Buradasınız Əsas » Xəbər » AZAL 1 – 3 “Xəzər Lənkəran” (Onlayn mətn)
  • Bookmark and Share

AZAL 1 – 3 “Xəzər Lənkəran” (Onlayn mətn) 

Smayl-mən gucluyem

Premyer Liqanın VII turu çərçivəsində bu gün “AZAL Arena” stadionunda keçirilən AZAL – “Xəzər Lənkəran” oyunu 12cioyuncu.info saytında ONLAYN MƏTN-lə təqdim olunur. Qeyd edək ki, bu Bosman.az və 12cioyuncu.info saytlarının birgə layihəsidir.

Belə ki, “Bosman” fan klubuna məxsus Bosman.az saytının idarəçiləri qarşılaşmanı bir başa stadiondan izləyərək matç barədə bütün məlumatları anındaca 12cioyuncu.info saytına ötürürlər. Məlumatların ötürülməsinin operativliyini təmin etmək məqsədi ilə və əlavə vaxt itirməmək üçün “Bosman” fan klubu eyni xəbərləri Bosman.az saytında təqdim etməkdən vaz keçib. .Beləliklə, televiziya vasitəsi ilə yayımlanmayan AZAL – “Xəzər Lənkəran” qarşılaşmasının ONLAYN MƏTN-ini saat 19:00-dan etibarən izləyə bilərsiniz.

QEYD-1: Sayt izləyiciləri sadəcə hər 3-4 dəqiqədən bir səhifəni yeniləyərək yeni məlumatları əldə edə biləcəklər.

QEYD-2: Azarkeşləri lazımi informasiya ilə təmin etmək işində göstərdiyi xidmətə görə “Bosman” fan klubuna təşəkkür edirik.

 AZAL – “Xəzər Lənkəran” 

 “Xəzər Lənkəran”ın start heyəti:

Orxan Sadıqlı, Vanderson Skarduelli, Alvaro Silva, Rasim Ramaldanov, Elnur Abdullayev, Zohair Benouahi, Junior Nildo, Rahid Əmirquliyev (k), Tural Cəlilov, Etame Mbilla, Deyvid Sacconi

Ehtiyat oyunçular:

Duqlas Leyte, Sadio Tounkara, Edu Oriol, Radomir Todorov, Nikola Qliqorov, Kamran Abdullazadə, Ağabala Ramazanov.

 ONLAYN MƏTN:

Günəşli və buludlu, əsl futbol havasıdır.

Azarkeşlər “AZAL Arena” stadionunun tribunalarına artan sayla toplanırlar.

Komandalar meydanda isinmə hərəkətlərini yerinə yetirir və məşq edirlər.

Futbolçularla eyni vaxtda meydanda isinmə hərəkətləri edən hakimlərə yaxınlaşan “Xəzər Lənkəran”ın fiziki hazırlıq üzrə məşqçisi Covanni Melkiore, ədalət təmsilçiləri ilə salamlaşaraq yenidən geri döndü.

Tribunalarda “Bakı” klubunun formasında olan bir qrup futbolsevər “Xəzər Lənkəran”ın fiutbolçularını səsləyib komandamızı dəstəkləyirlər ki, bu da qəribə görünür. Onlardan əlavə “Xəzər Lənkəran”ın rəsmi fan klubu, eləcə də Bakıda və Sumqayıtda yaşayan çoxlu sayda azarkeşimiz də tribunalarda yerlərini alıblar.

Komandalar meydana çıxdılar.

Manuel Skaralatake kənardadır. Mario Souza isə ailəsi ilə birgə ayaq üstə meydana baxırlar.

Oyun başladı:

Meydanın mərkəzində yüngül kobudluq. Meydan sahibləri cərimə zərbəsi vururlar.

Oyun meydanın mərkəzində davam edir.

QOOOL!…

4-cü dəqiqədə “Xəzər Lənkəran” hesabı açır. Qolun müəllifi Deyvid Sacconi.

Ona asissentlik edən isə Etame Mbilla idi.

AZAL hücuma keçir. Orxan Sadıqlı iki cəhdlə komadanı qoldan xilas edir.

Qarşılaşma yüksək tempdə davam edir. meydan sahibləri qapılarından buraxıdğı qolun əvəzini çıxmaq istəyir,  “Xəzər Lənkəran” isə iddiasını ortaya qoymaq niyyətindədir.

AZAL-lı futbolçular daha çox uzun ötürmələrdən istifadə edirlər. Hələlik bu taktika özünü doğrultmur.

Amma ardıcıl hücumlardan biri nəhayət qolla nəticələndi. Cərimə meydançamıza ötürülən hava topunu 10-cu dəqiqədə AZAL-ın futbolçusu başla qapımıza göndərdi. Hesab bərabərləşdi –1:1

Bundan sonra “Xəzər Lənkəran” irəli atılır.

Etame Mbilla əlverişli imkandan istifadə edə bilmir.

Əsas heyətdə yer alan Tural Cəlilov Elnur Allahverdiyevin mövqeyində çıxış edir.

Oyunun tempi düşmür.

Gah meydan sahibləri gah da  “Xəzər Lənkəran” hücuma atılır. Amma tez-tez top itkisinə yol verirlər.

Maraqlı gedən oyun tribunaları da fəal olmağa məcbur edir.

AZAL-ın daha bir kəskin hücumu nəticəsiz qalır. Müdafiə xəttimiz yerindədir.

AZAL-ın 17-nömrəli futbolçusunun uzaqdan vurduğu zərbəni Orxan Sadıqlı asanlıqla tutdu.

“Xəzər Lənkəran”ın bir çox hücumları yarımmüdafiə xəttinin biri-biri ilə anlaşa bilməməsi nəticəsində uğursuz sonuclanır.

AZAL-ın 23-nömrəli futbolçusu Etame Mbillanı kobud şəkildə yıxdığı üçün sarı vərəqə alır.

Cərimə zərbəsinin qarşısını AZAL-ın müdafiəçiləri alırlar.

Meydan sahiblərinin daha bir hücumu boşa çıxır. AZAL-ın futbolçusu zədələndiyindən meydaçaya həkimlər daxil olur. Oyun bir dəqiqəlik dayanır.

Oyun yenidən bərpa olunur. AZAL-ın daha bir hücumunun qarşısını fəallığı ilə seçilən Etame Mbilla alır.

Elnur Abdullayevin uzaqdan vurduğu zərbə düz qapıçının üzərinə gedir.

Meydan sahiblərini əks hücumda yaxalayan “Xəzər Lənkəran” əlverişli vəziyyəti dəyərləndirə bilmir. Futbolçularımız özlərini meydanda daha sərbəst hiss edirlər, əksinə meydan sahiblərinin bəzi epizodlarda özlərini itirdiyini görməmək mümkün deyil.

Cərimə zərbəsi vurduq. Top müdafiəçiyə dəydi.

Sol cinahdan qurulan hücum təhlükəli alındı. Amma AZAL- ın müdafiə xətti səhv buraxmır.

Bir dəqiqə sonra sağ cinahdan qurulan hücumu Etame təşkil etdi. Qapı ağzına ötürülən top isə heç kəsə toxunmadan meydanı tərk etdi.

AZAL-ın heyətində dəyişiklik.

Qarşılıqlı top itkiləri. AZAL-ın təhlükəli hücumu sonda uğursuz alındı.

“Xəzər Lənkəran”ın futbolçuları bu dəqiqələrdə topu özlərində saxlamağa çalışırlar. Etame yenə də fəallıq nümayiş etdirib azarkeşlərin alqışını qazandı.

Hər iki komanda daha çox hərəkətlidir. İstənilən hücum zamanı əks tərəf cəld müdafiəyə qapanır. Elnur Abdullayevi yıxırlar.

Meydan sahiblərinin cərimə meydançasının həndəvərindən cərimə zərbəsi. Sacconinin zərbəsi qapının üstündən keçdi.

İlk hissənin sonuncu dəqiqəsi gedir.

Nildo ani olaraq sağ cinahla irəliləyərkən cərimə meydançasının xətti üzərində onu yıxdılar. Qaydanı pozan AZAL- ın futbolçusu qırmızı vərəqə alıb meydandan qovulur. Beləliklə, meydan sahibləri bir nəfər azlıqda qalırlar.

Cərimə zərbəsindən vurulan top AZAL-ın müdafiəçilərinə dəyib meydandan çıxır. Bu zaman baş hakim ilk hissəni bititir.  AZAL – “Xəzər Lənkəran” 1:1

FASİLƏ.

İkinci hissə başladı.

Fasilədən sonra qapıya ilk zərbəni AZAL vurdu. Top qapımızdan azca aralı keçdi. Cavab özünü gözlətmədi. Junior Nildo təhlükəli baş zərbəsi ilə cavab verdi. Amma bu da qolla sonuclanmadı.

Bu dəqiqələrdə “Xəzər Lənkəran” daha fəaldır.

Meydan sahibi komanda ara bir hücuma cəhd edir.

Oyun mərkəzdə davam edir. AZAL künc zərbəsi qazanır. Amma bundan səmərli istifadə edə bilmir.

Sadio Tounkara isinmə hərəkətləri edir.

Baş məşqçi Con Toşak əvəzetməyə əl atır. Deyvid Sacconinin əvəzinə meydana Sadio Tounkara daxil olur. Etameni ayağına arxadan zərbə vurmaqla zədələdilər. Cərimə zərbəsindən sonra geri qayıdan topu Elnur Abdullayev qapı istiqamətində göndərdi. Baxımlı alınan zərbə dəqiq olmadı.

AZAL komandası bir nəfər azlıqda qalmasına baxmayaraq əzmkarlıqla mübarizə aparır.

Sağ cinahdan gözəl hücum quruldu. Top qapı xəttindən çıxır, künc zərbəsi, AZAL-ın qapısı ağzında qarışıqlıq yaranır daha bir korner.

Ardıcıl hücumlar edən “Xəzər Lənkəran” qol vurmağa həvəslidir. Amma AZAL böyük qüvvə ilə müdafiə olunur. İmkan düşdükcə meydan sahibləri əks hücumlara da can atırlar. Con Toşak tez-tez emosianal şəkildə etirazlar edir. AZAL təhlükəli cərimə zərbəsini qola çevirə bilmir. Orxan Sadıqlı yerindədir.

Yenidən “Xəzər Lənkəran” irəli atılır.

63-cü dəqiqə gedir, hesab 1:1-dir.

“Xəzər Lənkəran” hücuma keçir, amma son anda top itkiləri çoxalır. Toşak yenə də ayaq üstədir, yenə də etiraz edir.

Etame Mbilla  ilə yanaşı müdafiəçi Vanderson Skarduelli də hücumların qurulmasında fəallıq nümayiş etdirir.

Etame ustalığı sayəsində künc zərbəsi qazandı.

QOOOL!..

Kornerdən gələn ötürməni Junior Nildo başla qapıdan keçirir. “Xəzər Lənkəran” hesabda önə keçir. AZAL – “Xəzər Lənkəran” 1:2

Əvvəlcə Etame Mbilanı yıxırlar.

Bir neçə dəqiqə sonra isə Nildonu cərimə meydançasında yıxırlar, lakin hakim penalti təyin etmir.

Meydanın hər yerində görünən Etame Mbilanı daha bir dəfə yıxırlar. Komanda hücumlara davam edir.

QOOOL!..

Sol cinahdan Sadio Tounkaranın havalandırdığı topu Junior Nildo başla qapıya göndərdi. AZAL – “Xəzər Lənkəran” 1:3

Bu qoldan sonra AZAL, öz oyunundakı nizamını itirib.

Növbəti dəyişiklik. Meydandan çıxan Zohair Benouahini İspaniyalı futbolçu Eduardo Oriol əvəzləyir.

Etame Mbilla yenə də fəallıq edir.

AZAL da dəyişikliyə əl atır.

Əvəzetmədən sonra qapımız ağzında qol vəziyyəti yaransa da Orxan Sadıqlı yaxşı oynayır.

Meydan sahiblərini əks hücumda yaxalayan Junir Nildo ofsayta düşür.

AZAL fəallaşır, lakin müdafiəçilərimiz yerindədirlər. Etame Mbilla isə meydanın hər yerində görünür.

“Xəzər Lənkəran”da daha bir əvəzetmə. Tural Cəlilovu, Nikola Qliqorov əvəzləyir.

AZAL-ın növbəti hücumu, yenə də Orxan Sadıqlı yaxşı oynayır.

Tribunalar isə susmaq bilmir. Azarkeşlərimiz komandanı alqışlayırlar.

Rasim Ramaldanov zədələnir.

Oyunun əsas vaxtı bitir.

Baş hakim 3-dəqiqə artırır.

Artırılmış dəqiqələrdə də oyun eyni templə davam edir. Hər iki komanda sona qədər mübarizə aparır.

Nəhayət final fiti səslənir.

Beləliklə, “Xəzər Lənkəran” səfərdə qalib gəlir.

AZAL – “Xəzər Lənkəran” 1:3

7 Şərh yazıya: AZAL 1 – 3 “Xəzər Lənkəran” (Onlayn mətn)

  1. xl

    en boyük xezer

     
    • orxan

      xezer ela oynadi iqbal

       
  2. Qabil

    Hörmətli “BOSMAN.AZ,” bir daha Sizlərə təşəkkürlər! Sizin təşəbbüsünüzlə ilk dəfə saytda yerləşdirilən ONLAYN MƏTNLƏ reportaj alqışa layiqdir. Biləndəki, oyuna nə televiziyada nədə saytlar vasitəsiylə canlı baxa bilməyəcəyik, şəxsən mən çox pərişan idim. Mənim kimi minlərlə azarkeşlərimiz də. İlk səfər qələbəmizdə Sizin də payınız danılmazdır. ALLAH SİZLƏRI QORUSUN!
    *****
    Çox sağ olun dəyərləndirdiyinizə görə. Onu deməliyik ki, bu bizim ilk reportajımız deyildi. Televiziyada və ya internetdə yayımlanmayan bir çox matçları, hətta yoxlama görüşlərinin biz dəfələrlə yayımını təşkil etmişik. Əvvəlki saytımız olan “Bosman.at.ua” satının arxivində belə reportajlar istənilən qədər var. Qələbəyə görə də bütün azarkeşlərimizi təbrik edirik.

     
  3. MALIK

    MirHafiz-bəy sizin yaxsi savadli həkim oldugunuzu bilirik. Idman sahəsində də artiq sözunuzu demisiniz. O,gun olsun Cempionlar-liqasini canli repartaj edəsiniz. Qeləbə munasibəti ilə hamini təbrik erdiəem…
    *****
    Malik bəy çox sağ olun gözəl arzularınıza görə. Əlbəttə ki, mən də bütün azarkeşlərimizi bu qələbə münasibəti ilə təbrik edirəm.

     
  4. Qabil

    Hörmətli Admin! Mən həmişə komandamızın oyunlarını istər Lənkəranda, istərsədə Bakıda canlı izləmişəm. Doğrusu Onlayn mətnlə reportaja mən ilk dəfə 12-ci oyunçuda rast gəldim və elə bildimki, ilk dəfə belə bir təşəbbüsdə olmusunuz. Çünki bu mənim üçün bir yenilik idi. Ona görədə Sizdən üzr istəyirəm.
    *****
    Üzr istəməyə gərək yoxdur. Stadiondan izləmə səbəbindən bu barədə məlumatsız olmaq təbii bir işdir, Qabil müəllim!

     
  5. Qabil

    Axşamınız xeyir! Admin qardaş, Milli komandanın baş məşqçisi Berti Foqts “Azal”-“Xəzər Lənkəran” oyununu canlı izləyib və oyundan sonra verdiyi qısa müsahibə azarkeşlərimiz üçün də maraqlı olar. Berti Foqtsun dediklərindən qısa fikirlər: Oyunda temp və sürət gördüm. Beynəlxalq səviyyəli oyun gördüm. İkincilər Avropa futbolu oynadılar. “Xəzər Lənkəran” üçün deyirdilər ki, bu komanda çempionluğa oynaya bilməyəcək. Deyirəm imkan verin, vaxt verin, görün “Xəzər Lənkəran”nə edəcək. Müsahibədən görünürki Foqts komandamız haqqında yaxşı fikirdədir.
    *****
    Çox maraqlı fikirlərdi. Həm də orası maraqlıdı ki, dünya şöhrətli bir məşqçinin dedikləri ilə bizim oyunu şərh edən yazımızdakı fikirlər üst-üstə düşür. Bu bizim fikirlərimizdə məntiq və mütəxəssis fikirlərinin olduğunu göstərir. Demək ki, təhlillərimiz əsaslıdır və yüksək futbol biliyinə söykənir. Təvazökarlıqdan bir az uzaq olsa da bu həqiqətdir deyə deməyə borcluyuq. Sizə də maraqlı məlumata görə təşəkkür edirik!

     
  6. xl

    ela oynadi orxan duzdu

     

Şərh əlavə et


doqquz − = 2