Daha bir klub ”Xəzər Lənkəran”ı təbrik etdi

Azərbaycan Superkubokunun qalibi olan “Xəzər Lənkəran”ı “Qarabağ” Peşəkar Futbol Klubundan sonra daha bir klub təbrik edib. Naxçıvanı birinci divizionda uğurla təmsil edən “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ünvanımıza göndərdiyi rəsmi məktubda deyilir:

 

Əziz “Xəzər Lənkəran” kollektivi.
 
Bu gün 18 illik fasilədən sonra baş tutan Super Kubok matçı bir futbol bayramı idi. Bizim üçün qürurvericidir ki, bu matç doğma Naxçıvanımızda baş tutdu. Komandanızın futbolçularının daha istəkli, həvəsli olması isə Super Kubokun Lənkərana aparılması ilə nəticələndi. Bu “Araz-Naxçıvan” PFK-nı da sevindirir.
 
“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi, məşqçilər korpusu və futbolçuları adından qazandığınız qələbə münasibətilə “Xəzər Lənkəran”ı təbrik edir, belə qələbələrin davamlı olmasını arzulayırıq.
 
“Xəzər Lənkəran” klubu olaraq hər iki kluba diqqətlərinə görə minnətdarlıq edir, dost və qardaş “Qarabağ” ilə “Araz-Naxçıvan” klublarına da uğurlar arzulayırıq.
Mənbə: Lankaranfc.com

6 thoughts on “Daha bir klub ”Xəzər Lənkəran”ı təbrik etdi”

  1. budur bizim DIV TOWAKIMIZ????? bundan hec qariwqada olmaz!!!!!!! QARIWQA TOWAKA ewq olsun sen xezerin en ugursuz baw mewqcisisen! sen unudulmazsan senin heykelini biz stadionun gireceyinde qoydurariq ki her oyna gelende ve cixanda sene tupurek!!!!!

  2. Salam, axşamınız xeyir Doktor! Oyunu stadiondan izlədim. Düzü məğlubiyyətə üzüldüm, amma nə etmək olar? “Qarabağ” sıradan bir komanda deyildi, fasilədən istifadə edib komandamızın oyunlarını yaxşı təhlil etmişdi. Oyuna çox yaxşı başladıq, ardıcıl hücumlar zamanı həlledici son ötürmələrin dəqiq olmaması nəticəyə təsirini göstərdi. “Qarabağ”ın ilk kəsərli hücumu dirəkdən döndü və təkrar zərbə qolla nəticələndi. Rəqib müdafiədə demək olar ki, bütün oyun boyu səhvsiz oynadı. 75-dəqiqə meydanda olan Ağabala oyundan kənar vəziyyətlərə düşməkdən başqa hec nəylə yadda qalmadı. Təsəvvür edin ki, komandamız on nəfərlə oynayırdı. Benuahi və Tonkara bacardıqlarından cox aşağı səviyyədə oynadılar. “Qarabağ” isə çox gözəl müdafiə, kollektiv oyun və sürətli əks hücumla bizi məğlubiyyətlə barışmağa məcbur etdi.
    *****
    Əslində “Qarabağ”ın oynadığı oyuna bənzər bir oyunu biz oynamalıydıq. Oyunla bağlı verdiyimiz yazının məntiqində də bu fikir var.

Comments are closed.