlər necə gedir?

    – Hər şey yaxşıdır. Gündə iki dəfə məşq edirik. İnşallah, fasilədən sonra əziyyətimizin bəhrəsini görərik.

    – Yanvarın ilk günlərindən Antalyadasınız. Ötən müddət ərzində komandada nə dəyişib?

    – Kollektiv oyun planında irəliləyiş var. Dənizli çox ciddi məşqçidir və nizam-intizama xüsusi önəm verir. Düşünürəm ki, toplanışın faydası böyük olacaq.

    – Komandanıza yeni mərkəz müdafiəçisi gəlib – braziliyalı Villian Tieqo. Onunla rəqabət çətin olmayacaq?
    – Rəqabət olanda futbolçuda inkişaf müşahidə olunur. Onun gəlməyi bizim gücümüzə güc qatdı. Kim özünü yaxşı tərəfdən göstərsə, əsas heyətdə də o oynayacaq. Əsas odur ki, “Xəzər Lənkəran” qalib gəlsin.

    – Məşqlərdə Dənizlinin topu yerlə oyuna daxil edən zaman sizə iradını bildirdiyini gördük…

    – Bəli, məşqçi mərkəz müdafiəçilərdən diqqətli olmağı, ilk ötürməni düzgün verməyi tələb edir.

    – Bir neçə gündən sonra Topaz Premyer Liqasında III dövrənin açılış oyununda “Qarabağ”la qarşılaşacaqsınız. Bu görüşə nə dərəcədə hazırsınız?

    – Bəli, müəyyən problemlər olsa da, hazırıq. “Qarabağ” çempionatımızın ən yaxşı klublarından biridir. Kim güclüdürsə, o da qalib gələr.

    – “Xəzər Lənkəran” cari mövsümdə avrokuboka düşə biləcəkmi?
    – Biz də bunun üçün çalışırıq. Əminəm ki, qarşıdakı iki dövrədə azarkeşlər tamam başqa “Xəzər Lənkəran” görəcəklər.
    *****
    Bizim saytımız, Rasim Ramaldanovu ad günü münasibəti ilə təbrik edir, və onun komanda haqqında dediyi yüksək fikirlərin, reallaşması arzularına qoşuluruq.

     
  13. R.S.

    Dənizli çox az oyun keçirdi .Belə necə çatışmamazlıqları görəcək.
    *****
    Denizlinin təcrübəsi kifayət edir ki, bütün çatmamazlığı anındaca görsün və görür də… Amma çatmamazlığı aradan qaldırmaq üçün həmin mövqeləri doldurmaq lazımdır ki, bu da Denizlinin istəyindən asılı deyil.

     
    • R.S.

      Biri baş tutub brazilyalı ilə ,12ci oyunçuda gedən xəbərə görə ,makidonla da müqavilə imzalanar .

       
  14. van persi

    “Xəzər Lənkəran”da baş məşqçi Mustafa Dənizlinin köməkçisi olan Oğuz Çetin Türkiyə mətbuatına müsahibə verib. O, komandadakı hədəflərindən danışıb:

    “Mustafa Dənizli şəxsiyyəti, mədəniyyəti ilə çox fərqli bir insandır. Çalışdığım baş məşqçilər içərisindən onun yeri başqadır. Hələ də ondan bir şeylər öyrənirəm. Dənizli ilə çox yaxşı mühit yaratmışıq”.
    “Hannover”in başındakı Tayfun Korkutun Almaniyada, bizim də Azərbaycanda bir misiyamız var. İşlədiyimiz yerlərdə uğur qazanmaq məcburiyyətindəyik. Belə olacağımız təqdirdə, digər türk çalışdırıcıların da yolu açılacaq. Necə ki, bizdən sonra Gevənc Kurtar da Azərbaycana gəldi. “Xəzər Lənkəran”la 3 maçtda 7 xal toplamışıq. Düzdür bu turnir cədvəlindəki yerimizi dəyişdirməsə də, xal fərqini azaltdıq. İkinci dövrədə ilk üçlüyə düşəcəyik. Əsas hədəf kuboku qazanıb Avropada oynamaqdır. Bunu bacarsaq, azarkeşlərimiz küçələrdə uğurumuzu qeyd edər”.

     
  15. van persi

    Türkiyədə təlim-məşq toplanışı keçirən “Xəzər Lənkəran” daha bir futbolçunu sınayır.
    İdmanxeber.com-un Makedoniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Deyan Blazevskidir. Onun yaxın günlərdə Cənub klubu il 2 illik müqavilə imzalayacağı iddia olunur. Son klubu ölkəsi Makedoniyada “Turnovo” olan futbolçunun transfer dəyəri 700 min avroya yaxındır. Mənbədə bundan əlavə qeyd olunur ki, bu transferdə əsas rolu Lənkəran klubunun futbolçusu Nikola Qliqorov oynayıb. O, Deyan ilə çoxdan tanışdır.
    Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi Makedoniya millisində 2 oyuna çıxıb və 1 qol vurub

     
  16. R.S.

    Bir iradım var istifadiçilərə Başqa saytda gedən müsahibə və ya xəbərləri şərh yerində verirlər .Əvvala hamı oxuyur .sonra da ən lazımlı mövzuları sayt rəhbərləri saytda yerləşdiorirlər. Öz fikrlərin yazsalar daha yaxşı olar.
    *****
    Sizinlə razılaşmamaq olmur!

     
  17. Qabil

    Salam, Mirhafiz müəllim! Bildiyiniz kimi keçmiş “Xəzər Lənkəran”lı Eduardo Oriol hazırda Kiprin “AEL Limasol” klubunun şərəfini qoruyur. Dünən keçirilən oyunda Edu ardıcıl iki qol vuraraq komandasına qələbə qazandırıb. Çox heyf ki, qol duyumu olan belə bir yarımmüdafıəçidən komandamız düzgün yararlanmadı. Kaş yarımmüdafiədə Toşak Benuahiyə verdiyi şansı Eduya verəydi.Baxmayaraq ki, Toşak böyük təcrübəyə malik idi amma o, Edunun potensialını görmədi və ya açmaq istəmədi.
    *****
    Nə ki, Edu Oriol, Tony Doblas və sair bu kimi futbolçulardan yararlana bilməmək “Xəzər Lənkəran”ın böyük xətasıdır. Əvəzində isə futbol anlayışı olmayanları komandada saxlayırlar.

     
  18. Qabil

    PFL prezidenti R.Musayevin mətbuata açıqlamasına görə “Xəzər Lənkəran” klubunun prezidenti Mais Mənsimovun ondan “Ağ-yaşıl”ların oyunlarını FİFA referisi Fariz Yusifovun idarə atməməsini xahiş edib. Səbəb kimi “Xəzər Lənkəran”ın oyunlarını idarə edərkən F.Yusifovun yol verdiyi kobud səhvlər göstərilib. PFL prezidenti klub rəhbərinin gətirdiyi dəlilləri əsas sayaraq F.Yusifovun “Xəzər Lənkəran”ın oyunlarını idarə etməsinə qadağa qoyub.
    Nəhayət ki, PFL bizim haqq səsimizi eşitdi. Çünki, meydanlarda ən çox haqqımızı yeyənlərdən biri də Fariz Yusifov idi.
    *****
    O olmasın, bu olsun! Əsas odur ki, pisliklərindən əl götürsünlər. Bir də ki, bununla da aydın olur ki, AFFA-da qanunsuzluq hökm sürür. PFL prezidenti, kimdir ki, hakim təyinatlarına qarışır. Bəs Hakimlər Komitəsi nə üçündür???

     
    • R.S.

      AFFA-dan bu suala cavab istəyirik .Bu özbaşınalıqdır.
      *****
      Bu özbaşınalıq haqqında bir neçə yazılarımızda da bəhs etmişik, zaman-zaman. Amma bir dəfə həya edirlər ki?

       
  19. R.S.

    Saytın işləməsi sevindidricidir.Neçə gündür sayt işləmirdi ,Bu narahatçılıq yaratmışdı ,İnşAllah ki hər şey qaydasında olar.
    *****
    Bunun səbəbi haqqında, Zəfər bəyə cavabımda qısa da olsa bəhs etmişəm.

     
  20. Qabil

    Salam, hörmətli DOKTOR! R.Musayev “Xəzər Lənkəran” rəhbərinin xahişini yerinə yetirməklə əslində hakimlərin tez-tez kobud səhvlərə yol verdiklərini həmçini Hakimlər Komitəsinin marionet qurum olduğunu bir daha təsdiqləmiş oldu. Əgər PFL rəhbəri istənilən referiyə oyunu idarəetməmək qadağası qoyursa deməli istənilən oyuna da sifarişlə hakim təyin edə bilir. Bu da ölkə futbolunun eybəcərliklərindən bir nümunədir. Özləri özlərini ifşa edirlər.
    *****
    Çox sağ olun, Qabil bəy! Zatən mən də bunu demək istəmişdim.

     
  21. Zefer Lerikli

    Muəllim necəsiniz?-Aciği Sizin yeriniz həmişə bilinir.Saytda yeni yazilarinizi hər gun axtaririq.
    *****
    Çox sağ olun, Zəfər bəy! Düzü srağa gün bir yazı hazırlamışdım. Amma internet sistemində bir xəta üzündən, yazının düz yarısı pozulub getdi. Nə qədər çalışsam da bərpası mümkün olmadı. Bu mənə çox pis təsir etdi. Xeyli zəhmət və vaxt sərf etmişdim. Sonra yazını davam etdirməyə elə bil ilham gəlmədi. Komandanın passivliyi də bir yandan, hövsələsiz edib, sanki insanı.

     
    • Анонимно

      Muəllim!.-Axi vaxtiynan siz demişdiniz ki ,kamandamizda qişda iki və ya uc ciddi transfer olsa Mbilla səviyyəsində,onda hər şey yaxşiliğa doğru cox dəyişəcək.Edilən transferlərə qarşi sakitliyiniz və təmkinli olmağiniz nədənsə xəbər vermirmi?-Birdə yazilan yazinin texniki səbəbdən pozulmasi adama cox təsir edir və ikinci dəfə həmin fikirlərə o işiği vermək cox vaxt mumkunsuz olur.Buna cox zəhmət cəkdiyinizdən cox əsəbləşdiyinizin fərqindəyəm.Neynəmək olar,qismət beləymiş.Bununla belə azarkeşlər həmişə sayti diqqətdə saxlayirlar və hər an nəsə yeni xəbər saytdan gözləyirlər.
      *****
      İşin pisi transferlər deyil. İşin pisi onların gəliş formasıdır. Düzdür bu transferlər komandanı gücləndirə bilərdi. Amma baxın, iki legioner transferimiz oldu. Biri qapıçı, başqa bir təcrübəli qapıçının yerinə gəldi. Digəri bir müdafiəçidir ki, o, da təcrübəli Edu Oriolun və komandaya çox alışmış Radomir Todorovun yerpnə gəldi. Beləlikə, komandada əskilmə oldu, nəinki artım! Onlar da qalmaqla, təzələrin gəlişi isə komandanı gücləndirə bilərdi. Heyhat…

       

Şərh əlavə et


+ 4 = altı