Əvəzedicilərimiz əzəli rəqibləri ilə "sülh bağladılar", Elnur Cəfərovdan yenə bir rekord qol

Sabah keçiriləcək “Neftşi” və “Xəzər Lənkəran” arasındakı “Böyük oyun” öncəsi reqlamentə uyğun olaraq, bu gün bu komandaların əvəzedici heyətləri arasında XII tur oynu keçirilib. “Böyüklərin” prinsipial qarşılaşması əvəzedicilərin ovqatında da hiss olunub. Belə ki, ardıcıl səfər və ev məğlubiyyətinə düçar olan “Xəzər Lənkəran”ın əvəzediciləri bu qarşılaşmaya prinsipial yanaşaraq, çox yaxşı təsir bağışlayıblar.
Oyun başlayan kimi ilk dəqiqədə gənc ulduzumuz Elnur Cəfərov vurduğu gözəl qolla hesabı açıb. Bu qol sayəsində komandamız hissənin ortalarınadək hesabda öndə olublar. Lakin 27-ci dəqiqədə yerli “Neftçi” komandasının əvəzedici oyunçularından olan Vasif Əliyev tarazlığı bərpa edib. Fasiləyə bu hesabla tarazlıqda yollanan gənclər, ikinci hissəyə də iddialı başlayıblar. Bunun nəticəsi olaraq 71-ci dəqiqədə komandamızın gənc oyunçusu Bəhruz Teymurovun vurduğu qolla yenidən irəli keçiblər. 90 dəqiqə bu üstünlüyü qoruyub saxlayan gənclərimiz yalnız hakimin əlavə etdiyi dəqiqələrdə top buraxaraq, qələbəni əldən vermiş olublar. Xatırladaq ki, hesabın 2:2 bitməsinə səbəb olan qolu ev sahiblərinin futbolçusu Pərviz Qaraxanov 90+1 dəqiqədə vurub. Bununla da əvəzedicilərimiz əvvəlki məğlubiyyətlərə baxmayaraq çətin səfər oyununda ümumi üstün təsir bağışlasalar da, hesabda bu üstünlüyü nəticəyə çevirə bilməyiblər.
Onu da qeyd edək ki, Gənc istedadımız olan Elnur Cəfərəvun 1-ci dəqiqədə vurduğu qol, əvəzedicilərin çempionatındakı vurulan ən sürətli qoldur. Xatırladaq ki, bu mövsüm, bu ən sürətli vurulan rekord qol IV turda “Rəvan” və “İnter” komandalarının əvəzedici heyətləri arasında 24 avqust 2013-cü ildə keçirilmiş və 3:2 ev sahiblərinin xeyrinə qurtarmış oyunun 2-ci dəqiqəsində vurulmuş “İnter”li gənc oyunçu Ruslan Cəfərova məxsus idi.

7 thoughts on “Əvəzedicilərimiz əzəli rəqibləri ilə "sülh bağladılar", Elnur Cəfərovdan yenə bir rekord qol”

  1. Qoca Mazelli .bizim Mixaylonu niyə görmür ? Nə vaxt onu əsas heyətdə görəcəyik ,Nildo kimilərdən daha çox istəyəçək qələbəni ,Biz onu Mazellini alnından vuran snaypeçi görmək istəyirik ,Gənclərə yol ver Mazelli .özüdə belə gəncə .

  2. Van persi gözə dəymir ,deyəsən Mançestirin oyunlarına başı qarışıb .Praqnoz gözləyirik .İndi hərdən olurda ,səhv praqnoz ,Snoptiklərdə ,hədən yağış deyəndə ,bir də görürən gün çıxır ,

  3. Mirhafiz bəy bu gün msaytlarda yenə gülməli bir yazıya rast gəldilm .”Ramil penalti ver…” bu dəhşətdir .bir söz tapıb yazmaqda olmur .Hər oyunda səviyyəsiz hakimlik görürük

  4. Ureyinizi buz kimi saxlayin.Kamandamizda irelileyiw goz qabaqindadir.Helelik netice yoxdur-deye ruhdan duwmeyin.Mutleq qelebe olacaq. XEZER 2:1 neftci

  5. ZƏFƏR qardaş, dediyin kimi yrəyimi buz kimi saxlamışam, ALLAH qələbə dediyin (2-1) o səsini eşitsin İNŞALLAH!

Comments are closed.