Buradasınız Əsas » Bosman » “Bosman”, beş illik yubileyini qeyd edir
  • Bookmark and Share

“Bosman”, beş illik yubileyini qeyd edir 

Bosman tribunalarda esas

Bu gün fanklubumuz üçün əlamətdar bir gündür. Belə ki, 2009-cu ilin Fevral ayının 9-da on üç “Xəzər Lənkəran” azarkeşi tərəfindən “Bosman” fan klubunun təsis edilməsi haqqında qərar qəbul olundu. “Xəzər Lənkəran”ın ətrafında sayca dördüncü olaraq təsis edilmiş “Bosman” fanklubu, niyə yarandı?-kimi sual da səsləndirmək olar. Belə ki, fanat hərəkatında müəyyən yeri olan məsələlər də var idi ki, bu boşluğu doldurmaq, komandamızın bəzi məsələlərdə daha başqa prizmalardan yanaşdıqda, daha rəngarəng dəstəyə ehtiyacının olduğu duyulurdu. Ən birinci vəzifəsi “Xəzər Lənkəran”ı fanat hərəkatının edə biləcəyi bütün sivil imkanlardan istifadə edərək dəstəkləməyi qarşısına məqsəd qoyan “Bosman” fanklubu bacardığı qədər nəzərdə tutduğu işləri layiqincə yerinə yetirir, deyə bilərik. Stadionlardakı tribunalardan tutmuş, məşq və yoxlama oyunlarından belə komandamıza daim dəstək olan “Bosman” fanklubu bunlarla da kifayətlənməyərək yoxlama oyunları və ya rəsmi matç olsun, ekranlarda reportaj olmadığı zamanlarda “12ci oyunçu” azarkeş qrupunun vasitəsi ilə onlayn reportajlar təşkil etməklə, “Xəzər Lənkəran” azarkeşlərini belə lazımi məqamlarda intizardan azad edə bilmişdir.

Bunlardan başqa “Bosman” fanklubu özünəməxsus layihələr həyata keçirməklə, ölkə futbolunun fanat hərəkatında bir sıra ilklərə də imza atmışdır. İlk olaraq rəqib “İnter” fanatları ilə Martın 21-ə təsadüf edən bayram günündə keçirilən səfər oyunu zamanı “İnter, Bayramınız Mübarək!”, banneri qaldırmış və razılığa əsasən eyni, “Xəzər, Bayramınız Mübarək!” təbriki yazılmış bannerlə qarşılıq almışdır. Rəsmi fanklubun və stadiona toplaşmış bütün azarkeşlərin yaxından dəstəyi ilə bu şüar qarşılıqlı olaraq minlərlə insan tərəfindən, dəfələrlə səsləndirilmişdir. Belə dostluq xəttində daha bir nəticə olaraq, “Simurq” azarkeşləri ilə əsasən iki il öncədən başlayaraq, ötən il tam qarşılıqlı dəstək formasına gətirib çıxaran, Zaqatalada böyük coşqu ilə qarşılanan “Xəzər Lənkəran” azarkeşləri misalını da göstərə bilərik.

Daha sonra əzəli rəqib “Neftçi” fanatları ilə münasibətlərin son dərəcə gərgin olduğu vaxtlarda Azərbaycan futbolunun əfsanələrindən biri olan Anatoliy Banişevskinin 65-illik yubileyi qeyd olunan gün, “Bosman” fanklubunun rəhbəri, “Neftçi” fanatları ilə görüşmüş və onların vasitəsi ilə klub rəhbərliyi səviyyəsində qəbul olunmuşdur. “12ci oyunçu” azarkeş qrupunun rəhbərinin də imzaladığı təbrik məktubunu rəqib düşərgəyə çatdırmışdır. Qarşılıq olaraq, kiçik xalça üzərində toxunmuş “Neftçi” loqosu ilə hədiyyə almışdır. Bu hadisə Azərbaycanın demək olar bütün idman və qeyri-idman informasiya vasitələrində işıqlandırılmışdır.

Daha sonra digər klubların azarkeş və fanat qurumları ilə sivil münasibətlər qurulmuşdur. Bu sivil münasibətlərin qurulması, doğrudan da çox vaxtlar dünya futbol azarkeşləri arasında yaşanan və hətta kütləvi ölümlə belə nəticələnən xoşagəlməz halların bizdə, qarşısının alınması baxımından nə qədər lazımlı olduğunu bir daha sübut edir.

Bundan başqa klub və stadion rəhbərliyi ilə danışıqlardan sonra “Bosman” fanklubu ölkədə daha bir yeniliyin banisi olmuşdur. Belə ki, “Xəzər Lənkəran”ın Avrokuboklardakı Təl-Əviv “Makkabi”si ilə səfər oyununun komandamızın azarkeşlərinin bu matçı canlı teletranslyasiyasının birbaşa “Fırtınalar Meydanı”nda monitor vasitəsi ilə izlənməsini təklif və təşkil etmiş və bu layihə ilə səfərdə oyuna çıxacaq komanda üzvlərini məlumatlandırmış, onları oyuna böyük motivə etmiş və dəstək hiss edərək çıxmasını səciyyələndirmişdir. Beləliklə, ölkə miqyasında tayı olmayan layihələrin həyata keçirilməsi “Bosman” fanklubunun işinin bir hissəsidir. Həm də “Bosman” fanklubu azarkeşliyin təkcə tribunalardan olmadığını sübut edə bilib. Müəyyən məqamlarda “Xəzər Lənkəran” əleyhinə yönəlmiş mətbuata və ayrı-ayrı klub və şəxslərə öz saytı vasitəsi ilə tutarlı cavablar vermiş və bu cavablar, hətta ölkənin aparıcı idman nəşrlərinin vasitəsi ilə daha geniş ictimaiyyətə çatdırılmış və komandamızın xeyrinə real nəticələr əldə olunmuşdur.

Bir müddət əvvəl, “Xəzər Lənkəran”ın ardıcıl olaraq düzgün olmayan addımları nəticəsində son dövrlər geriləməsinə və hətta turnir cədvəlinin son pillələrinə yuvarlanmasına dözməyərək fanklubumuzun təşəbbüsü ilə “Bosman”ın rəhbərinin və “12 ci Oyunçu” azarkeş qrupunun rəhbərinin imzası ilə klubun sahibi və fəxri prezidenti Mübariz Mənsimova əsaslı arqumentlərlə müraciət ünvanlamışdır. Bunun nəticəsi kimi hesab etdiyimiz və komandaya dünya şöhrətli məşqçilərdən olan Con Benjamin Toşak və Mustafa Denizli kimi mütəxəssislər dəvət olunması və son dövrlər yüksəlişə qədəm qoyulmasına nail olunmuşdur. Amma bu heç də asan başa gəlməmiş və fanklub rəhbərimizin və “12 ci Oyunçu” azarkeş qrupu rəhbərinin müəyyən şəxslər tərəfindən sıxışdırılması və hədələnməsi ilə nəticələnmişdi. Bundan sonra isə klubda ab-havanın durularaq normal məcraya düşməsi və klubla sivil əlaqələrin qurulması prosesi bütün “Xəzər Lənkəran” azarkeşləri kimi bizi də hədsiz sevindirmiş və olub keçənləri unutmağa gətirib çıxarmışdır.

Bütün bunları həyata keçirmək üçün isə “Bosman” fanklubu öz daxili imkanlarından istifadə etmişdir. Həmçinin beş illik yubiley ərəfəsində fanklubumuzun yeni versiyada olan “Bosman.az” saytı hazırlanaraq azarkeşlərin öhtəsinə verilmişdir. Ümumiyyətlə “Bosman” fanklubu müstəqil düşüncə və müstəqil maliyyə üzrə fəaliyyətin nümunəsini göstərə bilmişdir. Təsis xərclərindən bu günə qədər bu müstəqilliyini daim qoruyub saxlamış və bundan sonra da bu yoldan dönməyəcəyini, bu yubiley ərəfəsində bir daha bəyan edir.

“Bosman” fanklubunun mərkəzi ofisi Bakı şəhərində yerləşməklə, doğma Lənkəran şəhərində də bölməsi fəaliyyət göstərir. Sıralarını günbəgün genişləndirməkdə olan bir fanklub olmaqla, bundan sonrakı fəaliyyətimizi də uğurla davam etdirməyə çalışacaq və bu yolda müstəqilliyimizi, azad düşüncəmizi əldə rəhbər tutacağıq.

 

“Bosman” fanklubunun idarə heyəti   09. 02. 2014

11 Şərh yazıya: “Bosman”, beş illik yubileyini qeyd edir

  1. MALIK

    Yasa BOSMAN, Tebrik edirem sabah bizim ucun ikiqat bayram olacaq!
    *****
    Çox sağ ol Malik bəy! Sizin “Bosman”ın fəal üzvü kimi zəhmətiniz böyükdür. Sizi təbrik edirəm.

    Mirhafiz M. Babayev

     
  2. 12-ci oyunçu

    “Bosman” fan klubunun rəhbərliyini və bütün üzvlərini bu münasibətlə təbrik edirik. Biz artıq saytımızda da təbrik yazısı ilə çıxış etmişik, amma burada da təbrikimizi bölüşmək istədik. Bir daha təbrik edirik.
    *****
    “Bosman” fanklubunun rəhbərliyi, “12-ci Oyunçu”lara səmimi qəlbdən təşəkkür edir!

     
  3. Qabil

    AZƏRBAYCAN FUTBOLUNDA FANAT HƏRAKATININ GENİŞ VÜSƏT ALMASINDA MÜSTƏSNA XİDMƏTİ VƏ BÖYÜK ƏMƏYİ OLAN “BOSMAN” FANKLUBUNUN RƏHBƏRİNİ VƏ KOLLEKTİVİNİ TƏBRİK EDİRƏM. AD GÜNÜNÜZ MÜBARƏK!
    *****
    Çox sağ olun Qabil bəy! Sizin, “Bosman” fanklubunun əsas xəttiylə fikirlərinizin üst-üstə düşməsi bizim üçün daha böyük təbrikdir.

     
  4. Demir Agaci

    Degerli Bosman Fan Klubu Rehberi Mirhafiz Bey!

    Sizi ve butun uzvlerimizi 5 yas bunasibetile tebrik edirem. Bosmancilara esg olsun. Qoy hemise gozel ve sad xeberler esidek sizlerden. Inshaallah bu gun 2 qat bayram yashayariq.

    Happy Birthday to Bosman !
    *****
    Biz hamımız 5-yaşındayıq! Bu münasibətlə “Bosman”ın qurucularından biri kimi sizi təbrik edirəm, İdrak bəy!

     
  5. R.S.

    BOSMAN fankulubunun yaranması günü münasibəti ilə boyük qürurla təbrik edirəm .İnşAllah birlikdə necə belə yübleylər qeyd edək .Allahdan sizlərə can sağlığı arzu edirəm .
    Bu iki azerkeş fankulubu ,bizlər üçün çox dəyərlidir.Sadə azrkeşlərin .demək olar ki əksər hissəsi bu iki qardaş azarkeş qurupu ətrafında birləşiblər.Yubleyiniz Mübarək !! Sizlərlə fəxr edirəm .
    *****
    Təbrikə görə təşəkkür edirik. Dəyərli izləyicimizin təbrikindən qürur duyuruq!

     
  6. van persi

    bosman fanklubu sizi tebrik edirem cox sevindim ki bugu sizin 5 yasiniz olacaq bugun bildim ki bugun xezer tarixinde en onemli gunlerinden biri olacaq cunki bugun hem xezer neftcini udacaq hemde bosman fanklubunun 5 yasi olacaq
    *****
    Düz buyurursuz, həqiqətən də ən böyük təbrik, “Xəzər Lənkəran”ın əzəli rəqib üzərində qələbəsi olacaq.

     
  7. Tənqidci

    Bu gun bu xəbəri eşitdim və cox sevindim.Qisa bir muddət ərzində mən Bosman.az ailəsinə daxil olsamda, bu muddət ərzində sadəlik, gözəllik ,sevgi dolu bir aləmlə qarşilaşdim.Sayt rəhbərindən tutmuş ta istifadəcilərinə kimi yuksək mehribanciliğin,futbol aləmində baş verən hadisələrə duzgun yanaşma, dəqiq təhlil və analizlərin şahidi oldum.Sevimli kamandamiza könul verən və həmişə ona qurur mənbəyi kimi baxan ,cətin gunlərində onun yaninda olan,catişmamazliqlari görub və onu haqli tənqid etməkdən cəkinməyən,həmcinin duzgun yolu görsətməklə klubu bu yola səfərbər etməyə qadir olan “BOSMAN”.AZ saytinin rəhbəri,hormətli M.Babayevi və butun “Bosman”-cilari təbrik edirəm.Bu cətin və şərəfli yolda uğurlar arzulayiram.İnşallah bir yerdə 50-illik yubileyini kecirdək.Bayraminiz və bayramimiz mubarək!
    *****
    Çox sağ olun! Nə yaxşı ki, varsınız. Sizlər, gücümüzə güc qatır!

     
  8. Coşqun Əkbərli

    “Bosman” fanklubunun ərsəyə gəlməsində, bu günə qədər fəaliyyət göstərməsində xidməti olan bütün məsul şəxsləri, habelə bütün “Xəzər Lənkəran” camiəsini bu ilk yubiley münasibətilə ürəkdən təbrik edirik. Həqiqətən də, yarandığı gündən bu günə qədər sivil, müasir və ağılı ülgü bilən azarkeşlərin nəyə qadir olduğunu, yəni nə edə biləcəklərini son beş il ərzində əyani şəkildə gördük. Ölkəmizdəki digər fanklublardan öz dəst-xətti ilə seçilən “Bosman” şübhəsiz ki, ölkənin hər bir komandasının idealı olan unikal bir azarkeş klubudur. Beş il ərzində azarkeşlik etdiyi klubdan heç bir maliyyə və hüquqi asılılığı olmadan fəaliyyət göstərən azad azarkeşlər klubu icrası kifayət qədər vəsait və nüfuz tələb edən layihələrin həyata keçirilməsində də həm ideya, həm də nəticənin pozitivliyi baxımındın lider hesab olunur.
    Beş illik tarixində yalnız xoş yeniliklərlə yadda qalan fanklub haqqında çox yazmaq olar. Lakin, şərh yazdığım məqalədə bu müddət ərzində olan bütün fəaliyyət qısa olaraq qeyd olunub deyə bu qədərilə kifayətlənirəm. Bir daha başda Mirhafiz bəy olmaqla bütün “Bosman”-çıları – Nazim qardaşımı, Malik qardaşımı və digər tanımadıqlarımı, həmçinin bütün azarkeşlərimizi ürəkdən təbrik edirəm.
    Fanklubumuza uzun və bərəkətli ömür arzulayıram.
    Yaxşı ki, varsınız!
    *****
    Coşqun bəy, çox sağ olun, düzgün qiymətləndirdiniz. Nə yaxşı ki, haqqı deyən siz kimi cavanlarımız vardır!

     
  9. Demir Agaci

    Bismillah. Haydi ireli Lenkeranin Xezeri. Insaallah qelebe……

     
  10. Mirhafiz M. Babayev

    Əziz və sevimli “Xəzər Lənkəran” azarkeşləri, hamınızın təbrikləri bizim üçün çox sevindirici və əzizdir. Hamının təbriklərini ürək açıqlığı və səmimiyyətlə qəbul edir, “Bosman”a verdiyiniz bu önəmli mövqe üçün təşəkkür edirik. Allah bütün camiəmizi qorusun!

     
  11. Rakif

    Təbrik edirəm.O,gün olsun ki,siz Mirhfiz doktor başda olmaqla Bosman fan kulubunun 100 illiyini qeyd edəsiniz.

     

Şərh əlavə et


altı − = 5