Əvəzedicilər fasilədən lazımınca yararlanıb qələbə qazandılar

Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının XV turu çərçivəsində noyabrın 29-da “Xəzər Lənkəran”lı gənclər AZAL klubunun əvəzedicilərini qəbul edib. “Fırtınalar meydanı”nın ehtiyat meydançasında  saat 14:00-da start götürən matç maraqlı alındığı qədər də gəgin və dramatik keçib. Hesabı Zaman Mirzəzadə açıb, Cavid Bağırov ikinci topu AZALın əvəzedicilərinin qapısına göndərib. Qonaqların hər iki qola cavabından sonra isə qələbə topunu  əvəzedicilərimizin kapitanıl Elvin Mirzəyev atıb. Beləliklə gənclərimiz 3:2 hesabı ilə qalib gəliblər. İnanmaq istərdik ki, əsas heyətimiz də sabah uğurla çıxış edərək qara zolaqdan çıxa biləcək.
Mənbə: “12cioyuncu.info”

3 thoughts on “Əvəzedicilər fasilədən lazımınca yararlanıb qələbə qazandılar”

  1. Hörmətli DOKTOR, Salam! Əvəzedicilərimizin “Bakı” ilə oyunundan sonra yazmışdım, yenə fikrimi təkra yazıram. Turnir cədvəlinə baxdıqda gərək böyük “Xəzər Lənkəran” kiçik “Xəzər Lənkəran”dan ibrət götürsün.
    *****
    Bəli, bu hal-hazırda belədir, Qabil bəy!

Comments are closed.