Əvəzedicilərimiz bu dəfə məğlub oldu (Turnir cədvəli)

Əsas komandalar arasında sabah keçiriləcək “Rəvan” – “Xəzər Lənkəran” oyunu öncəsi, qaydalara uyğun olaraq bu gün bu komandaların əvəzedici heyətləri arasında görüş keçirilib. IX tur çərçivəsində keçirilən bu oyun “Bayıl Arena” stadionunda saat 15:00-da start götürüb. Həmişəki çıxışından fərqli olaraq bu dəfə komandamızın əvəzediciləri imkanlarından aşağı səviyyədə çıxış ediblər ki, nəticədə 3:1 hesabı ilə məğlub olublar. Qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahiblərinin gənc oyunçusu Hüseyn Axundov hesabı açaraq komandasını önə keçirib. Daha sonra ev sahiblərinin digər bir gənc oyunçusu Vüsal Qarayev 72-ci dəqiqədə hesabı öz xeyirlərinə 2:0-a çatdırıb. “Xəzər Lənkəran”lı gənclər 78-ci dəqiqədə Kazım Kazımlının vurduğu topla hesab arasındakı fərqi azaldaraq bir topun əvəzini çıxa biliblər. Buna baxmayaraq ev sahibi “Rəvan”lı gənclər heç də ruhdan düşməyib oyunun sonlarına yaxın 83-cü dəqiqədə Ayaz Mehdiyevin vurduğu top sayəsində hesab arasındakı fərqi yenə ikiyə çatdırıblar. Nəticədə gənclərimiz 3:1 hesabı ilə məğlub olub. Buna görə də ilk pilləni itirən komandamız liderliyi yenidən “İnter”in əvəzedicilərinə veriblər.

1  İnter                       9   6   1   2   28-12   19
2  Xəzər Lənkəran       9   5   2   2   16-9     17
3  Qəbələ                    9   5   1   3   19-14   16
4  Neftçi                      9   4   3   2   17-18   15
5  Simurq                     9   3   4   2   14-11   13
6  Bakı                         9   2   5   2   13-15   11
7  Qarabağ                  9   3   3   3   12-17    11
8  Rəvan                      9   3   3   3   16-13   12
9  AZAL                       9   2   1   6   11-24    7
10  Sumqayıt              9   0   2   7   8-21       2

1 thought on “Əvəzedicilərimiz bu dəfə məğlub oldu (Turnir cədvəli)”

  1. Axşamınız xeyir, Doktor! Yeniyetmələrimiz ilk pilləni tutan kimi elə növbəti oyundaca komandamıza qarşı haqqsızlıqlar başladı. Yenə hakim qərardəyişmələri, hakimə təzyiq göstərmələr, futbolçularımıza qarşı polis zorakılığı və sair. Budur futbolumuzun görünən tərəfi. Görünməyən tərəfində isə futbol anlayışından başqa nə desən tapmaq mümkündür. Xəqaninin yetişdirdiyi gənc hakimlər elə gənc ikən qeyri qanuni, saxta qərarlar verməyə alışdırılır. Sonra da deyirik ki, hakimlərimiz nədən Avropaya çıxa bilmir. Axı bugünün gənc futbolçusu, hakimi futbolumuzun sabahıdır.

Comments are closed.