Adrian Skarlatake: …"Rednik “Xəzər Lənkəran”a qayıdacaq…"

“Mirça Redniklə tez-tez danışırıq”. Bu sözləri “Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatake deyib.
O, yenidən “Xəzər Lənkəran”ın baş məşqçisi postuna qayıdacağı gözlənilən həmyerlisi Mirça Redniklə müntəzəm əlaqə saxladığını bildirib: “Komanda haqda söhbət etdik, məndən ümumi şeylər soruşdu. Amma baş məşqçi postuna qayıdacağı barədə heç nə demədi. Çünki hal-hazırda komandanın məşqçisi var. Ola bilsin ki, Rednik “Xəzər Lənkəran”a qayıdacaq, amma bunun nə vaxt olacağını bilmirəm”.
Mənbə: Apasport.az

5 thoughts on “Adrian Skarlatake: …"Rednik “Xəzər Lənkəran”a qayıdacaq…"”

  1. Kimsə bizdə olub yenə istəklə qayıtmaq istəyirsə, bu XL-mizə şərəf gətirən haldır!!!
    *****
    Amma bu dəfə öz şərtləri daxilində.

  2. Salam, Mirhafiz müəllim! Hərdən fikirləşirəm ki, görəsən vaxtiylə nə səbəbdən M.Rednikə də C.Toşaka, M.Dənizliyə yaradılan şərait və geniş səlahiyyət verilməyib. Əgər M.Dənizliyə verilən geniş səlahiyyət M.Rednikə verilsəydi, Allah bilir bu heç nə ilə yadda qalmayan illərdə M.Redniklə nə qədər titullar qazanardıq. Ən önəmlisi “Xəzər Lənkəran” öz imicini, nüfuzunu əvvəlki dək qoruyub saxlayardı. “Fırtınalar meydanı” da indiki kimi boş yox, azarkeşlərlə dolub daşardı…
    *****
    Salam, Qabil bəy! Lap yaralı yerimizə toxunduz. Bu səlahiyyətlərin indiki formaya gətirilməsi üçün mən və İslam bəy nə qədər təqib və təhdid olunduq. Amma buna nail olduq. Mirça Rednik yenidən qayıtsa, yetər ki, həmin səlahiyyətləri Mübariz Mənsimovdan alsın!

  3. AXSAMINIZ XEYIR MUELLIM GALMISIG AVARA KIME INANAG. BUTUN KONALLAR FERGLI XEBERLERLE ALEMI GATIRLAR. NETICEDE BILMIRIK REDNIK GELIR YA YOX. MUELLIM SIZDE BU HAGDA NESE TEZE MELUMAT VAR YA YOX .VARSA GISA MELUMAT VERMEYINIZI XAHIS EDIREM
    *****
    Axı, Mustafa Denizlinin gedişi rəsmiləşməmiş, Rednik necə gələ bilər?

  4. Axsaminiz xeyir. Doktor necesiz?Saytlarda sayielerin sayi bilinmir,Kime inanaq bilmirik,Ona gore de sebirle gozlemeliyik,Men bileni cempionat qurtarmamis hec bir sey bilinmiyecek.Men sexsen hec bir mesqcinin eleyhine deyilem,Kim gelir gelsin komanda futbol oynasin.Doktor vaxt olub Rednik ucun ‘istefa’qisqirmisiq./Sexsen men hec vaxt istefa sozun isletmemisem/Hami Rednik deyir. Sual olunur Rednike 6 ay vaxt verilecek ya yox.Men sexsi futbol dusuncemnen Mircavadovun vaxtinda gozel futbol seyr etmisem.Amma onun gelmeyine razi deyilem,Ona gore ki ,Lenkeran futboluna fikrimce enboyuk zerbeni mircavadov vurub.Posulko ve Rednikin dovrunde hesaba futbol oynanilib.Karanin vaxtinda Avropaya uz tutmusduq.O birilerinin vaxti mene yuxu kimi gelir.Denizlinin en boyuk sehvi mence esas 11-liyi qura bilmemesidir.Gelin kim olur olsun biz oz desdeyimizi esirgemeyek, bu olaylardan hezz alan var.Meselen; Bu gun hansisa saytda bilet pulun muzakireye cixariblar ki,azarkesleri qizisdirsinlar.Ozleri biletle futbola baxmaq medeniyyetin hec bilmirler.Yene tekrar edirem bu menim oz fikirlerimdir.
    *****
    Axşamınız xeyir, Mübariz bəy! Bütün bu qarmaqarışıqlıq salıb aranı qatanlara uymaqdansa, bir az səbirli olmaq lazımdır.

  5. AXSAMINIZ XEYIR MUELLIM BUTUN AZERKESLERIN DIGGETI SAYTLARDA MESGCIMIZLE BAGLI YAYILAN SERHLERE YONELIB. DIGER TEREFDENDE BEZI KANALLAR AGIZLARINA GELEN YALAN MELUMATLARLA BIZLERI CASBAS SALIBLAR.GORESEN ONLAR BU YALAN INFORMASIYAYA GORE MEHSULIYYET NIYE DASIMIRLAR? HAMI MIRCA REDNIKIN GAYIDISINI ISTEYIR.NESE BU MESGCI AZERKESLERIN GELBINE GISA VAXTDA YOL TAPA BILIB.HEM INSANLIG BAXIMINDAN HEM DE GOZEL MESGCI NOGTEYI NEZERINDEN SEVILIR.MENIM DE ONA GARSI SIMPATIYAM VAR.COX ISTERDIM KI EGER DENIZLI ISTEFA VERERSE ONU REDNIK EVEZ ETSIN.
    KIM OLACAG MESGCIMIZ, GIZLI SAXLANIR ADI,
    CIXSA EGER DENIZLI, GETIRMESINLER YADI.
    MOHTESEM GAYIDISLA, MIRCA XILASKARIMIZ,
    YETISDIRER IMDADA, ONU BIZE TANRIMIZ.
    GOZLEYERIK REDNIKI, TUKENSEDE SEBRIMIZ,
    GELISI BAYRAM OLAR, SEVINER HER BIRIMIZ.
    GURAR GOZEL KOMANDA, GELEBE VERER BIZLERE,
    ELVIDA DEYECEKDIR, COXSAYLI FERSIZLERE.
    *****
    Telman bəy, bir az səbirli olmaq lazımdır.

Comments are closed.