Buradasınız Əsas » Xəbər » “12-ci Oyunçu”, 7 yaşında… Təbrik edirik!
  • Bookmark and Share

“12-ci Oyunçu”, 7 yaşında… Təbrik edirik! 

12 cioyncu teze loqo

22 Fevral “Xəzər Lənkəran” camiəsi və Azərbaycan futbolu üçün yaddaqalan bir tarixdir. Məhz bu tarixdə ölkənin adlı-sanlı bir futbol klubu olan “Xəzər Lənkəran”ın ilk müsəqil fanat qrupu yarandı. Bu nəinki cənubda, eləcə də Azərbaycanda ilk müstəqil fanat klubu oldu ki, buda “Xəzər Lənkəran”ın ətrafında yarandı. Bir il sonra isə bu yenilikçilər, bir addım daha irəiliyə doğru atmaqla, başqa bir yeniliyə imza atdılar. Yəni həmin azarkeş klubunun müstəqil fəaliyyət göstərən saytı işə başladı ki, buna qədər ölkə futbolunda hər hansı müstəqil azarkeş qurumunun mətbuu orqanı yox idi. Onsuz da rəngarəng və gərgin işləri ilə ölkəyə səs salmaqda olan “12-ci Oyunçu” fanat qurumu, sayt fəaliyyətə başlayandan sonra daha böyük bir dairə cıza bildi. Fəaliyyətində azadfikirliliyi, obyektivliyi, operativliyi və bir çox müsbət keyfiyyətləri cəmləyən bu fanat qurumu “Xəzər Lənkəran” yolunda, belə demək mümkünsə, öz sevgiləri yolunda olmazın əziyyətlər, məşəqqətlər və müxtəlif sarsıntılar keçirdi. Lakin yolundan dönmədi! O, bu gün də fəaliyyət göstərir. Əzəli prinsiplərinə sadiq və zamanın bəxş etdiyi daha böyük təcrübəyə söykənərək. O, sınmadı, yolundan dönmədi, bu gün də yaşayır və illər ötdükcə də yaşayacaq. Çünki dərdin bolu, mərdin yoludur!

Biz “Bosman” fanklubu olaraq, qardaş “12-ci Oyunçu” azarkeş qrupunu ürəkdən təbrik edir, başda İslam bəy Cabbarlı olmaqla, bütün üzvlərinə cansağlığı və bundan sonrakı fəaliyyətlərində də müvəffəqiyyətlər arzu edirik. O gün olsun 12 yaşınızı və daha sonrakı nəsillər 120 yaşınızı qeyd etsinlər. Bu həm də Lənkəran futbolunun uzunömürlülük arzusudur.

Böyük hörmətlə: “Bosman” fanklubu    22 Fevral 2015.

Şərh əlavə et


5 − = sıfır