3 yaşın mübarək APAsport

Bu gün 5 mart tarixində APAsport.az idman agentliyi 3 yaşını qeyd edir. Bu 3 ildə ölkə və dünya idmanında baş verən hadisələri çevik və dolğun olaraq öz izləyicilərinə çatdıran APAsport.az agentliyi özünə xeyli sayda izləyici toplaya bilmiş, özünəməxsus fəaliyyətini bu gün də davam etdirir. APAsport.az saytının çox saylı izləyiciləri arasında bizim “Bosman” fanklubunun üzvləri də az deyil.
Biz “Xəzər Lənkəran” FC-nun “Bosman” fanklubu olaraq bundan sonrakı fəaliyyətində də APAsport.az idman agentliyinə uğurlar arzulayır, özünəməxsus fəaliyyətinin daim müvəffəqiyyət gətirməsini diləyirik.
 3 yaşın mübarək!
 
Hörmətlə: “Bosman” fanklubunun idarə heyəti                    05/03/2010
 
Arxiv: Bosman.at.ua