Edu Oriol Qarsiya ”Xəzər Lənkəran”da!

Kamerunlu Mbilla Etamenin transferindən sonra, “Xəzər Lənkəran” Futbol Klubu daha iki futbolçunun transferini rəsmiləşdirdi. Bunlardan biri İspan futbolçu Eduard Oriol Qarsiya, digəri isə Deyvid Sacconidir.
26 yaşlı yarımmüdafiəçi Edu karyerasına Kataloniya klubu olan “Pobla Mafumet”də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası “Sant Andreu”da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu “Barselona”nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə “Barselona B”də oynayan Edu bu komandanın “Sequnda”ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə “Barselona”nın əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan “Sequnda”da 60 çempionat oyununda 9 dəfə fərqlənib.
2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol “La Liqa”da çıxış edən “Real Saraqosa”nın heyətinə keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bu gündən etibarən “Xəzər Lənkəran”ın uğurları üçün çalışacaq.
Edu Oriolla “Xəzər Lənkəran” arasında iki illik müddətinə müqavilə imzalanıb.
Mənbə: Lankaranfc.com
 
Arxiv: Bosman.at.ua.

1 thought on “Edu Oriol Qarsiya ”Xəzər Lənkəran”da!”

  1. admin xezer lenkeranda en son transfer xeberi nedir?
    ******************************
    Hələlik real bir variant yoxdur. Bir də ki, transfer pəncərəsi Avqust ayının son günündə artıq bağlanıb.

Comments are closed.