Böyük Dövrəni Qələbə ilə Qapatdıq

xezer_emblem_qeseng
 

2009-2010-cu il futbol mövsümünə “Xəzər Lənkəran” “İnter” üzərində ev oyununda 1-0 lıq qələbə ilə başladı və bu böyük dövrənin son oyununu yenə evdə keçirərək Yevlaxın “Karvan” klubu üzərində 3:0 lıq qələbə ilə yekunlaşdırdı. 12 komandalıq bu böyük dövrəni klubumuz  2ci pillədə tamamladı. Lakin bildiyimiz kimi hələ şempionun müəyyən olunması üçün “6-lıq” deyilən 2 dövrəli daha bir turniri müvəffəqiyyətlə başa vurmalıyıq. 15 “qızıl xal”a malik olan klubumuz, 17 “qızıl xal”ı olan “İnter”dən göründüyü kimi 2 xal geridədir. Lakin qarşıdakı 10 matçda bu 2 xal fərqini aradan qaldırıb çempionluğu bayram etmək üçün “Xəzər Lənkəran”ın bütün imkanları vardır. Biz klubumuzun futbolçu və məşqçi heyətinə, onun potensialına güvənərək irəlidə baş tutacaq bütün çempionat və kubok matçlarında qənaətbəxş nəticə əldə edərək klubumuzu həm ölkə çempionu və həm də ölkə kubokunun sahibi kimi görəcəyimizə inanırıq.

Arxiv: Bosman.at.ua