Buradasınız Əsas » Xəbər » Avroliqanın qrup mərhələsində oynamış qapıçı ilə…
  • Bookmark and Share

Avroliqanın qrup mərhələsində oynamış qapıçı ilə… 

tomic_xazara

Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Qapıçı axtarışında olan cənub təmsilçisi düşərgəyə xorvatiyalı qolkiper dəvət edib.

Belə ki, Moldovanın “Şerif” klubunun qapıçısı Vyekoslav Tomiç “ağ-yaşıllar”ın sırasında olacaq.

1983-cü ildə Splitdə anadan olan 190 sm boya malik qolkiper eyniadlı komandanın yetirməsidir. 20 yaşınadək bu kluba sadiq qalan Tomiç 2003-cü ildə “Medimurye”yə keçib. 4 il bu komandanın uğurları üçün çalışan qolkiper 2007-10-cu illərdə ölkəsinin ən tanınmış klubu “Hayduk”un formasını geyib.

Burada daha çox ehtiyatda qalan Tomiç legioner həyatı yaşamaq üçün Balkan yarımadasını tərk edib. 2010-13-cü illərdə Türkiyədə “Karabükspor” klubunun şərəfini qoruyub. Yarım il əvvəl Moldovaya üz tutan Vyekoslav “Şerif”lə anlaşıb. Yeni komandası ilə Avropa Liqasının qrupuna yüksələn qolkiper bu mərhələnin 6 oyununda meydana çıxıb.

Tomiç qrup mərhələsinin yalnız son matçını tam keçirməyərək, 60-cı dəqiqədə əvəzlənib. 6 matçda 6 top buraxan qolkiperi İngiltərə “Tottenhem”i hər 2 oyunda 2 dəfə məyus edibsə, Rusiya “Anji”si ilə Bakı “İnter”inin qənimi Norveç “Tromse”si Tomiçin qapısına yol tapmayıb.

Tomiç avrokuboklarda ümumilikdə 12 oyun keçirib. Məşhur “transfermatket” saytı ona 700 min avro qiymət qoyub.

Xatırladaq ki, danışıqlar baş tutacağı təqdirdə, Tomiç “Xəzər Lənkəran”ın qış fasiləsində transfer edəcəyi ilk əcnəbi olacaq. Cənub təmsilçisi bunadək autsayder “Sumqayıt”dan Slavik Alxasov və Orxan Əliyevlə müqavilə bağlayıb.

Mənbə: Apasport.az

3 Şərh yazıya: Avroliqanın qrup mərhələsində oynamış qapıçı ilə…

  1. van persi

    yaxsi qapicidi

     
  2. Qabil

    Salam DOKTOR! Komandanın ən çox qapıçı məsələsi məni narahat edirdi. Şükürlər olsun ki, qapıçı problemi öz həllini tapmaq üzrədir. Bu baş verərsə, çox sevinərəm.
    *****
    Qabil bəy, deyəsən saytımızdakı qapıçı haqqındakı, sizinlə olan müzakirə tipli mükalimələr öz əhəmiyyətini göstərdi və ağıllı, həmçinin beynəlxalq təcrübədən çıxış etməyimiz klubun düzgün nəticə çıxarmasında yardımçı oldu. Məhz belə tipli yazılar və müzakirələrlə biz də azarkeş kimi borcumuzu veririk. Əlbəttə, klub bunları nəzərə alırsa, bu çox sevindirici haldır. Azarkeş də kluba xeyir verdiyini anlayınca, daha da fəallıq göstərməyə həvəsli olur. İndi Nildo və onun kimi komandaya xeyir verməyi bacarmayan oyunçuların məsələsinə də klubun diqqətini cəlb etməliyik. Çox sağ olun!

     
  3. Qabil

    DOKTOR! Sizin azarkeşlər arasında apardığınız düzgün, həm də biləvasitə “Xəzər Lənkəran”ın güclənməsinə hesablanan təbliğatı heç kim dana bilməz. “Bosman.az” və “12-ci oyunçu” elə yarandığı gündən tutduğu doğru yolla getməklə paralel olaraq “Xəzər Lənkəran”ın həmişə güclü bir klub olmasına çalışıb. Məncə bunu klubun rəhbərliyindəkilər də bilməmiş deyil. Əgər həqiqətən də Sizin sayənizdə apardığımız mükalimələri rəhbərlik oxuyub nəzərə alırsa, bu çox sevindirici haldır.
    *****
    Qabil bəy, bu sizin kimi “Xəzər Lənkəran”ı qəlbən sevən azarkeşlərimizlə birlikdə mümkün olur.

     

Şərh əlavə et


4 − bir =