Buradasınız Əsas » Bosman » Ad Günün Mübarək!!!
  • Bookmark and Share

Ad Günün Mübarək!!! 

Mirhafiz ad gunu-2010

Babayev Mirhafiz Mirsalam oğlu 1966-cı il mayın 11-də Lənkəran şəhəri Sütəmurdov kəndində həkim ailəsində anadan olmuşdur. 1973-cü ildə Lənkəran şəhəri 1-saylı orta məktəbinin 1-ci sinfində ilk təhsilinə başlamış və 1983-cü ildə həmin orta məktəbi bitirmişdir. Elə, 1983-cü ildə sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna vermiş və həmin institutun stomatologiya fakültəsinə daxil olmuşdur. 1989-cu ildə ADTİ-nin Stomatologiya fakültəsini müvəffəqiyyətlə bitirərək, doğma Lənkəranda Mərkəzi Stomatoloji Poliklinikasında Həkim-Stomatoloq vəzifəsinə işə düzəlmişdir. 2001-ci ildən isə öz ixtisası üzrə Bakı şəhərində fəaliyyətini davam etdirir. Özəl ” LANDENT ” Stomatoloji Klinikasının baş həkimidir.Bir sıra fəxri fərman və diplomlarla təltif edilmişdir. Həmçinin neçə-neçə Stomatoloqun və Diş texniklərinin yetişdirilməsində xüsusi əməyi vardır.

Mirhafiz Babayevin, vətəni Azərbaycana, doğma Lənkərana və həmçinin idmana bağlılığı onun hələ sovet dövründən Lənkəranın “Xəzər” komandasına azarkeşlik etməsi ilə nəticələnmişdi. Bu gün o, doğma “Xəzər Lənkəran” klubunun çılğın azarkeşlərindəndir. Təsadüfi deyil ki, Mirhafiz Babayev 2009-cu ilin 09 fevralında daha bir neçə “Xəzər Lənkəran” tərəfdarı ilə birgə “Bosman” fanklubunu təsis etmişlər. “Bosman” fanklubunun rəhbəri olan Mirhafiz bəyin bu gün 44 yaşı tamam olur. Biz bütün “Bosman”çılar adından Mirhafiz bəyi ad günü münasibətilə təbrik edir, ona cansağlığı uzun ömür, ailə səadəti arzulayırıq. Qoy vətəni və canı qədər sevdiyi “Xəzər Lənkəran”ı zirvələrdə, qaliblər sırasında görmək həmişə qisməti olsun !

 

“Bosman” fanklubunun idarə heyəti                                            11.05.2010

 

Arxiv: Bosman.at.ua

8 Şərh yazıya: Ad Günün Mübarək!!!

  1. Malik

    (11/May/2010 21:09)
    XL

     
  2. Malik

    (11/May/2010 21:18)
    Cox hormatli Mirhafiz bay sizi dogum gunu munasibatiila samimi galbdan tabrik ediram. Dunyaya sizi kimi insanlar nadir halda galir. Siz hayatda ham gozlal insan ham gozal aila bascisi hamda super hakimsiniz va Xazar Lankaranin sadig azerkesisiniz. Ey gozal zaka sahibi ugurlariniain davami hamisa galsin.

     
    • İslam 12-ci oyunçu

      (12/May/2010 22:03)
      Maraqlıdır ki,Mirhafiz bəylə mənim ad günüm eyni gündə qeyd olunur.Elə bizim ictimai fəaliyyətmiz də çox oxşardır.Vaxtı ilə mən bir neçə fəal azarkeşlə birgə 12-ci oyunçu müstəqil fan klubunu təsis etmişdim,daha sonra fan klubun fəaliyyətini dayandırıb,azarkeş klubu kimi vətən sevən azarkeşlərin istək və arzularına əsasən fəaliyyət göstərən bir azrkeş klubunu yaratdıq.12-ci oyunçu azarkeş klubunun Xəzər Lənkəranımızla bağlı bütün məsələlərdə Bosman fan klubu ilə fikir birliyi mövcuddur.Bu da əsasən Bosman fan klubunun rəhbərliyinin xüsusən də Mirhafiz bəyin məntiqlə atılan addımlarına görədir.Bizim bu münasibətmizin irsi kökləri də vardır.Bütün hallarda şəxsən mən bu insanı tanıdığıma görə fəxr edirəm. Mirhafiz bəy yüksək insani keyfiyyətləri ilə hələ də ətrafdakılarını heyrətləndirməkdədir.Ziyalılıq,mədəniyyət və düşüncə tərzi onu tanıyanların gözündə daim ucaldır.Ad günü təbriklərimdə mən Mirhafiz bəyə olduğu kimi qalmağı arzulayıram.Çünki digərləri bu ucalığa həsəd aparırlar.Ad gününüz mübarək,uzun və mənalı ömür arzuları ilə…

       
  3. Oktay Zadegan

    (13/May/2010 20:13)
    Men de oz novbemde oz adimdan elecede Zadegan Inter Azarkes Derneyi adindan ve butun inter fanlari adindan sizi tebrik edirem

     
  4. Agamir Dadaszade

    (14/May/2010 14:04)
    Doktor, sizi ad gununuz munasibetile urekden tebrik edirem, size uzun omur can sagligi arzulayiram!!!

     
  5. CSGA

    (14/May/2010 14:56)
    Xəzər Lənkəran klubu çox gözəl olduğu qədər də şanslı klubdur, çünki “Bosman” kimi fanklubu, sizin kimi fanatı var. Sizi təbrik edirəm, sizə və azarkeşlərimizə ən böyük hədiyyə kimi komandamızın bu mövsümdə də çempion olmasını arzulayıram.

     
  6. Rəşad

    (14/May/2010 23:21)
    Hörmətli Mİrhafiz Babayev Sizi Ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Sizə can sağlığı uzun ömür arzulayıram! Həyatda bütün arzularınız çin olsun! Amin!

     
  7. Bossman

    (19/May/2010 08:00)
    Hər birinizə təşəkkür edirəm, əlbəttə “Xəzər Lənkəran”ın çempionluğu daha böyük bayramımız olardı. Eyb etməz bunu kuboku qazanmaqla da bayram edə bilərik İnşallah !
    Bir daha hamınıza təşəkkür edirəm.
    Dr. Mirhafiz

     

Şərh əlavə et


1 + = yeddi