Buradasınız Əsas » Video qalereya » Azarkeşlər ilin qolunu seçdilər
  • Bookmark and Share

Azarkeşlər ilin qolunu seçdilər 

ilin_qolu3

Klubumuzun rəsmi saytında keçirilən səsəvermədə azarkeşlər 2013-cü ilin ən yaxşı qolunu seçməyə dəvət olunmuşdular. Xatırladaq ki, “Xəzər Lənkəran” TV seçim üçün 6 gözəl qol təqdim etmişdi. Səs verənlərin əksəriyyəti, daha doğrusu isə tən yarısı, kapitan Rahid Əmirquliyevin fevral ayında ölkə kubokunun 1/4 finalında “Rəvan”a vurduğu qola üstünlük verdilər.

Beləliklə, 2013-cü ilin ən gözəl qolunun müəllifi Rahid Əmirquliyev oldu. Rahidə və onunla birlikdə bütün komandamıza gələn ildə daha çox və daha gözəl qollar arzu edirik!

Mənbə: Lankaranfc.com

6 Şərh yazıya: Azarkeşlər ilin qolunu seçdilər

  1. Qabil

    Salam, Mirhafiz müəllim! Rahid Əmirquliyevin “Rəvan”ın qapısına vurduğu qol həqiqətən də müzakirəyə verilən altı qoldan ən yaxşısıdır. Doğru seçimdir və dəfələrlə bu qola baxmağa dəyər. Mən də öz növbəmdə Rahidə “Xəzər Lənkəran”da uğurlar arzulayıram və çox istərdim ki, Rahid belə baxımlı qollardan tez-tez rəqib qapılarından keçirməklə bizləri sevindirsin.

     
  2. R.S.

    Mirhafiz bəy Allah atanızı rəıhmət etsin ,Allah səbr versin ,Özünüzüdə qoruyun .Siz də yaxşılardan birisiniz.Oxuduqlarımından bilirəm ki böyük insan olub atanız .O artıq bu dünyada cənnətini qazanıb .Sizə də onun davamçısınız .
    Hər birimiz bu yolun yolçusu olacayıq .Xoş o insanın halına ki .çənnəti bu dünyada qazanır.Allah sizə ömür versin.
    *****
    Çox sağ olun! Allah ölənlərinizi rəhmət eləsin və qalanlarınızı həmişə himayə eləsin!

     
  3. Qabil

    Salam, Mirhafiz müəllim! Allahdan Sizə və Babayevlər ailəsinə səbr diləyirəm, axır qəminiz olsun! Biz həm də əsl, böyük bir ziyalımızı itirdik. Bildiyimə görə o nurlu insan yuzlərlə insana öz şəfalı əlləriylə həyat verməklə yanaşı, cənub bölgəsinin və Lənkəranın ədəbi mühitində də öz izini qoymuşdur.Siz bundan sonra adınızın əvvəlində, sonunda daşıdığınız soyadın və adın məsuliyyətini də daşıyacaqsınız. Əminəm ki, şərəfli ömür sürmüş ziyalımızın adını elə şərəflə də daşıyacaqsınız. Çünki, “Ot kökü üstə bitər” deyib atalar.
    *****
    Allah razı olsun!

     
  4. Zefer Lerikli

    Salam Mirhafiz muəllim!.Sizə başsağliği verirəm və dərin huznlə kədərinizə şərik oluram.Cənabi Haqq gozəl insan və həkim-cərrah olan ziyalimizi rəhmət eləsin!.Başiniz sağ olsun!
    *****
    Allah ölənlərinizi rəhmət eləsin!

     
  5. van persi

    salam mirhafiz bey allah atanizi rəhmət eləsin məkani cənnət olsun
    *****
    Allah, razı olsun!

     
  6. van persi

    salam mirhafiz bey allah atanizi rəhmət eləsin məkani cənnət olsun basiniz sag olsun
    *****
    Allah, ölənlərinizi rəhmət eləsin!

     

Şərh əlavə et


4 − bir =