Buradasınız Əsas » Transferlər » Elias Ribeiro de Oliveira rəsmən “Xəzər Lənkəran”a qoşuldu (Video)
  • Bookmark and Share

Elias Ribeiro de Oliveira rəsmən “Xəzər Lənkəran”a qoşuldu (Video) 

Elias_Muqavile

“Xəzər Lənkəran” Futbol Klubu transfer pəncərəsinin son günündə braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranın keçidini həll etdi.

San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin “Bahia” klubunun yetirməsidir. “Vasko da Qama” və “Fluminense”də az müddət çıxış edəndən sonra, Elias 3 il “Atletico Qoainense”nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Eyn” klubunda qısa legioner həyatı sürməsinin ardından futbolçu “Fiqeyrense”də çıxış edib.

Son iş yeri Braziliya A Seriyası təmsilçisi “Atletiko Paranaense” olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi “Ponte Preta”nın heyətində keçirib.

Futbolçu ilə “Xəzər Lənkəran” arasında növbəti mövsümün sonuna qədər olan müddətdə müqavilə imzalanıb.

Mənbə: Lankaranfc.com

Elias_Trasfermarkt

 

10 Şərh yazıya: Elias Ribeiro de Oliveira rəsmən “Xəzər Lənkəran”a qoşuldu (Video)

  1. farid

    son noqtqni super bir trasferle qoyduq,xeyirl olsun.
    *****
    Doğrudan da uzaq məsafələrdən və iti bucaq altında qol vuran Elias kimi futbolçumuz olmayıb. Buna xarici klublarda rast gəlsək də bizcə bu son illərin Azərbaycan futbolunda bir ilkdir. Əlbəttə ki, öz oyununu burada da davam etdirə bilsə…

     
  2. Qabil

    Hörmətli DOKTOR! Mən həmişə arzulamışam ki, İLYAS səviyyəsində heç olmazsa üç futbolçumuz olaydı. Elias səviyyəli oyunçudur. Bircə qalır komandamızda əsl oyununun alınması.
    *****
    Bunlarla bağlı bir yazı hazırlamağa çalışacağıq.

     
    • Tənqidci

      Nildo qapidan konstesasiya olunmağini bir metr ovsayta cəkib.Kəntcisinə bunu öyrətməsə,inam edə bilərsiniz Qabil bəy!

       
  3. Tənqidci

    İlyasin sol ayaği “zəif” fikirləşərək carə axtarmaqda olsun,sağ ayağ barədə sonra.
    *****
    Biz də buna fikir vermişik. Diqqətli olduğunuz üçün saytımızda yeni-yeni şərhlər verməyinizdən, azarkeşlərimiz məmnun olardı…

     
  4. Qabil

    Müəllim, əgər təlim-məşq toplanışı və yeni transferlər də daxil olmaqla komandanın hazırkı durumunu əhatə edən yazı olsa, əla olardı. Xeyli vaxtdır Sizin bu məzmunda yazılarınıza tamarzı qalmışam.

     
  5. Qabil

    TƏNQİDÇİ qardaş! Artıq Nildonun hansı keyfiyyətlərə malik olmasını M.Dənizli bilməmiş deyil. Mənə elə gəlir ki, çempionatın qalmış oyunlarının əksəriyyətini Nildo ehtiyat skamyasında başa vuracaq. İlyasa gəldikdə isə Nildo bilmədiklərini ondan öyrənməlidir. İlyasla Nildonun arasındakı yaş və səviyyə fərqi bunu deməyə əsas verir.

     
    • Tənqidci

      Sizinlə razilaşmiram qəti.Nildodan hakimləri ,cox peşəkar futbol bilicilərini və bunlarin başcilarini öyrənməyə məhkumdur bu İlyas !.Nildonun oynamağa İlyasa ehtiyaci yoxdu, yoxdu.!

       
  6. van persi

    gelin bakida yasayan xl azerkesleri eger xezer lenkeran qarabag oyunu sabah bas tutsa oyuna gedin ve komandanizi destekleyin.
    *****
    Təbii ki, hava şəraitinə baxmayan “Xəzər Lənkəran” azarkeşi komandası üçün çox darıxıb və bunun fərqində deyil.

     
  7. van persi

    cox yaxsi transfer oldu bizim onun kimi oyuncularimiz olub meselen svetqov, parks, mario souza katalin doman ve.s eger onun oyunu xezerde alinsa xezeri cenpion ede biler

     
  8. Demir Agaci

    Her kesi tebrik edirem. Mubarekdir :).

     

Reply to van persi


8 + bir =