Deyilən xəbərlər reallaşmaq üzrədir…

Premyer Liqada yaranan qış fasiləsi zamanı Antaliyada təlim-məşq toplantısı keçən “Xəzər Lənkəran” yanvarın 12-də hazırlığını bir məşqlə davam etdirib. Əldə olunan məlumata görə klub prezidenti Mais Mənsimovun Antaliyaya gedərək komandanın düşərgəsini ziyarət etməsi və transfer çalışmalarına bir başa nəzarət etməsindən sonra düşərgədə aktivlik müşahidə olunur. Belə ki, klub prezidentinin təkidi ilə sürətləndirilən transfer işləri artıq öz bəhrəsini verməkdədir. Komandanın axsayan mövqelərindən olan qapı xəttini gücləndrimək məqsədi ilə heyətə gətirilən səviyyəli qapıçı artıq komandanın məskunlaşdığı otelə gəlmişdir. Yaxın saatlarda qolkiperlə danışıqlar yekunlaşdırılacaq və münasibətlər rəsmiləşdiriləcək.
Mənbə: 12cioyuncu.info

2 thoughts on “Deyilən xəbərlər reallaşmaq üzrədir…”

  1. Sabahınıx xeyir olsun DOKTOR! Yeni qapıçımız olacaq xorvatiyalı Tomiç 2010-2013 cü illərdə Türkiyənin “Karabükspor” klubunun şərəfini qoruyub. Ola bilsin ki, M.Dənizli Tomiçi Türkiyədən tanıdığı üçün bəyənib və alınmasına razılıq verib. Tomiç göstəricilərinə görə təcrübəli və səviyyəli qapıçıdır. Əsas məsələ isə onun “Xəzər Lənkəran”in heyətinə uyğunlaşıb öz yerini tutması və yaxşı oyunuyla komandasına xeyir verməsidir.
    *****
    Qabil bəy, adətən şərqi Avropa ölkələrindən olan futbolçular uyğunlaşma prosesini uğurla və tez başa vurur. Bəlkə də bu onların köhnə sovet dünyasına bağlı olması ilə əlaqədardır. Həm də sosializmə tam bağlı olmamaları, onların kapitalist, demokratik ölkələrə də tez uyğunlaşmasına səbəb olur. Fikir vermisinizsə, sovet dövründə də onlar avropasayağı yaşayan ölkələr idi. Zorla sosializmə də uyğunlaşdırılırdı. Amma orta Asiya (indi mərkəzi Asiya deyilir) ölkələrinin insanları, Avropaya uyğunlaşmaqda necə çətinlik çəkirsə, qərbi Avropa ölkələrinin insanları da köhnə sovet ölkələrinə uyğunlaşmaqda çətinlik çəkirlər. Şərqi Avropa ölkələri bu baxımdan dediyimiz kimi fərqlidir. Ona görə hər iki tipli ölkələrə tez uyğunlaşırlar.

Comments are closed.