Buradasınız Əsas » Xəzər Lənkəran » Əvəzedicilər
  • Bookmark and Share

Əvəzedicilər

Əvəzedicilər mövsümü qələbə ilə başa vurdu (Video)

“Qarabağ”ı əsas meydançada qəbul edən əvəzedicilər Kazımın Kazımlının dublu və Elnur Cəfərovun qolu ilə 3:1 hesablı qələbə qazandı. Son turda 3 xal əldə edən Elbrus Məmmədovun yetirmələri mövsümü 5-ci yerdə başa vurdu. Mənbə: Lankaranfc.com/azDavamını oxu

Əvəzedicilərimizin Zaqatala bərabərliyi

Bu gün əsas heyətlər arasında keçiriləcək XXXV tura, dünən əvəzedicilərin uyğun qarşılaşmaları ilə start verilib. “Xəzər Lənkəran”ın əvəzediciləri “Simurq”un uyğun heyətinin qonağı olub. Komandamız 33-cü dəqiqədə Bəhruz Teymurovun vurduğu qolla irəli keçməyi bacarıb. Lakin birinci hissənin artırma dəqiqələrində ev sahibi olan “Simurq”lu gənclər Nicat Muxtarovun qolu ilə bərabərliyə seviniblər. İkinci hissədə hər iki komanda çox Davamını oxu

Gənclərimizin Gənclər şəhərinin gənclərinə ev məğlubiyyəti

Bu gün əsas komandalar arasında oynanacaq 34 tura dünən əvəzedicilərin oyunları ilə start verilib. “Xəzər Lənkəran”ın əvəzedici komandası reqlamentə uyğun olaraq, doğma meydanda “Sumqayıt” komandasının əvəzedici heyəti ilə görüşüb. Görüş maraqlı və bir qədər də həyəcan notları altında keçib. Belə ki, dramatik oyunda ardıcıl qolları hər iki komanda rəqibinin qapısına vurmaqla oyunu davam etdiriblər. Hesabı Davamını oxu

Əvəzedicilərimiz üç penalti ilə yenildi, lakin bir qol da vurdu

Bu gün XXX tura əvəzedici komandaların oyunları ilə start verilib. Bildiyimiz kimi XXX turdakı rəqibimiz paytaxtın eyni adlı komandasıdır. Bu gün səfərdə “Bakı” komandasının əvəzediciləri ilə komandamızın əvəzediciləri saat 15:00-da, “Bakı” futbol klubunun təlim-məşq bazasının süni örtüklü meydançasında qarşı-qarşıya gəliblər. “Xəzər Lənkəran”ın əvəzedici heyəti bu qarşılaşmada rəqibinə 3-1 hesabı ilə məğlub olub. Maraqlısı isə odur Davamını oxu

Əvəzedicilər: Rəqiblər bir-birinin xətrinə dəymədi

Sabah XXIX tur çərçivəsində Lənkəran şəhərində  keçiiriləcək “Xəzər Lənkəran” – “Qəbələ” matçından öncə adıçəkilən komandaların əvəzedici kollektivləri, bu gün saat 16:00-da “Xəzər Lənkəran Mərkəzi Stadionu”nun ehtiyat meydançasında qarşılaşıblar. Qarşılaşmanı iksi qadın hakim olmaqla aşağıdakı hakimlər briqadası idarə edib: Azər Məmmədov, Mirzə Fərzəliyev, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva. Matç maraqlı və gənclərimizin ardıcıl hücumları şəraitində keçib. Komandamız Davamını oxu

Əvəzedicilərimiz minimal hesabla məğlub oldu

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının XXVIII  tur oyunları baş tutub. “Xəzər Lənkəran”lı gənclər  “Neftçi” klubunun əvəzedicilərinin qonağı olublar. “Bayıl Arena” stadionunda hakimlər – Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Xəlil Xəlilovun idarəçiliyində saat 14:00-da start götürən qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Matçın 12-dəqiqəsində qapımıza vurulan bircə qol Davamını oxu

Əvəzedicilərdən məhsuldar heç-heçə

Əvəzedici heyətlər arasında ölkə çempionatının 27-ci turu çərçivəsində 22.03.2014 tarixində “Fırtınalar meydanı”nın ehtiyat meydançasında “Xəzər Lənkəran” və “Simurq”un əvəzedici heyətləri qarşılaşdılar. Maraqlı və dramatik keçən matçda qalib müəyyənləşməyib. İlk dəqiqələrdən qonaqlar üstünlüyü ələ alaraq hücumlar qurur və əvəzedicilərimizin qapısı ağzında ardıcıl təhlükəli vəziyyətlər yaradırdılar. Bir neçə epizodda qapıçımız Tərlan Qasımzadə xilaskar rolunda çıxış etdisə bir dəfə Davamını oxu

Əvəzedicilərimiz səfərdən bir xalla döndü

Sabah “Rəvan” komandası doğma klubumuz “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu gün isə bu komandaların əvəzedici heyətləri, əsas komandaların görüşəcəyi “Bayıl Arena” stadionunda qarşılaşıblar. XXV  tura təsadüf edən bu qarşılaşmanı baş hakim Yusif Hüseynov, laysmanlar Vüsal Qənbərov və Elnur Ağayev, o cümlədən, dördüncü hakim Səbuhi Bayramov idarə ediblər. Qarşılaşma adıçəkilən məkanda, saat 13:00-da start götürüb. Oyun Davamını oxu

Əvəzedicilərimiz yenə meydandan tarazlıqla ayrıldı

Sabah keçiriləcək “Xəzər Lənkəran” – “Bakı” qarşılaşması yüksəlişdə olan komandamız üçün xal ehtiyatı baxımından böyük əhəmiyyətə malikdir. Həm də özümüzdən qabağa buraxdığımız “Bakı” klubuna qalib gəlməklə, üst pillələr baxımından bir neçə tur sonra özünü göstərəcək yüksəlişin açarı rolunu oynayacaq. Mövcud reqlamentə görə əsas komandaların görüşündən bir gün öncə,  həmin komandaların əvəzedici heyətləri görüşür ki, bu Davamını oxu

Əvəzedicilərimiz qalib gəlməklə, əsas heyəti sabahkı Böyük Oyuna, böyük ölçüdə motivə etdi

Bu gün əvəzedici heyətlər arasında ölkə çempionatının 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” “Neftçi”ni qəbul etdi. İlk hissə qarşılıqlı hücumlarla keçdi və komandalar bərabər səviyyədə mübarizə apardı. Oyunun əvvəlində paytaxt futbolçuları hesabda irəli çıxdı. Birinci yarıya əlavə olunmuş vaxtda təyin olunan kornerdən sonra Mirqasım Cabbarlı qarışıqlıqdan lazımi şəkildə istifadə edib hesabı bərbərləşdirdi. Fasilədən sonra isə üstünlük Davamını oxu