Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları (Canlı nəticələr)

Bu gün futbol üzrə ölkə kuboku yarışlarının 1/4 final mərhələsinin cavab görüşləri baş tutacaq. Bu  isə o deməkdir ki, yarımfinala çıxacaq komandaların adları bəlli olacaq. İlk oyunu martın 12-də Naxçıvanda, “Araz-Naxçıvan”a qarşı keçirmiş və sahədən 1:1-lik bərabərliklə ayrılmış komandamız bu gün 16:00-da “Fırtınalar Meydanı”nda revanş edəcək. “Xəzər Lənkəran” istənilən qələbə hesabı ilə və 0:0-lıq heç-heçəylə növbəti mərhələyə adlamış olacaq. 1:1-lik bərabərlik artırma vaxtına yol açınca, başqa böyük hesablı bərabərliklər rəqibin üzünü güldürəcək.
Bu gün “Fırtınalar Meydanı”nın qalibi, həm də finalın keçiriləcəyi Respublika Stadionunun bu günki qalibi ilə yarımfinalda görüşəcəklər. Komandamızın oyununa təyin olunmuş hakimlər briqadası və AFFA nümayəndələrini təqdim edirik:
“Xəzər Lənkəran” – “Araz-Naxçıvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Əli Hüseynov
Xatırladırıq ki, bu oyun “Xəzər Lənkəran-TV” vasitəsi ilə saat 16:00-dan canlı yayımlanacaq. Həm də onu demək istəyirik ki, bayram münasibəti ilə klub oyuna girişi sərbəst edib. Biletləri azarkeşlər heç nə ödəmədən kassalardan götürə bilərlər.
Buradan izlə-1
Buradan izlə-2
1/4 final mərhələsinin cütlükləri və ilk oyunda qedə alınan nəticələri də nəzərinizə çatdırırıq:
12 Mart 2014  (İlk matçlar)                                               19 Mart 2014 (Cavab matçları)
I,  “İnter” 1–1 “Neftçi”—————————————————- “Neftçi” 0-0 “İnter”
II.  “Rəvan” 0–1 “Bakı”————————————————— “Bakı” 0-1 “Rəvan”  (PENALTİLƏR SERİYASI 8-9)
III.  “Qəbələ” 0–0 “Qarabağ”——————————————- “Qarabağ” 1-2 “Qəbələ” 
IV.  “Araz-Naxçıvan” 1–1 “Xəzər Lənkəran” ———————– “Xəzər Lənkəran” 1 – 0 “Araz-Naxçıvan”

5 thoughts on “Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunları (Canlı nəticələr)”

  1. Bu günkü kimi arzularımız reallaşsa çox gözəl olar .Birinci öz komandamızın qqələbəsi və onun rəqibinin Qəbələ olmasını .ikinci isə Rəvanın yarımfinalda oyanamasını istəyirdim Yəqin ki bu İlaxır Çərşənbə möcüzələridi
    Mirhafiz bəy qələbə münasibəti ilə sizi və bütün Xəzərsevərləri tərbik edirəm .bir arzumuda bayram bitməmiş deyim ki Finala da Xəzərin çıxmasını istəyirəm .təbii ki bir hər bir azarkeşimizin arzusudur .
    *****
    Çox sağ olun. Mən də sizi və bütün azarkeşlərimizi ürəkdən təbrik edirəm.

  2. Komandamızın ölkə kubokunun yarımfinalına vəsiqə qazanmağı münasibətiylə bütün “Xəzər Lənkəran”lıları təbrik edirəm!

  3. Mançestr Uni.bir neçə gün əvvəl çempianat oyununda Mançestr Sitiyə biabrçı hesabla uduzmuşdu .Çempionlar iqasaında da səfərdə 2-0 uduzmasına baxmayaraq Evdə 3-0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adladı .Budur əsl peşakarləıq heç bir məğlubiyyəyt ,futbolçulara növbəti oyuna görə təsir etməməlidir .Budur əsl futbol gözəlliyi ,budur futboldan alınan zövq .Dahiyanə bir oyun fantastik Van Persi .(Öz aramızdır qələbəyə görə Baksell nömrələrə 10 qəpiklik bonus veriləcək .gözləyin .)

Comments are closed.