Ən böyük azarkeş ordusuna malik olan "Xəzər Lənkəran"!

Azarkes cox sayda XL
30-cu tur çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyununa hələ bir həhtə qalmışdan mətbuat, artıq bu oyunla bağlı yazılar verməyə başladı. Həmçinin futbol ictimaiyyəti və azarkeşlər də buna biganə qalmırdılar. Baxmayaraq ki, bu matçdan qabaq hələ kubokun ½  final mərhələsinin ilk oyunu yaxınlaşırdı. Kubok oyununun ilk qarşılaşması arxada qalan andan yenidən bu səngiməmiş söhbətlər qızışmağa başladı.
 
Bilirik ki, söhbət hansı oyundan gedir. “Neftçi” rəsmiləri və azarkeşləri, həmçinin özünü neytral göstərməyə çalışan futbol ictimaiyyətinin nümayəndələri bu ərəfədə bir şeyin şahidi və təsdiqləyicisi oldular. Onların həmişə dediyi kimi “Neftçi” flaqmandır, ən böyük azarkeş ordusuna malikdir və s. bu kimi söz və fikirlərini özləri də bilmədən inkar və darmadağın etdilər.                 Bayaq dediyimiz kimi oyuna bir həftə qalmasına baxmayaraq, təbliğata başlanılmışdı ki, bunu da ilk olaraq, “Neftçi” rəhbərliyi “Futbol +” qəzetinin bütün sayları vasitəsilə öz sadiq azarkeşlərini bu matça dəvət etməsi idi . ”Futbol +”in ilk səhifələrində “Neftçi” rəhbərliyinin azarkeşlərinə ünvanladığı çağırışı olduğu kimi veririk: ” “Neftçi” rəhbərliyi komandanın bütün sadiq azarkeşlərini mayın 1-də stadiona-“böyük oyun”u izləməyə dəvət edir. D ə s t ə y i n i z ə ehtiyacımız var.  Qələbə bizim, qalanı “Xəzər Lənkəran”ın… “
 
Bu müraciəti edən “Neftçi” rəhbərliyi matçı “böyük oyun” adlandırsalar belə, matçın, azarkeş tutumu 28750 nəfər olan T. Bəhramov adına stadionda deyil, tutumu 4500 nəfər olan Bakıxanov qəsəbəsində yerləşən  İ.Qayıbov adına stadionda keçirilməsində israr edib, buna nail oldular.
 
Bu 4500 yerdən 500-nü isə qonaq komanda olan “Xəzər Lənkəran” azarkeşlərinə ayırdılar. Yerdə qaldı 4000 azarkeş oturacağı. Bunun da öz dediklərinə görə müəyyən hissəsini neytral azarkeşlər üçün nəzərdə tutublar. Müəyyən hissə də buna çıxılsa yerdə 4000-dən az oturacaq qalır.
 
Ən böyük azarkeş ordusu “Neftçi”dədir deyən klub rəhbərliyi stadiona çağırdığı “sadiq azarkeşlərinə” cəmi 4000-dən az yer ayırmaqla, əslində öz azarkeşlərinin sayının nə qədər az olduğunu rəsmən elə özləri təsdiqləmiş oldular, bu hələ onların ev oyunu olmasına baxmayaraq.
 
Qaldı ki, “Xəzər Lənkəran”a ayrılan 500 yerə, bildirmək istəyirik ki, bizə nəinki 500, heç 5000, nədəki 10.000 yer, heç 15.000 yer belə kifayət etmir! Biz hələ stadionumuzun tutumunun artırılması məsələsini müzakirə edirik.
 
YAŞASIN ƏN BÖYÜK AZARKEŞ ORDUSU OLAN   “XƏZƏR LƏNKƏRAN”
 
Arxiv: Bosman.at.ua