Əvəzedicilərimiz getdikcə dala düşür

Sabah premier liqada ikinci dövrəyə, X turla start verilir. Bu turda “Xəzər Lənkəran” komandası “Simurq”un qonağı olacaq. Bu isə o deməkdir ki, bu gün bu komandaların əvəzedici heyətləri qarşılaşır. Ötən turda əvəzedicilərimiz məğlub olaraq, liderliyi “İnter”li həmkarlarına vermişdilər. Az öncə “İnter”in əvəzediciləri “Qəbələ”li həmkarlarına 4:0 hesabı ilə qalib gəldiyi xəbərini aldıq. Bu isə o deməkdir ki, komandamızın əvəzediciləri bu turda da qalib gəlsələr belə liderliyə yüksələ bilməyəcəkdilər. Amma liderlik mübarizəsindən qopmamaq üçün əvəzedicilərimiz mütləq qələbə haqqında düşünməliydilər ki, aradakı üç xallıq fərq böyüməsin.
Təəssüf ki, bunu dəyərləndirə bilməyən komandamızın əvəzedici heyəti elə ilk 10-cu dəqiqədə ev sahiblərinin Oruc Balaşlı adlı oyunçusunun vurduğu qolla hesabda geri düşüblər. İlk hissə elə bu hesabla da bitib. İkinci hissədə də ümidləri doğrultmayan gənclərimiz Cavad Kazımovun 79-cu dəqiqədə vurduğu qolla 2:0 yenik duruma düşüblər. Komandamızın qalan dəqiqələrdə göstərdiyi səylərə baxmayaraq, bu məğlubiyyətdən qurtulmaq mümkün olmayıb.
Bununla da 17 xalla ikinci olan əvəzedicilərimiz “Simurq”u 16 xalla lap yaxına buraxmış olublar. Həmçinin “Simurq”dan başqa “Qəbələ”nin də 16 xalı var idi, bu gün “Rəvan”ın əvəzediciləri ilə görüşdə meydandan 1:1 hesabı ilə, həm də bir xalla ayrılan “Neftçi”nin əvəzediciləri də 16 xala sahib olmaqla ardıcıl 3-4-5-ci yerləri bölüşdürürlər. Bu məğlubiyyət həm də komandamızın əvəzedicilərini liderdən 6 xal geri qoyub. Gələn turlarda mütləq bunlardan nəticə çıxarmalı olan komandamız qələbəyə köklənməli və irəliləməyə çalışmalıdır.

6 thoughts on “Əvəzedicilərimiz getdikcə dala düşür”

  1. Yəqin nəzər dəydi ,əvəzedicimizə ,
    Az yazmaq istəyirəm amma belə şeylər oxuyuram ki ,yan keçə bilmirəm ,Kaş ki 12-çi oyunçunun yazarlarıngan olan Vəfa Qələmdar .VƏ Fantamas ,,deyəcəim mövzuya aid nəsə yazardılar ,Amma Bosman da hərdən belə mövzular olur.
    Beləliklə ,saytların birində oxudum .Ki Sadıq Sadıqov Foqtsa aşiq olub “,Əvvəllr sənə nifət edirdim ,indi isə xoşum gəlir ,”Bu iki hiss arasında olan bir addımdır ki Bu da Sadıqovun başına gəlib .Bunu oxuyanda pulun insanı nə vəziyyətə saldığını görməmək mümükün deyil ,Bu qədər də savadsızlıq olar ,normal söz də danışa bilmirlər ,Necə deyərlər ,danışıqlarıda ,əndrabadidir.
    *****
    Hansısa mətbuatda oxudum ki, Berti Foqts millidən gedərsə, “Neftçi”nin baş məşqçisi ola bilər. Yəqin səbəb budu.

  2. Mirhafiz bəy, SS-in Berti Foks haqqında dedikləri Sizin yazdığınızla üst-üstə düşür. Hələ üstəlik avtoqol Tərlan deyir ki, “Mən indi baş məşqçi olmaq haqda heç düşünmürəm”. “Neftçi”lər altdan-altdan gizli oyunlar çevirir. Yoxsa onuncu turun oyunları keçirilir hələ də baş məşqçi təyin edilməyib. SS deyir ki, “Neftçi”ni məşqçilər korpusu idarə edir. Belə çıxır ki, Bertinin millidə müqaviləsinin bitməsini gözləyirlər. Con Toşaka qarşı Berti Foks.
    *****
    Qabil bəy, hələ bu barədə 2011 ci ilin, mart ayının 15-də biz bu gümanları sübut edən yazı ilə çıxış etmişdik. O vaxtı bizim Bosman.at.ua saytında böyük bir məqaləmiz getmişdi. Əgər izləməmisinizsə, onda uzaqgörənliyimizi təsdiq edən yazınının linkini təqdim edirik: Buradan İzlə.

  3. Salam, Mirhafiz müəllim! 2011-ci ilin martında yazdığınız analitik yazını oxudum. Çox sağ olun ki, məni yaxın keçmişə qaytardınız. Həmişə Sizin ümumi gedişatı analiz etmək bacarığınıza, uzaqgörənliyinizə qiptə (yaxşı mənada) etmişəm. Yazdığınız analitik yazılar zaman fərqindən asılı olmayaraq, bir sözlə həmişə özünü doğruldub və təsdiqini tapıb. Görün “Xəzər Lənkəran”ın daşı nə qədər ağırdır ki, hələ o vaxtlar komandamıza (Rednikə) qarşı daha kimlər birləşməyib. AFFA,PFL, Hakimlər Komitəsi, ayrı-ayrı hakimlər, hətda futbolçular. Bircə millinin baş məşqçisi Berti Foks istisnaydı, demə o da… “Xəzər Lənkəran”ın ətrafında cərəyan edən belə siyasi situasiyalardan xəbərsiz olan azarkeşlərimizin də bir qismi, hətta özləri də bilmədən düşmən dəyirmanına su tökməklə məşğul olublar. Və indinin özündə də ( bu dəfə Toşaka qarşı) bu prosses davam etməkdədir. Mirhafiz bəy, analitik yazıları oxuyub hərə bir cür nəticə çıxarır. Şəxsən mənə iki il əvvəl yazmış olduğunuz bu məqalə ləzzət eylədi. Həm də zaman keçdikcə bulanıq sular durulur, çoxlarinin görə bilmədiyi o qaranlıq məqamlara aydınlıq gəlir… Bir daha Sizlərə minnətdaram.
    *****
    Dəyər verdiyinizə görə minnətdaram Qabil bəy!

Comments are closed.