junior osvaldo martins_juninyo
Sizlərə, “Apasport.az” saytının keçmiş oyunçumuz Juninyonun haqqında verdiyi bir yazıda, onun fikirlərinə olan münasibətimizi təqdim edirik.
 
Juninyo: Şaferin rəhbərliyi altında oynamaq mənə çox xoşdur
 
00:22 18-06-2010
“Artıq yeni komandamla iki məşqə çıxmışam. Təəssüratlarım yaxşıdır. Şafer kimi təcrübəli məşqçinin rəhbərliyi altında oynamaq mənə çox xoşdur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun yeni futbolçusu Junior Osvaldo Martins – Juninyo deyib.
Mövsümlərarası fasilədən sonra “Xəzər-Lənkəran”dan paytaxtın eyniadlı komandasına transfer olunan braziliyalı yarımmüdafiəçi bildirib ki, “Bakı”ya xeyir vermək fikrindədir: “Artıq bir neçə ildir ki, Azərbaycanda çıxış edirəm. “Bakı”nın gücünə bələdəm. Komanda daim iddialı olub. Əminəm ki, bu mövsüm eyni zamanda avrokuboklarda da adımızdan söz etdirəcəyik. Mən də öz növbəmdə üzərimə düşənin ən yaxşısını edəcəyəm ki, qitə kuboklarında “Bakı”ya xeyir verim”.

  Get və oyna, Juninyo!

Əslində, Denis silva Kruz məsələsindən fərqli olaraq, sənin gedişində elə də böyük qəbahət yox idi deyə münasibət bildirməmək də olardı. Lakin Apasport.az saytının xəbərində bildirdiyin kimi: “Təəssüratlarım yaxşıdır. Şafer kimi təcrübəli məşqçinin rəhbərliyi altında oynamaq mənə çox xoşdur”, deyə fikrini qabartmısan.
Biz öz növbəmizdə həqiqətən Şafer kimi dünya şöhrətli bir məşqçinin Azərbaycan futboluna verə biləcəyi xeyirlərə münasibət bildirmişik, rəqib komandaya gəlişinə baxmayaraq.
Lakin sənin, məhz bu məşqçiyə görə deyil, rəqib düşərgəyə keçəcəyin haqda KİV-də çoxdan məlumat yayılmışdı. İndi “Fanat.az” saytı da, neçə ay əvvəldən yaydığı xəbərin doğrulması haqda olan məlumatları, jurnalistika üçün qiymətləndirilməsi lazım olan bir uğur kimi qabarıq göstərməkdədir. Sağ olsunlar ki, işlərinə peşəkar yanaşıb bu məlumatı xeyli əvvəldən əldə edə bilmişlər.
Göründüyü kimi, sən məhz bizə qarşı futbol centlmenliyinə məhəl qoymayan C.Biçərin vaxtında da, ondan əvvəl də bu fikrində olmusan. Sənin də futbol centlmenliyinin olmamasını göstərən belə hərəkətlərinə, onu da əlavə edə bilərik ki, gah zədəli olmanı, gah ailə vəziyyətini əsas gətirərək komandamızın neçə-neçə məsul matçlarında, ona kömək etmədyib kənarda qaldın. Çıxdığın matçlarda da əvvəlki Juninyo deyildin, oyunları sadəcə, yola verməklə keçirirdin. Biz azarkeşləri zədəli olduğuna görə təəssüfləndirirdin. Sən demə…        Burda “Böyük Dayaq” filminin qəhrəmanlarından biri olan, mərd və təmizliyin nümunəsi kimi göstərilən Rüstəm kişinin bir kəlməsi yada düşür: “Qız ki, dingildədi, gərək başıdan rədd edib, verəsən getsin!”
İndi yeni komandana xeyirli olacağını bu sözlərlə bildirmisən: “Artıq bir neçə ildir ki, Azərbaycanda çıxış edirəm. “Bakı”nın gücünə bələdəm. Komanda daim iddialı olub. Əminəm ki, bu mövsüm eyni zamanda avrokuboklarda da adımızdan söz etdirəcəyik. Mən də öz növbəmdə üzərimə düşənin ən yaxşısını edəcəyəm ki, qitə kuboklarında “Bakı”ya xeyir verim”.

Sən zədəli olduğunu bildirərək, çox uzun müddət oynaya bilmədiyini deyən və göstərməyə çalışan, Juninyo, heç olmasa yeni komandanı da belə üsullarla aldatma, əgər oradan da başqa komandaya keçmək fikrinə düşsən. Get və oyna, Juninyo!
 
Arxiv: Bosman.at.ua

 

1 thought on “”

  1. (19/İyun/2010 23:03)
    oyuncularda hec bir gunah yoxdur gunah aqaselimdedi o neqeder kamandadadir xezer hele bu gunde olacaq bunu sizler de cox gozel bilirsiz o xezeri daqitmayinca el cekmiyecey vessalam.

Comments are closed.