Əvəzedici heyət, iki dövrənin yekunu

Ötən həftə “Sumqayıt” üzərində 4:0 hesablı qələbə ilə təqvim ilinə yekun vuran “Xəzər Lənkəran” əvəzediciləri qış fasiləsinə 4-cü pillədə yollanırlar. 18 turdan sonra bir neçə statistik məqamı diqqətinizə çatdırırıq.
 “Xəzər Lənkəran” məhsuldarlığa görə əvəzedicilər çempionatında ikincidir – 37 qol.
 Gənc futbolçularımız 9 ev oyununda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub. Lənkəranda keçirilən oyunlarda top nisbəti – 20:8.
 Elbrus Məmmədovun yetirmələri səfərdə 4 qələbə qazanıb, 4 dəfə məğlub olub və bir oyunda heç-heçə edib. Səfərdə top nisbəti – 17:17.
 18 tur ərzində ən böyük hesablı qələbəni əvəzedicilər 4-cü turda evdə “Neftçi” üzərində qazanıb – 6:1. Digər böyükhesablı qələbələr: “Bakı” (səfər), 4:1; “Sumqayıt” (ev) 4:0.
 Mövsümün ilk yarısında komandanın ən məhsuldar oyunçusu Fikrət Ulduzludur. Forvardın aktivində 5 qol var. Kazım Kazımlı və Elnur Cəfərov hərəyə 4 qol vurublar, Bəhruz Teymurov, Anar Babazadə və kapitan Elvin Mirzəyev isə 3 dəfə fərqlənə biliblər.
 “Xəzər Lənkəran” əvəzedicilərinin təqvimi və oyunların protokolları ilə burada tanış ola bilərsiniz.
 Əvəzedicilər çempionatının turnir cədvəli burada.
 Əvəzedicilər və aşağı yaş qruplarına aid xəbərləri buradan, videoları isə buradan izləyə bilərsiniz.
Mənbə: Lankaranfc.com