Azarkeşlər Mirça Redniki Lənkəran şəhərinin girəcəyində qarşıladılar

    “Xəzər Lənkəran”ın baş məşqçisi komanda ilə birgə Lənkərana gəlir.
Ağsaqqal və fəal azarkeşlərdən olan Qurbanəli müəllimin təklifi ilə “12-ci oyunçu” azarkeş qrupunun təşkilat komitəsi azarkeşləri səfərbər edir.Bu gün təxminən saat 22:30 radələrində komandanın baş məşqçisi Mirça Rednik komandanın rəisi ilə birgə Lənkəran şəhərində olacaqlar.Lənkəran şəhərinin girəcəyində şəhərimizin atributlarından sayılan Samovar heykəlinin qarşısında 100-yaxın azarkeş rumın məşqçini qarşılayacaq.Onlar “Xəzər Lənkəran”ın atributıarı lə silahlanacaqlar.Qarşılanma mərasimi sona çatan kimi saytımızda bu haqda daha ətraflı məlumat verəcəyik.
Bəzi azarkeşlər artıq indidən Lənkəranın girəcəyində yerləşən Samovar heykəlinə tərəf gedirlər.Bir neçə azarkeşin isə artıq orada qalaraq baş məşqçini gözlədiyini öyrənmişik.Yerli televiziyanın nümayəndələrinin də çəkiliş aparacağı haqda məlumat almışıq.
Qarşılanma mərasimi gözlənildiyindən daha böyük marağa səbəb oldu.Beləki, əvvəlcədən 100-ə yaxın azarkeşin iştirakı gözlənilsə də, 200-ə yaxın azakeş Mirça Redniki qarşıladı.Daha sonra 50 maşınla azarkeşlər baş məşqçini “Fırtınalar Meydanı”na qədər müşayiət etdilər.Stadionun qarşısında da çoxlu sayda azarkeş onları gözləyirdi.Sonda azarkeşlərlə birlikdə şəkillər çəkdirən Mirça Rednik, hamıya öz təşəkkürünü bildirdi və komandanı çempion edəcəyini vəd etdi.
Digər bir xəbər də belədir:    Mirça Rednik saat 23:50-də Lənkəran şəhərinin girəcəyində maşından düşdü.Azarkeşlər onu əhatəyə aldılar.İlk olaraq ağsaqqal azarkeş Qurbanəli kişi onu salamladı və Lənkəranlı azarkeşlərin tələbkarlığından və çemionluq istəyindən danışdı.Daha sonra “12-ci oyunçu” azarkeş qrupunun nümayəndəsi “Xəzər Lənkəran”ın şərfini Mirça Rednikə hədiyyə etdi. “Futbol +” qəzetinin bölgə müxbiri Hüseyn Cəbrayıloğlu da qarşılanma mərasimini izləyirdi.
 Mənbə: 12cioyuncu.com
Arxiv: Bosman.at.ua

1 thought on “Azarkeşlər Mirça Redniki Lənkəran şəhərinin girəcəyində qarşıladılar”

  1. Gelişin indi qismet olsaydi kaş!-Onda seni ele Bakida qarşilayardiq.Xezer Lenkeranda oz sadeliyinle iz qoyan boyuk mutexessis sene deyirem.Halaldi sene!

Comments are closed.