Bugünki oyundan öncə (Oyuna canlı baxmaq üçün Link təqdim olunur)

Bu gün komandamız Naxçıvanda keçirilmiş və elə “Xəzər Lənkəran”ımızın qələbəsi ilə nəticələnmiş Superkubok oyunundan sonra saat 19:00-da doğma “Fırtınalar Meydanı”nda XI turun oyununa çıxır. Rəqib heç də asan olmayan “Qarabağ”dır. Bu tur komandamız qələbə qazanacağı təqdirdə, turnir cədvəlində daha iki pillə irəliləyəcək ki, bu da 4-cü yerə yüksəlmək olacaq. Uzun müddət komandamız turnir cədvəlində aşağı pillələrdə yer aldığından, bu şansı əldən verməməlidir.
Bu oyuna azarkeşlərin də dəstəyi ilə qələbə ruhu ilə başlamaq lazımdır. Həm də Superkuboku başı üzərinə qaldırməş komandamızda ruh yüksəkliyi də hökm sürür. Komandadan aldığımız məlumata görə, Superkubok sonrası vaxt azlığından, həm də bu ilk rəsmi matç olduğundan bu sevinci azarkeşlərimizlə rəsmi qaydada qeyd edə bilməyən komanda, bu gün oyundan bir qədər əvvəl bu sevinci ilk rəsmi matçda Superkuboku başı üzərinə qaldırmaqla, azarkeşlər qarşısında stadion boyu dövrə vurmaqla qeyd edəcək. Yəqin ki, bu tədbir “Fırtınalar Meydanı”nda da böyük coşquya səbəb olacaq və bu coşqu oyunun sonlarınadək davam edəcək ki,  həm də sonda “Qarabağ”la oyunun növbəti qələbə ilə nəticələnməyinə kömək edəcək..
Buradan İzlə
Komandamızı, azarkeşlərimizi bir daha təbrik edir və qələbələrin davamının gəlməsini arzulayırıq!
Bu arada onu da qeyd edək ki, bugünki oyunu idarə edəcək baş hakim və köməkçiləri və digər təyinatlar da məlum olub.
Baş hakim: Vüsal Əliyev.
Köməkçi hakimlər: Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Əli Hüseynov

21 thoughts on “Bugünki oyundan öncə (Oyuna canlı baxmaq üçün Link təqdim olunur)”

  1. admin xezer qarabag oyununu idman azerbaycan vermeyecek bu oyunu xezerin oz sayti verecekmi?
    *****
    Əvvəl İdman Azərbaycan kanalı vasitəsi ilə veriləcəyi deyilsə də, indi bu oyu kanalın proqramına daxil deyil. Belədə komandanın rəsmi saytına ümid qalır ki, onlar da biabır etməsələr yaxşıdır.

  2. Van Persi qardaşımızın verdiyi proqnozları üç dəfə yoxlamışam və xoşbəxtlikdən hər üç proqnoz düz gəlib.Odur ki, komandamıza və Van Persi qardaşımıza inanıram. İNŞALLAH QƏLƏBƏ BİZİM OLACAQ!

  3. Dünən stadiona əvəzedicilərə və əsas heyyətin məşqinə baxmağa getmişdim. Ot örtüyü xeyli düzəlib. Amma bugünki oyundan sonra ola bilsin yenidən korlansın. Çünki, həm yeni çıxmış qazonun kökləri lazımi dərəcədə bərkiməyib, həm də dünən axşamdan bu gün saat 10-a kimi yağış yağıb. İndi qazonun torpaq hissəsə su ilə doymuş vəziyyətdədir.
    *****
    Məlumata görə çox sağ olun Qabil bəy!

    • bir xeberde deyilir ki qurban qurbanov ot ortuyunden razi qalib.
      *****
      Biz də oyun səviyyəsindən və hesabdan razı qalarıq İnşallah. Sizin proqnozunuz var idi…

  4. admin duzdurki oyundan qabaq kansert olacaq bu ne qeder duzdur men bakidayam orda nelerin bas verdiyini bilmirem isimle elaqeder gele bilmedin bedbextcilikden begun naryaddayam yoxsa ne olsaydi bele gelerdim.
    *****
    Konsert və ya xüsusi proqram olacağı haqda məlumat almamışıq. Sadəcə futbolçular, oyundan qabaq stadion boyu azarkeşlər qarşısında Superkuboku başları üzərində qaldıraraq, fəxri dövrə vuracaqlar ki, bununla da Superkuboku azarkeşlərə rəsmi təqdimat edəcəklər!

  5. Salam!-Qarabaqla oyunun saat 18:00-da canli yayimlanacaqi idman tv-nin proqraminda yer alib.Oyun ise 19:00-da başlamaliydi.Bu qarişiq xeberler caşdiricidir.Deqiq melumatlarin neden ibaret olduqunu bilen azarkeşlerden xeber vermeyini xahiş edirem!
    *****
    Artıq klubun rəsmi saytı vasitəsi ilə reportaj normal səviyyədə verilir.

    • Yene hemin noqte hemin kordinat!-Ne qeder XL-klubunun resmilerinin dunya tecrubesine istinad etdiyini anlayişla qebul etsemde, hele bunun olkemizde tez olduqunu duşunurem.Eziyyeti yene biz cekmeli olacaqiq.Hec bir klub resmileri bele tezlikle AFFA,PFL,ve Idman TV-le kelle-kelleye gelmezdi,amma XL gelir.Allah axirini xeyir elesin!

  6. Xəzər qalib gəlsə 4-çü pilləyə qalxacaq .Qarabağın futbolçusunun Toşakın diqqətində olduğun qeyd edirlər ,Yerli komandaların futbolçularının transferinin əleyhnəyəm Onlar Xəzərə can yandırmırlar .

  7. Qarabağ Xəzərin bütün gedişlərin oxuyur.
    *****
    Bununla tam razıyam. Amma səbəblərin hamısı bu deyil. İkinci hissədə Toşakdan çox şey asılı olacaq. Bunu bacarsa, qələbə bizim olmalıdır.

  8. Budur xezerin oynu qardaslar ne qeder benuahio varr xezer bele olacaq tupurum senin oynuva xezer verem eleymisen camahati bele derd olar kime sozumuzu deyek uje deli olmusam

    • Bu yorğunluqdan irəli gələ bilər ,Həm də Vüqar Nadirov demişdi ki ,Xəzərə qarşı başqa cür oynayacığıq .Qurnanov ,yaxşı təhlil edib .Toşak ola bilər ,kubok ab -havasında idi deyəsən.
      *****
      Oyunu yazımızda təhlil edəcəyik. Yəqin ki, izləyərsiniz.

Comments are closed.