"Bosman"ın bir yaşı tamam oldu

Bosman loqo XL loqolu
 
1.Elşən Qasımov
2.Seymur Şükürov
3.Mirhafiz Babayev
4.Hafiz Rəcəbli
5.Elnur Babayev
6.Nazim Verdiyev
7.Ceyhun Babayev
8.İdrak Muradov
9.Ramin Abdullayev
10.Murad Həsənzadə
11.Nahid Tağıyev
12.Mircavid Babayev
13.Kazım Muradov
Düz bir il bundan əvvəl, yəni 9 Fevral 2009-cu il tarixində yuxarıda adları göstərilən 13 nəfər “Xəzər Lənkəran” azarkeşi Bakı şəhəri Ə.M.Topçubaşov 34 ünvanında bir araya gələrək “BOSMAN” fanklubunu təsis etdilər. Həmin bu 13 nəfəri “Xəzər Lənkəran”a olan sonsuz məhəbbət və rəğbət bir araya gətirmişdi. Onsuz da fanklubda birləşməzdən əvvəl də bu azarkeşlər həmişə sevimli komandalarının yanında olub ona dəstək verən insanlar idilər. Komandanın harada oyun keçirməsindən asılı olmayaraq onun yanında olan bu insanlar qələbə və ya digər nəticələrdən asılı olmayaraq sevimli komandalarına daim dəstək olan insanlardır.
Bu 13 nəfərdən ibarət keçirilən təsis yığıncağında həm də fanklubun adı da müəyyənləşdirildi. Niyə məhz “BOSMAN”? Çünki onlar “Xəzər Lənkəran” futbol klubunun azarkeşləridir. “Xəzər Lənkəran” öz adında Xəzər dənizinin və onun Lənkəran limanının(şəhərinin) adını birləşdirir. Bu baxımdan da “Xəzər Lənkəran”ı Lənkəran sahillərindən dünya sularına çıxmış gəmiyə bənzədən həmin insanlar, bosman öz gəmisinə dəniz səfərləri zamanı işi və vəzifəsi olaraq nələr edirsə ki, gəmini növbəti limana sağ-salamat çatdırsın, eləcə də bu fanklubun əsas xətti “Xəzər Lənləran”a hər cür dəstək olub onu növbəti qələbələrə çatmasında köməklik göstərməkdir.
Ey Kapitan, bizə inan,
Biz təcrübəli bir “BOSMAN”.
Tufanlardan çıxacaqdır
Uğurla “Xəzər Lənkəran”!

devizi ilə yola çıxan bu fanklub indi 1 yaşını qeyd edir. Bu 1 ildə üzvlərinin sayını “Xəzər Lənkəran”ı sevən və etibarlı olan 45 nəfərə çatdıra bilmişdir və bu gün də sıraları genişlənməkdədir.
P.S.
Bu gün “Xəzər Lənləran” klubu Zaqatala səfərindən qələbə ilə (1-2) qayıtmaqla öz sadiq azarkeşlərini sevindirərək sanki “BOSMAN”ın 1 yaşına ən böyük hədiyyəsini vermiş oldu.
Yaşasın:-“XƏZƏR LƏNKƏRAN”!!!   Yaşasın:-“BOSMAN”!!!
P.P.S.
Bu məlumat 09 Fevral 2010-cu ildə yazılıb.
Arxiv; Bosman.at.ua