Azərbaycanda daha bir fanat qurumu yarandı -"Zadəgan"

30 aprel 2010-cu il tarixində Bakının “İnter”  klubunun təşkilatçılığı ilə saat 17.30-da “Şəfa” stadionunda tədbir keçirildi. Tədbirə Azərbaycan futbol klublarının demək olar ki, bütün fanat qurumlarının rəhbərləri dəvət edilmişdi. O cümlədən “Bosman” fanklubunu burada fanklubumuzun rəhbəri Mirhafiz Babayev təmsil edirdi.
Tədbir, “İnter” futbol klubunun yeni fanat qurumunun elan olunmasının təqdimat mərasimi idi. Əvvəlcə, tədbirin aparıcısı, “İnter” klubu adından iştirakçıların hamısını salamlayaraq, onları gündəlikdə olan məsələ ilə tanış etdi və “Zadəgan” İnter Azarkeş Dərnəyinin təsis olunmasını elan etdi. Dərnəyin rəhbəri, əvvəllər Oktay İnterli kimi tanıdığımız Oktay Ağazadəni isə “İnter” fanklubunun prezidenti təqdim etdi.
Sonra “Zadəgan” dərnəyinin rəhbəri Oktay Ağazadə də görüş iştirakçılarını salamlayıb, bu yenilik haqqında geniş məlumat verərək, gələcək planlarının bir hissəsini açıqladı. Daha sonra bir neçə görüş iştirakçılarına da söz verildi.
“Bosman” fanklubunun rəhbərinin çıxışının qısa məzmununu təqdim edirik:
Mirhafiz Babayev də çıxışına, görüş iştirakçılarını,  bütün “Xəzər Lənkəran” azarkeşləri o cümlədən fanklublarımızın rəhbərləri adından salamladı. Onların, tədbirdə hər hansı məsələnin müzakirəsindən asılı olmayaraq, tədbirə uğur arzuladıqlarını dilə gətirdi. Həmçinin natiq, “Xəzər Lənkəran”la, “İnter”in azarkeşlərinin dostluq əlaqələrindən danışıb, başqa fanklublarla da belə dost münasibətə həmişə hazır olduqlarını bildirdi. O cümlədən Azərbaycanda müxtəlif yönlü, yəni klbların nəzdində fəaliyyət göstərən və müstəqil fəaliyyət göstərən fanklubların olduğunu bildirərək, bu yeni müstəqil formada yaranan dərnəyin əhəmiyyətli olacağını bildirdi. Dərnək sözü dilimizdə nəyi isə öyrənən insanların birliyi olduğundan bunun əhəmiyyətini bir daha qeyd etdi.
Daha sonra “Bosman”ın rəhbəri dünya futbolundan danışaraq, Braziliya, hətta Avropada müxtəlif ölkələrin müxtəlif futbol uslublarının, o cümlədən şərq və Afrika futbolunun  özünəməxsus üslublarının olduğunu dilə gətirərək, onlarin fanatlıq üslubunun da fərqindən danışdı. Biz fanatlara bəzən Avropasayağı ola bilməməyimizi irad tutanların nəzərinə bunları çatdırmağı məsləhət bildi: Avropada və başqa xarici ölkələrdə əlbəttə yaxşı, bizlərə uyğun nə varsa onu götürməliyik, lakin onları yamsılamamalıyıq. Yuxarıda göstərdiyi, müxtəlif ölkələrdə futbol üslubu müxtəlif olduğu kimi, Azərbaycan futbolunun da özünəməxsusluğunu qeyd edən natiq, bizdə fanat hərəkatının da özunəməxsus formalaşmasını iştirakçıların diqqətinə çatdirdı.
Bunun onsuz da qaçılmaz olduğunu bildirib, bu işdə fanklubların üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi. Xüsusən, bu fikirlər digər iştirakçılar tərəfindən də bəyənilərək alqışlarla qarşılandı.
Daha sonra hamı bir birinə müvəffəqiyyət arzuladı, beləcə tədbirin rəsmi hissəsi qurtardı,hamı çay stolu arxasında söhbətlərini davam etdirdi. Diqqət çəkən məqamlardan biri də “Flaqman” fanklubunun rəhbəri Ceyhun Bədəlzadənin bu günki “Futbol +” qəzetindəki fikirlərinə görə Mirhafiz Babayevə dərin təşəkkür etməsi oldu.
 
Arxiv: Bosman.at.ua