Buradasınız Əsas » Xəbər » Əvvəlki hərarətlə: Doğum günün mübarək, Rahid!
  • Bookmark and Share

Əvvəlki hərarətlə: Doğum günün mübarək, Rahid! 

XL_qelebeden sonra

Bu gün Əfsanəvi Kapitan adlandırdığımız Rahid Ələkbər oğlu Əmirquliyevin doğum günüdür. Rahid Əmirquliyev 1 sentyabr 1989-cu ildə Azəbaycanın Qusar rayonunda anadan olub. Futbolçu həyatına da bu rayonu təmsil edən “Şahdağ” komandasında başlayıb. Belə ki, yarımmüdafiəçi olan Rahid Əmirquliyev 2003-2006-cı illər doğma rayonun komandasında 15 oyun keçirib və 3 qola imza atıb. Bundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi olan Ağasəlim Mircavadov Rahid Əmirquliyevdəki iste`dadı və əsl futbolçuya aid olan digər keyfiyyətləri görüb onu o vaxtlar “Xəzər Lənkəran” kimi bir Azərbaycan nəhənginə də`vət eləmişdi. Elə Rahidin də futbolçu kimi parlaq karyerasının başlanğıcı və əsası bu komandada başlamış və məşqçinin, klubun, ən əsası da azarkeşlərin sonsuz rəğbətini qazanmışdı.

2006-2015-ci illər kimi bir dövrü əhatə edən və sonralar bu komandada kapitan olan Rahid Əmirquliyev komandasına sadiqliyi, iste`dadı və hər kəs tərəfindən sevilməyinə görə, Əfsanəvi Kapitan adını qazana bilmişdi. Bu illər ərzində “Xəzər Lənkəran”da 255 oyuna çıxan yarımmüdafiəçi 23 qola da imza ata bilmişdi. Onu da deyək ki, məhz bu klubdan Azərbaycan millisinə də də`vət alan Rahid Əmirquliyev bir sıra parlaq oyunları ilə azarkeşlərin yaddaışna həkk olub. Millidə 48 oyun keçirən yarımmüdafiəçi 3 qola da imza atıb.

Sonradan mə`lum və bir az da qeyri-mə`lum səbəblərə görə “Xəzər Lənkəran” kimi azarkeşi yüksək səviyyədə olan bir komandanın tarixə qovuşması nəticəsində Əmirquliyev əfsanəvi kapitanı olduğu gəmini kapitanlara layiq son anda tərk eləməyə məcbur olmuşdu. Su verən gəmi bununla da suda qərq olmaqdan xilas ola bilməmişdi.

Buradan isə Azərbaycanın son illər daha çox dirçəlməyə başlamış və Avropa uğurlarına imza atmış Ağdamın “Qarabağ” klubuna transfer olmuş Rahid Əmirquliyev yeni komandasında tam möhkəmlənə bilməsə də bunu bacaracağına inanırıq. Çünki bu futbolçuda olan keyfiyyətlər buna imkan verir.

Biz “Bosman” fanklubu olaraq, Rahidin doğum gününü əvvəlki hərarətlə təbrik edir, ona can sağlığı, şəxsi və futbolçu karyerasında daha böyük uğurlar arzu edirik!

Şərh əlavə et


yeddi − = 3