"12-ci Oyunçu" Azarkeş klubunun təbriki

12cioyuncu loqo kohne
 
“Bosman” fanklubunu 1 yaşı olması münasibətilə “Xəzər Lənkəran”ın digər bir fanat qurumu olan “12-ci Oyunçu” da təbrik etdi. “12ci”lərə məxsus Saytda yerləşdirilən təbriki olduğu kimi təqdim edirik:

9-fevral
tarixi “Xəzər Lənkəran” azarkeşləri üçün daha bir hadisə ilə
əlamətdardır.Beləki düz bir il əvvəl 2009-cu il fevralın 9-da “Bosman”
fan klubu yaranmışdır.Məhz həmin gün bir qrup fəal azarkeş, təsis
yığıncağı keçirərək “Bosman” fan klubunun yaranmasını elan
etmişdilər.14-nəfərdən ibarət ilk “Bosman”çılar sonradan sıralarını
genişləndirərək fan klub üzvlərinin sayını 45-fanata çatdıra
bildilər.Müstəqil fəaliyyəti və özünəməxsus fanatlıq bacarığı hesabına
az bir zamanda ölkə mətbuatının diqqətini çəkə bildilər.Fan klubun
üzvləri arasında həkimlər, müəllimlər və digər sənət sahibləri olan
ziyalılar çoxluq təşkil edir.Hal hazırda “Bosman” fan klubunun
üzvlərindən bir neçəsi elmi fəaliyyəti ilə əlaqədar olaraq ölkə
xaricində, Amerika və Yaponiyada yaşasalar da daim “Xəzər Lənkəran”ın
uğurları ilə maraqlanırlar. Fan klubdan
aldığımız bilgiyə görə yaxın günlərdə “Bosman” fan klubunun ofisi
açılacaq.Bundan əlavə fan klubun rəsmi internet saytının da bir neçə
günə fəaliyyətə başlayacağı məlum olub.
Arxiv: Bosman.at.ua

1 thought on “"12-ci Oyunçu" Azarkeş klubunun təbriki”

  1. (12/Fev/2010 11:34)
    Biz də öz növbəmizdə “12-ci”-lərə təşəkkürümüzü bildiririk.”Xəzər Lənkəran” məhz belə fanatları ilə güclüdür və zirvələrə layiqdir. Böyük və məğrur “Xəzər Lənkəran” ailəsinə eşq olsun!

Comments are closed.