Buradasınız Əsas » Xəbər » Denizliylə müqavilə Mənsimova görə gecikir
  • Bookmark and Share

Denizliylə müqavilə Mənsimova görə gecikir 

Mustafa-Mubariz

Con Toşakın istefasından sonra “Xəzər Lənkəran”ın baş məşqçisi olacağı gözlənilən Mustafa Denizlinin Lənkərana gəlişi yubanır. Həftənin əvvəlində cənub bölgəsinə bir neçə saatlıq səfər edən türk mütəxəssis rəhbərlik edəcəyi klubun bazası və stadionu ilə yerində tanış olduqdan sonra İstanbula dönüb müqaviləyə imza atmalı idi. Ancaq hələ ki, bu yöndə bir yenilik yoxdu.

İmza tötəninin niyə baş tutmamasına aydınlıq gətirmək üçün “ağ-yaşıllar”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq: “Mustafa bəy bu həftənin birinci günü Lənkərana gəlib, klubun maddi-texniki bazası ilə tanış olduqdan sonra İstanbula dönüb klubun fəxri prezidenti Mübariz Mənsimovla görüşməliydi. Həmin görüş zamanı müqavilə də imzalanmalıydı. Onu da bildirim ki, Denizli komandaya yaradılan şəraitdən razı qalıb. Lakin Mübariz bəy şəxsi işləriylə əlaqədar Türkiyədə olmadığından görüş hələ ki, baş tutmayıb. Müqavilənin müddəti və maliyyə tərəfi İstanbuldakı görüşdən sonra ictimaiyyətə açıqlanacaq. Böyük ehtimalla, yeni baş məşqçimiz sabah (bü gün) Lənkərana gəlməlidi. Deyilənlərə inansaq, Denizli ilə bərabər bir neçə köməkçisi də gələcək. Hələ ki, bu haqda geniş məlumat yoxdu. AZAL-la oyundan sonra komandanın yeni çalışdırıcısı ictimaiyyətə və mətbuat nümayəndələrinə təqdim ediləcək. Bu məqsədlə tədbir təşkil olunacaq.”

Hüseyn bəy bizimlə söhbətdə onu da bildirdi ki, komanda şənbə günü AZAL-la oyuna Emin Quliyev və Covanni Melkiorenin rəhbərliyi altında çıxacaq.

Rəşad (“Futbol+” qəzeti, 29 noyabr 2013)

4 Şərh yazıya: Denizliylə müqavilə Mənsimova görə gecikir

  1. van persi

    ugurlar

     
  2. van persi

    evezedicilerin oyunu oldu xezer3-2azal

     
  3. Zefer Lerikli

    Denizli olsada Mustafa bey!-Yeqin Xezerde uze bilmeyecek.Men nese şubheli qalmişam.Sabahda Tuyqun “cenab”lari cixib deyer anlaşma son anda alinmadi.

     
  4. Demir Agaci

    Komandamiz hec hece etdi…Cenab Rednikin komandasi qalib geldi… Teselli tapmaya nese var…Yoxsa esebden olerik….

     

Şərh əlavə et


− üç = 1