Buradasınız Əsas » Xəbər » Dönüş nöqtəsi və ya bəzi döndərmələr
  • Bookmark and Share

Dönüş nöqtəsi və ya bəzi döndərmələr 

Donen kater

23. 02. 2014 tarixində, saat 17:00 -da  “AZAL Arena” stadionunda, yəni səfərdə XXIII tur çərçivəsində,  Azərbaycan Respublikasının  Lənkəran şəhərini təmsil edən, “Xəzər Lənkəran” komandası AZAL şirkətinin eyniadlı komandası ilə görüşəcək. Xatırladaq ki, AZAL komandası da Azərbaycanın Bakı şəhərinin Şüvəlan qəsəbəsini (kəndini) təmsil edir və mənası da “Azerbaijan Airlines” yəni, “Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti” deməkdir. Hə, lap yadımızdan çıxdı deyəsən.  “Xəzər Lənkəran” komandasının da adının açıqlanması yəni Xəzər dənizi sahilində yerləşmiş Lənkəran şəhərinin (oxu: limanı) təmsilçisi anlamındadır. Loqosundakı futbol topu təsviri isə bu şəhəri yəni Lənkəranı  təmsil edən futbol komandası anlamındadır.

Əziz oxucu, deyəsən başınızı ağrıtdıq. Soruşa bilərsiniz ki, bu bildiyimiz şeyləri niyə təkrarən yazırsız, sözü qısa edib mətləbinizi ortaya qoyun da… Məsələ burasındadır ki, ötən yazımızda normal məntiqlə analiz aparmışdıq. “Xəzər Lənkəran”ın özündən üst pillələrdən xal almasının vacibliyindən danışmışdıq. İlk üçlük oyunlarından sonra, “Bakı” və “İnter”dən də xal almasının vacibliyindən söz açmışdıq. Bunu bizdən səhv tutanlar da olmuşdu ki, “Bosmandan bele bir yazı gözlemezdim.Bir çox yanlış tesbitler var.Xezer psixoloji cehetden uduzmadı mence.Burda en başlıcası ardıcıl çetin oyunlardan sonra oyunçuların fiziki cehetden yorulması idi.ikincisi Bakıdan sonra İnterle yox AZALla oynayacağıq.bundan başqa tounkaranı reqib çox yaxşı saxlamışdı deye istenilen kimi aktiv ola bilmedi hücum xettimiz.Denizlinin oyuna müdaxilesine gelince rahidin zedesinden sonra mecburi azerbaycanlı oyunçu buraxılmalı idi ki,slavikden başqası uyğun gelmirdi.hem de ehtiyat skamyamız da çox geniş deyil,melum.ve sonda artıq oyunçu dediklerimiz nildo,benuahi,slavik,tural kimi oyunçuların hamısı meydanda idi çox teessüf.bunları evezleyecek oyunçular da yoxdu hazırda komandada.”

Yuxarıda fərqli şriftlərlə göstərilən bu şərh, “12cioyuncu.info” azarkeş saytında da dərc olunan, bizim, “Üç oyunluq “psixoloji yanacağın” tükənmə qorxusu” olan, bizdən səhv tutulan həmin şərhdir. Şərhi yazan, bizim bir çox yanlış təsbitlərimizin olduğunu göstərmək istəyir ki, buna iradımız əsla yoxdur. Çünki müxtəliffikirliliyə hörmətlə yanaşırıq. Amma onu da deyək ki, “fiziki cəhətdən oyunçularımızın yorğunluğu” bu oyunda hiss olunmadı və fiziki hazırlıq normal səviyyədə idi. Bunu oyunun videoyazısına təkrar baxıb, əmin olmaq olar. Sadəcə xeyli fiziki güc sərf edərək nəticə ala bilmirsənsə, bu elə psixoloji olaraq hazırsızlığın nəticəsidir. Yazıda bu aydın ifadə olunub.

Başqa bir qəbul etmədiyimiz məsələ də var ki, o, da bizdən səhv tutularaq növbəti oyunun “İnter”lə yox AZAL-la olmasına, şərhçinin iradıdır. Bizim həmin yazıda heç də təqvimin ardıcıllığı köçürülməyib. Komandanın azarkeşləri olaraq “Xəzər Lənkəran”ın hansı turda kimilə oynanılacağını bilirik və bu saytımızın təqvim bölməsində də “Ölkə Çempionatı (TƏQVİM)” kimi göstərilib. Qırmızı hərflərlə göstərilən keçidləri yoxlamaqla bunu aydınlaşdıra bilər cənab, şərhçi.

Yazıda söhbət bizdən, yəni “Xəzər Lənkəran”dan yuxarı pillələrdə qərarlaşan komandalardan gedir ki, bu da “Bakı”dan sonra XXIV turda “İnter” komandasıdır. AZAL bizdən aşağı pillələrdə olduğu üçün, bu komandanın adı çəkilməyib. Yazının ruhunda üst pillələr anlamı var ki, bunu başa düşməmək oxucunun belə demək mümkünsə, öz problemidir. Uzunçuluq etməklə həmin oxucuya belə demək istəmişik ki, sizə aydın olması üçün beləmi yazmalıyıq, yəni yuxarıdakı birinci abzasdakı kimi? Əlbəttə ki, yox! əziz oxucular. Əksər oxucuların intellekt səviyyəsi olduqca yüksəkdir və biz buna əminik. Sadəcə “təqvimdəki sıralamanı özü bildiyi kimi bəsit göstərməklə, digər oxucuları da çaşdırmaq istəyi və bizim yazıya şübhə toxumu səpmək cəhdi” kimi yönvermələr yolverilməzdir.

İndi isə qayıdaq komandamızın AZAL-la oyunlarına. Nəbioğlunun “12cioyuncu.info” saytı üçün hazırladığı statistikanı təqdim edərək, onu demək istəyirik ki, AZAL-la oyun, demək olar ki, həmişə “Xəzər Lənkəran” üçün uğurlu olub. Özü də bu bir neçə dəfə komandamızın uzun müddət uğursuzluq zolağına düşməsindən sonra olub ki, AZAL üzərində qələbədən sonra, komandamız bu qara zolaqdan çıxıb və dönüş nöqtəsi kimi, uğurlu seriyanın başlamasına start verib. İnanırıq ki, XXIII turda da bu komanda üzərindəki qələbə, növbəti turda bizdən üst pillədə qərarlaşan “İnter” üzərində də olmaqla, sonrakı turlar üçün uğurla davam edəcək. Həmçinin son turda “Bakı” məğlubiyyətini unutduracaq.

 2005/06 mövsümü

“Olimpik” – “Xəzər Lənkəran”   0:2

“Xəzər Lənkəran” – “Olimpik”   1:0

 

 2006/07 mövsümü

“Olimpik” – “Xəzər Lənkəran”   1:2

“Xəzər Lənkəran” – “Olimpik”   3:2

 

 2007/08 mövsümü

“Olimpik” – “Xəzər Lənkəran”   0:0

“Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 Azərbaycan kuboku, ¼ final mərhələsi

“Olimpik” – “Xəzər Lənkəran”   1:0

“Xəzər Lənkəran” – “Olimpik”   2:0

 

 2008/09 mövsümü

“Olimpik” – “Xəzər Lənkəran”   0:1

“Xəzər Lənkəran” – “Olimpik”   0:0

 2009/10 mövsümü

“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:0

“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 Azərbaycan kuboku, yarımfinal

“Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:1

“Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 2010/11 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0:1

“Xəzər Lənkəran” –AZAL  2 : 1

 

 2010/11 mövsümü final mərhələsi

AZAL – “Xəzər Lənkəran”  1 : 0

“Xəzər Lənkəran” –AZAL  3 : 0

 

 2011/12 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0 : 3

“Xəzər Lənkəran” –AZAL  1 : 0

 

 2012/13 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran” 0 : 2

“Xəzər Lənkəran” – AZAL 1 : 2

 

2012/13 mövsümü final mərhələsi

“Xəzər Lənkəran” – AZAL 1 : 1

AZAL – “Xəzər Lənkəran” 2 : 0

 

2013/14 mövsümü I dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 3

 

2013/14 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL 1 : 1

 

 2013/14 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” ? : ?

9 Şərh yazıya: Dönüş nöqtəsi və ya bəzi döndərmələr

  1. Zəfər Lerikli

    “Azal” kamandasi indi inkişaf etməkdədir.Bu kamanda son oyunlarda məğlub olsada yaxşi təsir bağişlayir.Biz bu kamandani qiymətləndirməliyik və hörmətlə yanaşmaliyiq.Kamandamiz hecdə arxayinciliqla bu oyuna çixmamalidir.Vaqif Sadixovdan surpriz gözləmək olar.Butun bunlara görə cox ehtiyatli olmaliyiq.

    Muəllim!-Azarkeş sadəcə şərh edir və yalniz öz duşuncəsini ifadə edir.Ona görə ola bilsin ki hadisə və realliqdan uzaq fikirdə yaza bilir.Əslində belədə olmalidir.Muxtəlif fikirlər axirda bir realliğa gətirib cixardir.Bu realliğida siz qeyd etmisiniz və muxtəlif şərhlərədə hörmətlə yanaşmisiniz.

    Qaldi təqvim məsələsi və ust sirada gedən kamandalarla qarşilaşmağa…burdada bəzi azarkeşlərimiz cumlənin mahiyyətinə ya fikir vermir yada muəllifin fikrini tam anlamir.Bunuda azarkeşlərimizə bağişlamaq olar və ya öz problemi kimi sərbəst buraxmaq olar.
    Əlbəttə ki , bu qəsdən edilməməli və muəllifin fikirlərinə “şubhə toxumu əkmək” anlaminda işlənməməlidir.
    Məndə öz fikirlərimi yaziram və boynuma aliram ki ,”Bosman” mənə həqiqəti deyir.Butun bunlara görə sizə təşəkkur edirəm.
    *****
    Zəfər bəy, şərhinizin sonuncu abzasının əvvəli, çox mətləblərdən xəbər verir. Bizim isə bu mövzuya toxunmağımız məhz elə bu fikrə görə idi.

     
  2. Qabil

    Mirhafiz müəllim, Salam! Aparilan təhlillərin mütləq əksəriyyəti qısa zaman kəsiyində öz doğruluğunu sübut edir və kim nə deyirsə desin, doğruya zaval yoxdur. “Azal”a gəlincə isə bu oyun bizim üçün çox əhəmiyyət kəsb edir. Qələbə komandamıza hava, su kimi lazımdır ki, yolumuzu davam etdirək. Doğru qeyd etmisiz ki, bir neçə dəfə “Azal”a qalib gəldikdən sonra uğurlu dönüşə nail olmuşuq. İnşallah bu dəfə də qələbəmiz komandamız üçün dönüş funksiyasını oynayacaq.

     
  3. Qabil

    Qalib gəlib “Azal”a,
    Həsrət qoyaq üç xala.
    Xəzər”ə yaraşmaz heç,
    Qala liderdən dala.
    *****
    İki top tora sala,
    Qalib gələ, AZAL-a.
    Sonra qələbələrlə,
    Davam et, bala-bala…

     
    • R.S.

      Allah sizlərdən razı olsun .çox xoş olur bu şeirləşmələri oxumaq.
      Ağasəlim M.-un deiklərində bir həqiqət var ki bizim komanda heç nədən top buraxır.bu böyük problemdir .
      Mirhafiz bəy .Mustaya Dənizliyə niyə “hoca” deyirlər .bizdə bu söz müəllim deməkdi .bəs bizlər niyə “hoca” deyirik .? Bəlkə də qınayarsınız ki bu nə sualdır .amma sizdən başaqa .buna məntili cavab verən olmayacaq.
      *****
      Xoca, ümumilikdə turk xalqlarının dilində işlənib, “Müəllim”, “Mürəbbi”, “Tərbiyəçi”, “Elmli” və sair çox hörmətli, insanlara deyilir. Türkiyə əlifbasında “X” hərfi olmadığından, onlar bunu “H” hərfi ilə səsləndirirlər. Nə yazıq ki, Azərbaycanda bu sözü bizə məxsus olduğu kimi Xoca yox, Hoca deyə ifadə edirlər. Bu bir yandan dilimizi bilməməkdən, bir yandan da böyük qardaş axtarmağımızdan irəli gəlir. “Xəzər Lənkəran” azarkeşi də Xocaya Hoca deyirsə, onlardan xahiş edirik ki, onda komandamıza da “Hazar Lenkeran” desinlər.

       
      • R.S.

        Bax belə .bu da sizə məntiqli cavab
        .Bundan sonra görək nə deyəcəklər
        Sağ olun Mirhafiz bəy!Allah sizdən razı olsun.
        *****
        Allah sizdən də razı olsun ki, bu məsələnin düzgün çözümünə şərait yaratdınız!

         
    • Zəfər Lerikli

      Sevinək bu zəfərlə,
      Örnək olaq ədəblə.
      Belə qələbələrlə,
      Bayram edək “Xəzərlə”.
      *****
      “Xəzər” bizim şahımız,
      Qələbədir, tamahımız.
      Hakim dəlləklik, edir,
      Bəs nədir, günahımız?

       
      • Zəfər Lerikli

        “Xəzər”liyik, coxuq biz.
        Gözə girən oxuq biz.
        Həmişə öndə gedən,
        Dəryada “Bosman”iq biz.
        *****
        Gəzir, bol sularda “Xəzər Lənkəran”,
        Rəqibinə heç vaxt verməyir aman.
        Hava aydın olsun, ya olsun duman,
        Onu qoruyacaq xətadan, “Bosman”!

         
        • Zəfər Lerikli

          “Xəzər” bizim adimiz,
          Qələbə muradimiz.,
          Hakim dəlləklik etsə
          Bil, odur gunahimiz.
          Zəhmətlə alişiriq
          Haqq yola calişiriq.
          Rəqiblə barişiriq
          Bil, odur gunahimiz.

           
        • Zəfər Lerikli

          Təşəkkur edirəm! İnşallah!

           

Şərh əlavə et


+ doqquz = 14