1921-ci ildə Lənkəranda Futbol Olubmu?

1921-ci il, İran Astarası–Lənkəran 0:1 
Araşdırmalarımız zamanı aydın oldu ki, 1921-ci ildə Lənkəran futbolçuları ilə İran Astarası futbolçuları arasında futbol matçı keçrilib və bu görüş haqda hansısa tarixi sənəd də mövcuddur. Məlumatı dəqiqləşdirmək üçün bir neçə şəxslə görüşdükdən sonra nəhayət əsl “mənbə”ni tapdıq. Bir vaxtlar Lənkəran idman komitəsinin sədri işləmiş, ağır atletka üzrə tanınmış mütəxəssis Vaqif Məmmədov bu faktı belə təsdiqləyir:

“-1991-ci ildə “Xəzər” futbol klubu ilə İran İslam Respublikasına yola düşdük. Uzun illərdən sonra Sovet İttifaqı ilə İran Respublikası arasında sərhədlər yeni açılmışdı. Bizim səfərimiz də idman sahəsində yeni əmakdaşlıq yaratmaq, yeni münasibətlər qurmaq üçün nəzərdə tutulmuşdu. Komandamıza səfərdə mən rəhbərlik edirdim. İran Astarasının futbol komandası ilə bizim yerli “Xəzər” kulubunun keçirdiyi yoldaşlıq görüşü 1-2 hesabı ilə bizim futbolçuların qələbəsi ilə başa çatdı. Oyundan sonra  bir ağsaqqal kişi mənə yaxınlaşıb qələbə münasibəti ilə təbrik etdikdən sonra dedi:- “Təbrik edirəm gözəl oynadız. Elə düz 70 il əvvəl də sizin futbolçular bizi burada məğlub etmişdi””.

Təəccübləndiyimi görüb əlavə etdi:
 “Hə ağa, təəccüblənmə. Onda Lənkaranlı futbolçular bura, at-araba vastəsi ilə gəlmişdilər”. İranlı ağsaqqal məndən bir qədər möhlət istəyib evinə getdi. Qayıtdıqda isə şəxsi arxivindən gətirdiyi 70 il əvvəlki tarixi matçlla bağlı İranda dərc olunan qəzeti mənə təqdim etdi. Qəzetdəki məqalədə bu matçla bağlı məlumatdan başqa bizim Lənkaranlı futbolçuların şəkli də vardı.”
Çox təəssüf ki, həmin sənədi biz əldə edib sizlərə və bu kitab vasitəsiilə gələcək nəsillərə təqdim edə bilmədik. Necə deyərlər, iranli ağsaqqalın yetmiş il sevə-sevə qoruduğu tarixi sənədi, biz özümüz heç on beş il də qoruya bilməmişik.
MƏNBƏ: “Cənub Bolgəsində Futbolun Inkişaf Tarixi” kitabı.
Kitabın müəllifləri: Sakin Məmmədzadə, Hüseyn Cəbrayıloğlu.

1 thought on “1921-ci ildə Lənkəranda Futbol Olubmu?”

  1. Salam,Müəllim! Bir neçə il əvvəl Cənub bölgəsində Futbolun inkişaf Tarixi” kitabını oxuyarkən o tarixi faktı təsdiq edən(qəzet parçası olsada tarixi sənəddir) qəset parçasının itirilməsinə mən də çox heyfsiləndim. İndi heç olmasa bəzi ağzı göyçəklərin gözünə soxmağa əlimizdə bir tutarlı fakt olardı. Bu tip itirilmiş faktların sayəsində yaşlı nəslin nümayəndələrinin məşhur bir kəlamı formalaşıb.” Lənkəranda futbol həmişə olub.”
    *****
    Salam, Qabil bəy! Bəzilərimiz tarixə loyal yanaşırıq deyə, ona görə də qızıl tarixi faktları itiririk. Amma yəqin ki, bunu dəqiqləşdirmək üçün başqa mənbələr də var.

Comments are closed.