"12-ci"lərin "Flaqman" Müsabiqəsi

12cioyuncu loqo kohne
 
“12cioyuncu.com” saytında maraqlı bir müsabiqə elan olunub.Bu müsabiqədə “Bosman” fanklubundan Mirhafiz Babayev də öz fikirləri ilə iştirak edib. Maraqlı olduğunu və yeni müzakirə mövzusuna ehtiyac duyduğunu bildirən fanklubumuzun üzvünün fikirlərini  öz saytımızda da izləyin.
 
“12-ci”lər həmişə maraqlı fikirləri və xüsusi yanaşma tərzləri ilə seçilirlər. Təsadüfi deyil ki, “Bosman” fanklubu bu göstəricilərin ifadə olunduğu “12cioyuncu.moy.su” saytını “İlin Fanat Saytı” elan etmişdi ki, bundan artıq çoxları xəbərdardır.Bu müzakirə mövzusuna gəlincə isə burada daha ətraflı yanaşma tələb olunur. Mən filologiya mutəxəssisi olmasam da bildiyim qədər münasibət bildirməyə çalışacağam.
Bütün dünya millətlərinin demək olar hamısının özünəməxsus dili vardır.Amma bəzilərində Dövlət dili başqa dil qəbul olunmuşdur ki, bu ayrı mövzudur.Müasir dilçilik statistikasına nəzər salsaq bütün dünya dilləri orta göstəriciyə görə 60% “Milli mənşəli sözlər”dən və 40% “Alınma Sözlər”dən ibarətdir. Ağamusa Axundovun, tədris vəsaiti olan,1982-ci il “Bakı” nəşriyyatının çap etdiyi “Dilçiliyə giriş” kitabında bu barədə geniş məlumat əldə etmək mümkündür.
Bundan başqa dilçilikdə “Beynəlmiləl sözlər”, “Ehtiyac duyulmayan sözlər” və s. kimi kəlmələr də qeydə alınır. Bizim dilədə alınma sözlərin əvvəl Fars-Ərəb mənşəli sözlər, daha sonra Rus-Avropa dillərindən əsasən daxil olmuşdur. Bu da sənayenin, texnikanın, tibb elminin və s. inkişafı ilə əlaqədardır və qaçılmazdır.
“Beynəlmiləl sözlər” bütün dünya dillərində qəbul olunub işlənən sözlərdir.Buraya terminlər və s.aiddir. Amma “Ehtiyac duyulmayan sözlər” isə milli dildə olub, həm də başqa alınma sözlə paralel olaraq işlədilən sözlərdir. Buna bəziləri sinonim sözlər kimi yanaşsa da əslində bunlar “dublet” sözlər adlanır Mənim fikrimcə bu dublet sözlərə daha çox yer verdikcə, onlar milli mənşəli söləri dilimizdən sıxışdırıb çıxarır və mənim ifadəmə görə “Milli söz qəbirstanlığı” yaradır.
Mən “Bosman” fanklubunun rəhbəri kimi bu ada da münasibət bildirməliyəm. Bosman gəmi işçisidir və bu sözün əvəzləyicisi dilimizdə yoxdur. Bu bütün dünyada eyni cür qəbul olunub işlənən bir sözdür. Məsələn, futbol, voleybol, hokkey, printer,monitor və s.
“Flaqman” sözünün mənasına gəlincə, məncə bu avropa mənşəli  iki sözün birləşməsindən ibarətdir. “Flaq”-“Bayraq”, “Man” –isə “Şəxs” bildirir. Bizim anlayışımızca bu “Bayraqdar” anlamına gəlir. Həmçinin “öndəgedən”, “öndər”, “Ələmdar” kimi də başa düşülə bilər. “Flaqman” sözünü  işlədənlər “Neftçi”ni futbolumuzun Bayraqdarı kimi qələmə vermək istəyirlər. Bu sözü işlətmək, məncə qəbahət deyil. Amma bu gün “Neftçi” ölkəmizi avropada təmsil etmirsə, ondan güclü klublarımız varsa, onda futbolumuzun Bayraqdarı, Flaqmanı bugün başqa bir klubdur. Bu ayrı müzakirə mövzusudur. Flaqman yorulub əldən düşübsə, onda o adı ya başqa biri daşımalı ya da dincəlib özünə gəlməsini  gözləmək lazımdır. Amma Bayrağı yerə qoymaq olmaz onu kimsə daşımalıdır.
Mən təklif edərdim ki, bu mövzunun müzakirəsindən sonra digər bir mövzu müzakirə olumalıdır: “Azərbaycan futbolunun Flaqmanı  bu gün kimdir?”
 
  
 “Bosman”  fanklubundan  Dr. Mirhafiz Babayev                                 24 Mart 2010
 
Arxiv: Bosman.at.ua
 

2 thoughts on “"12-ci"lərin "Flaqman" Müsabiqəsi”

  1. (26/Mar/2010 10:18)
    Baxsaq gorarik verlislarimizda (Bravo v.s. o cumlladanda flaqman sozuna tez-tez rast galirik. bela sahvlara yol vermak duz deyil.

Comments are closed.